22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası üzrə hazırlanmış tədbirlər planına uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması istiqamətində təşkil olunan tədbirlər davam etdirilir.
Belə ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud 12 uşağın iştirakı ilə “Oxu, qavra” adlı  növbəti mütaliə yarışı keçirilib.
Yarış iştirakçıları bir saat ərzində elektron kitabxananın kataloqunda olan bədii ədəbiyyatdan seçilmiş hekayəni oxumaqla onun məzmununa aid tərtib olunmuş test suallarını cavablandırıblar. Ən çox test sualını düzgün cavablandıran iştirakçı yarışın qalibi hesab edilib.
Yarışda ilk üç yeri tutan sağlamlıq imkanları məhdud uşaqlara qiymətli hədiyyələr, digər yarış iştirakçılarına isə həvəsləndirici mükafatlar verilib.
Bu tədbir sağlamlıq imkanları məhdud uşaqlarda mütaliə vərdişi yaratmaqla onların zehni inkişafının artmasına və intellektual səviyyələrinin yüksəlməsinə xidmət edir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR