22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə əmək yarmarkalarının keçirilməsi bəndinin icrasına müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 2014-cü ilin 1-11 aprel tarixlərində Naxçıvan şəhərində və rayon mərkəzlərində əmək yarmarkaları keçirilmişdir.

Məşğulluq xidməti orqanları müəssisə və təşkilatlardan boş iş yerləri haqqında topladıqları məlumatları əmək yarmarkalarında işaxtaranlara təqdim etmişlər. Həmin məşğulluq tədbirlərində sosial müdafiəyə ehtiyacı olan şəxslərin kvota yerlərinə göndərilməsi, işaxtaranların əmək bazarının tələblərinə uyğun təşkil olunan peşə kurslarına cəlb edilməsi diqqət mərkəzində olmuşdur.
Əmək yarmarkalarında işaxtaranlar onlar üçün yaradılmış mövcud imkanlardan səmərəli istifadə edərək öz peşə və ixtisaslarına uyğun işlə təmin olunmaq, eyni zamanda işəgötürənlər işaxtaranlarla qarşılıqlı ünsiyyətdə olduqlarından ixtisaslı, təcrübəli kadr seçmək imkanı əldə etmişlər.
Yarmarkalara, ümumilikdə, 165 təşkilatdan 1643 boş iş yeri çıxarılmışdı. Keçirilən əmək yarmarkalarında 349 nəfər peşə və ixtisasına uyğun işlə təmin olunmuş, 2 nəfər peşə hazırlığına cəlb edilmiş, 14 nəfər kvota yerlərinə göndərilmişdir. Gənclərin və qadınların işlə təmin olunması diqqət mərkəzində olmuşdur. Belə ki, işlə təmin olunanların 96 nəfərini gənc­lər, 38 nəfərini isə qadınlar təşkil etmişdir.
Əhalinin işlə təmin olunmasına geniş imkanlar yaradan çevik məşğulluq tədbirlərinin davamlı olaraq həyata keçirilməsi insanların sosial rifahını daha da yaxşılaşdırır.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR