22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi ilə birgə seminar-məşğələ keçirib. Seminar-məşğələdə plastik kartların növləri, ticarət, xidmət obyektlərində POS-terminallardan istifadə edilməsi, internet vasitəsilə kommunal xərclərin ödənişi və mobil telefonlara danışıq kartlarının yüklənməsi, eləcə də digər xərclərin ödənilməsi üçün internet üzərindən onlayn ödənişlərin edilməsi ilə bağlı məlumatlandırma aparılıb.
Tədbirdə universitetin rektoru, professor Saleh Məhərrəmov çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, nağdsız ödənişlər vəsaitlərin dövriyyəsinin sürətləndirilməsində, nağd pulların çapı, daşınması, saxlanılması və təsərrüfat əməliyyatlarının xərclərinin azaldılmasında, nəticədə isə iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır.

Vergilər Nazirliyinin şöbə rəisləri Mirhüseyn Seyidov, Rəşad Əliyev, Mübariz Əhmədov çıxışlarında nağdsız ödənişlərin üstünlükləri barədə məlumatlar veriblər. Vurğulanıb ki, nağdsız ödəniş sisteminin inkişafı, nağdsız dövriyyənin genişləndirilməsi cəmiyyətdə maliyyə sabitliyinin qorunub saxlanılması baxımından zəruridir.
Bu gün muxtar respublikada idarə, müəssisə və təşkilatlara ödənilən rüsumların, kommunal haqların və ticarət obyektlərində aparılan əməliyyatların POS-terminal və internet vasitəsilə həyata keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Bu sahədə ödənişlərin sayı ildən-ilə artacaq. Bununla da, insanlar öz rahatlıqlarını təmin etməklə yanaşı, həm də vergidənyayınma hallarının qarşısının alınmasında bir vətəndaş kimi öz vəzifələrini ortaya qoymuş olacaqlar.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin aparıcı mütəxəssisi Elçin Əliyev ödəniş kartlarının növləri, ödəniş kartlarının öz istifadəçilərinə verdiyi imkanlar və bu kimi digər məsələlər haqqında seminar iştirakçılarına məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR