22 Dekabr 2024, Bazar

Mayın 19-da Şərur Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir. Müşavirəni Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov açmış, rayonda sığorta sahəsində görülmüş işlərdən danışmışdır.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək muxtar respublikamızda sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsi işində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır. Agentliyin Baş direktoru baş vermiş ayrı-ayrı sığorta hadisələrindən misallar gətirməklə sığortanın əhəmiyyətindən danışmış, vaxtında sığortalanmağın üstünlüklərini diqqətə çatdırmışdır. Hikmət Əsgərov həmçinin qeyd etmişdir ki, ötən müddətdə Şərur rayonunda da bu istiqamətdə xeyli iş görülmüş, müxtəlif sığorta növləri üzrə bağlanılan müqavilələrin sayı artmışdır.

Daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, ev əmlakı sığortası, fərdi qəza sığortası və digər sığorta növləri üzrə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən də danışan agentlik rəsmisi qeyd etmişdir ki, rayonda sığorta sahəsində görülmüş işlərlə bərabər, icbari qaydada sığorta olunmalı olan daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslər vardır. Vurğulanmışdır ki, qarşıya qoyulan vəzifə ondan ibarətdir ki, Azərbaycan Respublikasının qanunu ilə tənzimlənən icbari sığortalar üzrə hər bir sığorta obyekti sığorta olunmalıdır.
Müşavirəyə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov yekun vurmuşdur.

 Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR