22 Dekabr 2024, Bazar

Son 18 ildə muxtar respublikada demoqrafik vəziyyətin nizamlanması, həmçinin əhalinin məskunlaşması və təsərrüfat sahələrinin inkişaf etdirilməsi, şəhərlərin, qəsəbələrin, kəndlərin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Doğma diyarımızın, eləcə də paytaxt Naxçıvan şəhərinin sosial-demoqrafik inkişafı, əhalinin mənzil-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması dediklərimizə sübutdur. Muxtar respublikada mənzil-tikinti sektoru üzrə uzunmüddətli vahid dövlət siyasətinin formalaşdırılması nəticəsində qoca Şərqin qapısı sayılan Naxçıvanda mənzil tikinti sektoru günbəgün genişlənir və imkanlarını artırır. 

Əgər 18 il bundan əvvəl hər hansı bir tikinti  təşkilatı ildə cəmi bir obyektdə inşaat işləri aparmaq imkanına malik idisə, bu gün dövlət qayğısından bəhrələnən və muxtar respublikanın çiçəklənməsində böyük rolu olan tikinti şirkətləri onlarla yaşayış binası tikmək imkanına malikdirlər. Ötən müddət ərzində yüzlərlə bina əsaslı şəkildə yenidən qurulub, mənzillərin sahəsi genişləndirilib, yaşayış binalarının əksəriyyəti möhkəmləndirilib və əlavə mərtəbələr artırılıb, lazımi kommunal-məişət şəraiti yaradılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ümumtəhsil məktəblərində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması ilə əlaqədar Ordubad rayonunun Aza kənd tam orta məktəbində maarifləndirici tədbir keçirib.
Giriş sözü ilə çıxış edən məktəbin direktoru Təvəkkül Məmmədov tədbirin mahiyyəti barədə məlumat verib. Yığıncaqda Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi, daxili xidmət kapitanı Mirtaleh Seyidovun “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə riayət olunması və yanğın hadisəsi zamanı davranış qaydaları”, həmin bölmənin baş zabiti, daxili xidmət kapitanı Azər Qasım­ovun “Qaz və elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları, dəm qazının yaranma səbəbləri və yaşayış sahələrində baş verən yanğın hadisələrinin səbəbləri”, nazirliyin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Dövlət yanğın nəzarəti bölməsinin rəisi, daxili xidmət baş leytenantı Hasil Məmməd­ovun “Yaşayış sahələrində baş verən yanğın hadisələrinin səbəbləri və əhalinin yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi”, Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin əhalinin maarifləndirilməsi və metodik yardımın təşkili üzrə məsləhətçisi Əbülfəz Qafar­ovun “Fövqəladə hadisələr, onun xüsusiyyətləri və fövqəladə hadisələr zamanı davranış qaydaları” mövzularında məruzələri dinlənilib.
Sonda iştirakçılara “Yaşayış evlərində və mənzillərdə yanğın təhlükəsizliyi qaydaları” adlı yaddaş kitabçaları paylanılıb.

Türkan HÜSEYNLİ

“Muxtar respublikada səmərəli işgüzarlıq mühiti formalaşdırılıb, investisiya fəallığı daha da artırılıb, insan kapitalının yüksək inkişaf səviyyəsi təmin edilib”. Bu fikirlər dünən Sədərək rayonunun Heydər­abad Qəsəbə Mərkəzində keçirilən bu ilin ilk əmək yarmarkasında səsləndirilib.
Tədbiri giriş sözü ilə Sədərək Rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov açıb. O qeyd edib ki, Sədərək rayonu sakinlərinin məşğulluğunun gücləndirilməsi, işахtаrаnlаrlа işəgötürənlər аrаsındа birbаşа əlаqələrin yаrаdılmаsı və məşğulluq оrqаnlаrının fəаliyyətinin səmərəliliyinin yüksəldilməsi istiqamətində əmək yarmarkalаrının təşkili mühüm əhəmiyyətə malikdir. Sədərək Rayon Məşğulluq Mərkəzi tərəfindən işaxtaran vətəndaşların işə düzəlmək üçün mövcud imkanlardan səmərəli istifаdə etməklə öz pеşə və iхtisаslаrınа uyğun iş ахtаrmаlаrına kömək göstərmək məqsədilə təşkil olunan belə fəal məşğulluq tədbirlərinin davamlı  surətdə  keçirilməsi  diqqət  mərkəzindədir.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Mahmud­ov rayonda əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən danışıb.
İşaxtaran vətəndaş İntiqam Zaman­ov tədbirin təşkilatçılarına minnətdarlıq edib.     
9 təşkilatdan 112 boş iş yerinin çıxarıldığı yarmarkada 20 nəfərə işə göndəriş verilib.

Səbuhi HÜSEYNOV

Muxtar respublikada diqqət mərkəzində saxlanılan məsələlərdən biri də keyfiyyətli televiziya yayımının təşkilidir. Naxçıvanda DVB-T (Digital Video Broadcasting-Terrestrial – Yerüstü Rəqəmli Video Yayım) standartına uyğun olaraq, 2012-ci ilin mart ayından etibarən rəqəmsal yayıma başlanılıb. Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 94 faizində sosial paketdə olan 12 televiziya kanalının (NTV, AzTV, İTV, Lider TV, Kanal 35, Space TV, ANS TV, ATV, Xəzər TV, ATV int (CBS), Mədəniyyət və İdman Azərbaycan) rəqəmsal formatda yayımı təmin edilib.
Bunun üçün 7 güclü və 30 azgüclü televiziya vericisi və rəqəmli TV siqnalları formalaşdıran baş stansiya istifadəyə verilib. Cari ilin iyul ayınadək daha 19 vericinin dağlıq ərazilərdəki yaşayış məntəqələrində quraşdırılması planlaşdırılıb. Bu mərhələ başa çatdıqdan sonra muxtar respublikanın bütün yaşayış məntəqələri yüksəkkeyfiyyətli rəqəmsal televiziya yayımı ilə təmin ediləcəkdir.
Qeyd edək ki, rəqəmsal televiziyanın yayımının analoq televiziyadan əsas üstünlüyü onun bir tezlik kanalında 10 və daha çox TV kanallarının yüksək keyfiyyətlə yayım imkanlarının olmasıdır ki, bu da ölkənin istənilən ərazisində mərkəzdən yayımlanan TV kanallarının yüksək keyfiyyətlə qəbul olunmasına imkan yaradır. DVB-T standartlı rəqəmli televiziya yayımının digər üstünlükləri təsvir və səs siqnal­larının kənar maneələrə qarşı davamlı olması, digər rabitə vasitələri tərəfindən yaradılan maneələrin minimum olması, proqramların sayının xeyli artırılması və vericilərin gücünün daha aşağı olmasıdır.
Xatırladaq ki, DVB-T standartını dəstəkləyən televizorlar rəqəmsal yayımı birbaşa qəbul edir və əlavə heç bir qurğuya ehtiyac qalmır. Ona görə muxtar respublika sakinlərinə tövsiyə olunur ki, yeni televizor alarkən onun rəqəmsal yayımı dəstəkləməsinə diqqət yetirsinlər.

Naxçıvan Muxtar Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər müəssisələrin metodist və tərbiyəçilərinin iştirakı ilə kurs təşkil edilmişdir.
Tədbiri komitənin sədri Ramilə Seyid­ova açaraq bildirmişdir ki, Naxçıvan Muxtar Res­publikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın əsas məqsədi muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla bərabər təhsil hüquqlarını təmin etməkdən, cəmiyyətə inteqrasiyasına nail olmaqdan, sosial reabilitasiyasını gücləndirməkdən, müasir informasiya texnologiyalarından istifadə imkanlarını artırmaqdan, onların məktəb mühitinə uyğunlaşmalarını təmin etmək üçün müvafiq pedaqoji kadr hazırlığı aparmaqdan, inklüziv və məsafədən (distant) təhsilə keçidə zəmin yaratmaqdan ibarətdir. Dövlət pro­qramına uyğun olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qarşıya qoyulmuş vəzifələrin icrasını daha mütəşəkkil həyata keçirməyə çalışır. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planının məktəbəqədər təhsil müəssisələri üzrə görüləcək işlər hissəsi məhdud fiziki və məhdud əqli imkanlı uşaqların valideynləri üçün arzuolunan fəaliyyətdir.

Ardını oxu...

 Yaz bərəkəti qardan alar

Hər fəslin özünəməxsus gözəlliyi var: ağaclar çiçəkləyəndə bahar daha gözəl görünür; meyvələr yetişəndə yayın gözəllikləri hiss olunur; ağacların yarpaqları qızılı rəngə boyananda payızın sərin nəfəsi duyulur; qışın gözəlliyi isə qarın yağmasındadır. Ancaq bəzən təbiətin elə şıltaqlıqları da olur ki, yaz fəslində belə, qarın yağması ilə rastlaşa bilirsən.

Ardını oxu...

Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanların sosial hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzindədir. Pensiyaların, təqaüd və müavinətlərin məbləğlərinin artırılması, həmçinin yeni təqaüd və müavinətlərin təsis edilməsi bu kateqoriyadan olan şəxslərin rifahının yüksəldilməsinə xidmət edir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Azərbaycan Respublikası Prezidenti müharibə əlillərinin, müharibə veteranlarının, ümumi səbəbdən əlil olanların sosial müdafiəsini gücləndirmək, onlara dövlət qayğısını artırmaq məqsədilə müvafiq sərəncam və fərmanlar imzalamışdır.

Ardını oxu...

Çətirçiçəklilər fəsiləsinə aid edilən, ərzaq, ədva və dərman mənşəli çox­illik səbzə-tərəvəz bitkisi olan razyana inkişafının son mərhələsinə qədər hündürlüyü iki metrə çatan bitkidir. Gövdəsinin aşağı hissəsində yerləşən yarpaqları saplaqlı, yuxarı hissəsindəki yarpaqları isə oturaqdır. Yarpaqları 3-4 qat lələkvari bölümlüdür, çiçəkləri xırdadır, meyvələri ikitoxumludur.
Azərbaycanın əksər bölgələrində əkilib-becərilən adi razyana növüdür. Müəyyən olunub ki, haliyədə əhali tərəfindən əkilib-becərilən və yabanı halda yayılan bu bitkinin ilkin mənşəyi qədim Naxçıvan ərazisidir. Məlum mənbələrin təsvirindən razyana bitkisinin VI əsrdən becərildiyini və müxtəlif təyinatlar üzrə istifadə edildiyini öyrənirik.
Şərur rayonunun Maxta, Aralıq, Xanlıqlar, Püsyan, Babək rayonunun Qoşadizə, Didivar, Kültəpə, Zeynəddin, Qaraqala, Ordubad rayonunun Dəstə, Gənzə, Aza, Əndəmic kənd­lərində geniş ərazilərdə yabanı formada yayılıb və yerli əhali tərəfindən xüsusi peşəkarlıqla əkilib-becərilir. Bitki həm toxumla, həm də kök vasitəsilə asanlıqla çoxaldıla bilir.

Ardını oxu...

Əhalinin məşğulluğunun təmin olunmasında ən çevik formalardan biri əmək yarmarkalarıdır. Bir neçə ildir ki, muxtar respublikamızın şəhər və rayonlarında təşkil edilən yarmarkalarda yüzlərlə insanın məşğulluğu təmin edilib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, 2014-cü ilin əmək yarmarkalarına aprel ayının 1-dən start veriləcək. Muxtar respublika üzrə ilk belə tədbir həmin gün Sədərək rayonunun Heydərabad Qəsəbə Mərkəzində təşkil olunacaq. Aprel ayının 2-də Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək. Aprel ayının 3-də keçiriləcək əmək yarmarkası Şahbuz şəhərindəki “Araz” kinoteatrının binasında olacaq. Culfa rayonunun işaxtaran sakinləri bu dövlət qayğısından aprel ayının 4-də yararlana biləcəklər. Aprel ayının 8-də ordubadlılara, 9-da babəklilərə, 10-da şərurlulara boş iş yerləri təqdim olunacaq.
Naxçıvan şəhərində əmək yarmarkası aprel ayının 11-də “Gənclik” Mərkəzində keçiriləcək. Məlumat üçün onu da bildirək ki, bütün əmək yarmarkaları saat 11-ə təyin edilib.

Xəbərlər şöbəsi

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 2011-ci ildə 21 mart tarixini “Ümumdünya Daun Sindromlu İnsanlar Günü” elan edib. 2012-ci ildən etibarən bu gün muxtar respublikamızda da qeyd olunur.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 21 mart – Ümumdünya Daun Sindromlu İnsanlar Günü münasibətilə Naxçıvan şəhərindəki “Gənclik” kafesində tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək muxtar respublikada məhdud fiziki imkanlı şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara göstərilən qayğıdan danışıblar. Bildirilib ki, bu kateqoriyadan olan şəxslərin tibbi-sosial reabilitasiyası və asudə vaxtlarının mənalı təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Daun sindromlu uşaqların zehni inkişafı və hərəkət qabiliyyətinin artırılması məqsədilə tədbirlərin keçirilməsi də daim diqqət mərkəzində saxlanılır.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” rəqs qrupu və Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblı tədbir iştirakçıları qarşısında konsert proqramı ilə çıxış ediblər.
Sonda daun sindromlu 62 şəxsə bayram hədiyyələri təqdim edilib.
Valideynlər göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində bayram tədbiri keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin  sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bayram münasibətilə uşaqları təbrik ediblər. Qeyd edilib ki, muxtar respublikamızda xüsusi qayğıya ehtiyacı olan uşaqlara həssaslıqla yanaşılır, onların sosial müdafiəsi, təhsil alması, intellektual səviyyələrinin yüksəldilməsi, cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının mənalı təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Tədbirdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının ak­tyorları maraqlı mahnı və rəqs nömrələri ifa ediblər.
Sonda sağlamlıq imkanları məhdud 11 uşağa bayram hədiyyələri verilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Zaman sürətlə dəyişir və bir də görürsən ki, dünən əlçatmaz kimi görünənlər bu gün artıq reallığa çevrilib. İnkişafın elə bir mərhələsindəyik ki, cəmiyyətdə hər kəs onun ahənginə qoşulmaq üçün çalışır. Adi günlərdən fərqli olaraq, bayram günlərində qohum-əqrəba, dost-tanışlarla mənalı saatlar keçirmək üçün gözəl, təmtəraqlı süfrə açmaq istəyi isə milli qonaqpərvərliyimizdən süzülüb gələn bir dəyər kimi özünü qorumaqla bərabər, həm də bir yaşayış keyfiyyəti kimi dərinləşir – insanların qışın çətinliklərindən qurtulub yazın gəlişini bayrama çevirməklə sanki daha barlı, daha bərəkətli növbəti bir ilə başlamağın sevincini birlikdə qeyd etdiyi Novruz bayramında olduğu kimi.

Bu günlərdə Naxçıvan şəhərindəki bazarların birinə baş çəksəniz, təbiətlə bərabər, adamların da sanki yeni bir həyata başlayırmış kimi qələbəlik yaratdığını görərsiniz. Ənənəvi Şərq bazarlarına xas olan müştəri çal-çağırı içində qaynayan bu bazarda nə desən, var.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə martın 17-də Naxçıvan şəhərində, muxtar respublikanın rayon mərkəzlərində tədbirlər keçirilib.
Naxçıvan Əlillərin Bərpa Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin  sosial müdafiəsi naziri Cavid Səfərov Novruz bayramı münasibətilə məhdud fiziki imkanlı şəxsləri təbrik edərək qeyd edib ki, muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərə hərtərəfli diqqət və qayğı göstərilir. Onların sosial müdafiəsinin yaxşılaşdırılması, tibbi-sosial reabilitasiyalarının həlli, cəmiyyətə inteqrasiyası, o cümlədən asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir. Novruz bayramı münasibətilə bu kateqoriyadan olan şəxslərlə görüşlərin təşkili onlara göstərilən dövlət qayğısının davamıdır.

Ardını oxu...

Hər şeyin yaxşısını əldə etmək, daha yaxşı yaşamaq və etibarlı gələcək qurmaq istəyi hər birimizi ən çox düşündürən məsələlərdəndir. Bu mənada nəsə yetişdirib hasilə gətirmək və onun bəhrəsini görmək üçün insan həyatda hər cür zəhmətə qatlaşmağa, minbir cəfa bahasına olsa da, öz arzularına qovuşmağa çalışır. Ancaq belə bir həqiqət də vardır ki, cəmiyyət üçün kamil insan yetişdirmək, gələcəkdə ən dəyərli kapital ola biləcək gənc nəsil formalaşdırmaq tarixən özünü təsdiq etmiş ən doğru seçimdir. Doğrudan da, hərtərəfli inkişaf etmiş gəncliyin gücünə, onun dinamikasına düzgün istiqamət verəndə sürətlə yenilənən cəmiyyətin tələbatlarına çevik uyğunlaşa bilən, yaradıcı, məhsuldar gənclik formalaşır.

Gəncliyin dinamizmi, onun yaradıcı gücü hər kəsə bəllidir. Gənc­lərin çevik uyğunlaşma bacarığı, onların mürəkkəb situasiyalarda belə, göstərdiyi mübariz keyfiyyət çox zaman cəmiyyətin çoxdan  gözlədiyi dönüş anını reallaşdıraraq yeni inkişaf mərhələsinə qədəm qoyur. Tarixin mühüm keçid mərhələlərində taleyüklü məsələləri öz üzərinə götürmüş gənc insanların atdığı qətiyyətli addımlar illər keçəndən sonra sələflərinin onlara miras qoyduğu müdrik təcrübənin davamı kimi öz bəhrələrini verir, insanları gələcəyinin öz əlində olduğuna inandırır.

Ardını oxu...

Tədbirdə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatda əlaqələndirmə və lisenziyalaşdırma şöbəsinin müdiri Ramin Qəhrəmanov çıxış etmişdir.
Bildirilmişdir ki, muxtar respublikamızda digər sahələrlə yanaşı, avtomobil nəqliyyatı sahəsində də əsaslı islahatlar aparılmış və müsbət nəticələr əldə edilmişdir. Muxtar respublika rəhbərinin bu sahəyə diqqət və qayğısının nəticəsidir ki, ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınır, rayon mərkəzlərində yeni avtovağzallar tikilib istifadəyə verilir. Yol-nəqliyyat infra­strukturunun yenilənməsi, bu sahədə həyata keçirilən müxtəlif tədbirlər avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının müasir tələblərə uyğun yerinə yetirilməsi zərurətini yaradır. Qeyd olunmuşdur ki, muxtar respublika ərazisində sərnişin və yük daşınmasına görə razılıq (lisenziya) qanunvericilikdə nəzərdə tutulmuş qaydada Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi tərəfindən 5 il müddətinə verilir.

Ardını oxu...

Naxçıvan şəhərindəki Mərkəzi Bazarda bayram yarmarkası təşkil edilib

Xalqımızın ən dəyərli və müqəddəs bayramlarından biri olan Novruz yenə də yurdumuza qədəm qoyur. Hamı çalışır ki, bu bayramda süfrəsi bol və zəngin olsun.  
Bir neçə ildir ki, Naxçıvan şəhərində bayramqabağı təşkil olunan yarmarkalar bu əziz bayramı layiqincə keçirməyə imkan verir. Ötən şənbə günündən başlayaraq bayram yarmarkasına start verilib. Biz də həmin gün yarmarkaya üz tutduq. Burada yaradılmış şəraitlə yaxından tanış olduq. Qeyd edək ki, gördüklərimiz muxtar respublikanın iqtisadi mənzərəsini əks etdirmək baxımından insanda xoş duyğular oyadırdı. Yarmarkadakı qələbəlik isə belə deməyə əsas verirdi ki, insanlar bu tədbirdən xeyli razıdırlar. Öncə onların bir neçəsi ilə görüşüb həmsöhbət olduq. Naxçıvan şəhər sakini Hüseyn Dünyamalıyev bildirdi ki, bu tədbir bütün şəhər əhalisinin ürəyincədir. Bayram üçün almaq istədiyimiz məhsulların hamısına burada rast gəlmək olar. Qiymətlər də mağazalarda olan qiymətlərdən aşağıdır. Əsas məsələ ondadır ki, məhsulların hamısı yerli istehsaldır. Deməli, builki Novruz bayramında da süfrələrimizin bəzəyi öz məhsullarımız olacaq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Gənclər və İdman Nazirliyi ilə birgə İlham Əliyev adına Olimpiya-İdman Kompleksində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların iştirakı ilə xalq-uşaq oyunlarından ibarət yarış keçirib. Yarışın təşkilində əsas məqsəd unudulmaqda olan xalq-uşaq oyunlarının təbliğ edilməsi, uşaqlarda bu oyunlara olan marağı artırmaqla onlar arasında idmanın kütləviliyinə nail olunması və bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyalarının təmin edilməsidir.
Tədbirdə Paralimpiya Federasiyasının, Gənclər və İdman Nazirliyinin nümayəndələri çıxış edərək qeyd ediblər ki, xalqımızın zəngin folklor nümunələrindən biri də xalq-uşaq oyunlarıdır. Cəldlik, çeviklik və bacarıq tələb edən bu yarışda sağlamlıq imkanları məhdud 20 uşaq iştirak edir.
Milli geyimdə olan yarış iştirakçıları hər biri 5 nəfərdən ibarət olan “Göygöl”, “Araz”, “Əlincə” və “Qalacıq” komandalarında “Çiləmə”, “Aradaqalma”, “İpüstü”, “Torba içində tullanmaq”, “Hoppana-hoppana”, “Kəndirdartma” və sair oyunlar üzrə qabiliyyətlərini sınayıblar.
Oyun qaydalarını tez və dəqiq yerinə yetirərək daha çox xal toplayan “Göygöl” komandası qalib olub. Qalib komandaya Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının qiymətli hədiyyələri, digər yarış iştirakçılarına isə həvəsləndirici hədiyyələr təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Qarşıdan xalqımızın ən əziz bayramı olan Novruz bayramı gəlir. Novruz bayramı öz adət-ənənələri ilə xalqımızın qədim mədəniyyətini özündə geniş şəkildə əks etdirən, yaşadan bir bayramdır. Hər il olduğu kimi, bu il də muxtar respublikamızın sakinləri xalqımızın qədim el bayramı olan Novruz bayramını böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayır.

Novruzun gəlişi ərəfəsində hər birimizin arzusudur ki, bütün bayramlar kimi, Novruz şənlikləri də ən ülvi duyğularla yaddaşlara həkk olunsun, bayram yalnız və yalnız xoş hisslərlə xatırlansın. Aparılan təhlillər zamanı aydın olur ki, bayram şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı vətəndaşların adi ehtiyatsızlığı səbəbindən yanğınlar baş verir. Yanğınlar zamanı vətəndaşlarımıza maddi və mənəvi ziyan dəyir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə dünən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində brayl əlifbası ilə nəşr edilmiş “Könül işığı” adlı yeni jurnalın təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək qeyd edib ki, muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərə hərtərəfli dövlət qayğısı göstərilir, onların sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərin təhsilə cəlb edilməsi dövlətimizin daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu kateqoriyadan olan uşaqlara göstərilən yüksək dövlət qayğısının bariz ifadəsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində keçirilən seminar 12 sentyabr 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində elm və təhsil müəssisələrində qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə komitə qarşısında qoyulan vəzifələrin yerinə yetirilmə vəziyyətinə həsr olunmuşdu. Seminarı komitə sədrinin müavini Vüqar Muxtarov açaraq bildirmişdir ki, verilmiş tapşırıqlar komitənin aidiyyəti strukturları tərəfindən icra üçün rəhbərliyə alınaraq 2013-2014-cü tədris ili ərzində konkret tədbirlər həyata keçirilir.
Bildirilmişdir ki, ticarət şəbəkələrində və müəssisələrdə aparılan müşahidə xarakterli monitorinqlər zamanı istifadə olunan köməkçi materialların keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sınaq protokolları və uyğunluq sertifikatı olmadığından məktəbli oğlanlar üçün 37 ədəd pencək, 7 ədəd şalvar, məktəbli qızlar üçün 10 ədəd ətəklik, tələbə oğlanlar üçün 106 ədəd pencək, 15 ədəd şalvar, 45 ədəd qalstukun satışına qadağa qoyulmuş, məktəbli formalarından götürülmüş 4 parça nümunəsinin sınaqları aparılmış, 1 parça nümunəsinin sınaqları zamanı tərkibinə görə sintetikliyi standartın tələblərinə uyğun olmadığından istifadəsinə icazə verilməmişdir.
Seminarda komitə əməkdaşlarının müxtəlif mövzularda çıxışları dinlənilmiş və suallar cavablandırılmışdır.

Xəbərlər şöbəsi

İqtisadi və sosial inkişafın sürətlənməsi ilə cəmiyyətdə yaranıb genişlənən mühüm tələbatlardan biri də sığorta olunmaq, onun imkanlarından istifadə etməkdir. Ona görə də sığortanın bir ehtiyac kimi dərk olunması, onun ümumi bir mədəniyyət normasına çevrilməsi üçün işlər aparılması, maarifləndirici tədbirlər vasitəsilə adamların bu zəruri sahəyə marağının artırılması mühüm əhəmiyyət daşıyır. Bu il yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq, dünən növbəti maarifləndirici tədbir Naxçıvan Dövlət Universitetində təşkil olunmuşdur. Tədbiri universitetin rektoru, professor Saleh Məhərrəmov açmışdır. 

Ardını oxu...

dövlət proqramının qarşıya qoyduğu vəzifələrin icrası diqqət mərkəzindədir

“Fiziki imkanları məhdud olan uşaqlar burada oxuyacaqlar. Onlar cəmiyyətdən kənarda qalmayacaqlar. Azərbaycanda elə şərait yaradılmalıdır ki, bütün vətəndaşlar onların fiziki imkanlarına baxmayaraq, ondan asılı olmayaraq, cəmiyyətdə öz yerini tuta bilsin”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu il oktyabr ayının 5-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin açılışı mərasimində söylədiyi bu fikirlər hər bir vətəndaşın taleyi üçün cavabdeh olan, hər bir vətəndaşın Prezidenti olacağına söz verən dövlət başçısının müdrik tövsiyəsi və bu kateqoriyadan olan vətəndaşlara xüsusi diqqətinin təzahürüdür. Yüksək dəyərlərə malik, Vətən sevgisini ürəyində daşıyan insanı ən dəyərli milli sərvət hesab edən dövlət başçısı ölkənin əsas düşüncə mərkəzlərindən biri olan Naxçıvanda o zaman bu mesajı verməklə Azərbaycanın sürətlə inkişaf edən bu diyarının digər regionlar üçün nümunə olduğunu ifadə etmişdir.

Ardını oxu...

Şahbuz rayonunun Kolanı kəndində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova açaraq belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmışdır.  
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə sağlam həyat tərzinin aşılanmasında  qadının rolu” mövzusunda çıxış edərək bildirmişdir ki, ailə mühiti yeni nəsil üçün birinci məktəbdir. Uşaq danışığı valideynlərindən öyrəndiyi kimi, yaşayış əlifbasını, yəni həyat tərzini də onlardan öyrənir. Bu səbəbdən həm ailədə, həm də cəmiyyətdə qadının üzərinə daha çox məsuliyyət düşür. Ailə dəyərlərini qoruyub saxlayan, nəsildən nəslə ötürən qadındır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ətraf mühitin qorunması, ekoloji problemlərin həll edilməsi və əlverişli ekoloji mühitin yaradılması daim diqqət mərkəzində saxlanılır. Yeni sənaye sahələrinin yaradılması, müxtəlif təbii amillər yaşıllıqların əhəmiyyətini daha da artırır. Regionda kənd təsərrüfatının inkişaf etdirilməsi yaşıllıqların, xüsusilə yeni meyvə bağlarının salınmasını zəruri edir. Əvvəlki illərdə olduğu kimi, cari ildə də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, yeni meyvə bağlarının salınması davam etdirilir. Nazirlikdən verilən məlumata görə, hazırda tingyetişdirmə sahələrində əkin standartlarına uyğun 300 min ədəddən artıq ting mövcuddur. Cari ilin yaz mövsümündə bu günə qədər Şahbuz, Babək, Ordubad və Sədərək rayonları ərazilərindəki 11,7 hektar sahədə 9 min 200 ədəd meyvə tingi əkilmişdir.
Əvvəlki illərdə olduğu kimi, bu il də yerli şəraitə uyğun tinglərə olan tələbatı ödəmək məqsədilə yeni toxmacarlıq, qələmkökləndirmə sahələri yaradılmış və bu sahələrdə 40 min ədəd iydə, üzüm, çinar qələmləri əkilmişdir. Hazırda regionun iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq mövsümlə əlaqədar tingyetişdirmə sahələrində və yeni meyvə ağacları əkiləcək ərazilərdə işlər davam etdirilir.

Xəbərlər şöbəsi

Hər dövr insanlarda özünəməxsus baxış bucağı formalaşdırır. Bu baxışlar, əsasən, cəmiyyətin tələbləri üzərində qurulur. Lakin bəzən tarixdə cəmiyyətdə birbaşa gələcəyə baxış formalaşdıran proseslər də baş verir. Fikrimizi belə aydınlaşdıraq: sovet dönəmində muxtar respublikamızın müəyyən kəndlərində müxtəlif inzibati binalar tikilirdisə də, həmin quruculuq tədbirləri kompleks xarakter daşımırdı. Planlı iqtisadiyyat üzərində qurulan layihələrdə bəzən yüksəkvəzifəli bir məmurun filan kənddən olması da işlərə təsir edirdi. İstənilən kənddə yeni tikilmiş monoton bir obyektə gedən yollar isə daşlı-kəsəkli, palçıqlı kənd küçələrindən keçirdi. Bu yolların nə zamansa yenidən qurulacağına heç birimiz inanmazdıq. Sanki kənd yolları belə olmalı idi. Bundan əlavə, sakinlər bəzən bir problemin həlli üçün fərqli ünvanlarda yerləşən obyektlərə baş çəkməli, “əl parçası boyda bir kağız” almaq üçün, necə deyərlər, günlər qurban verməli idilər. Bütün bunların fonunda hər kəs rahat yaşayışın kənddən uzaqda  – şəhərlərdə olduğunu düşünür, yeganə çıxış yolunu kəndi tərk etməkdə görürdü. Doğrudur, bu qeyd etdiklərimiz ildən-ilə nostalji hisslərlə xatırlansa da, əlahəzrət fakt faktlığında qalır.

Ardını oxu...

Qarşıdan allı-güllü yaz, mübarək Novruz bayramı gəlir. İllərdir ki, xalqımız bu gözəl bayramı böyük məhəbbət, yüksək ovqatla qeyd edir. Novruzun ilk çərşənbəsindən başlayaraq martın sonuna kimi uzanan günləri el arasında “əziz gün” kimi dəyərləndirirlər. Novruz bayramının ürəyimizdə sevgisi o qədər dərindir ki, onun adət-ənənələrinə, mərasimlərinə əməl etməyi hamı müqəddəs borcu bilir.
Bəli, bayram ovqatına köklənmiş muxtar respublikamız daha bir Novruzu qarşılamaqdadır. Yüz illər boyu əzizlənə-əzizlənə minbir büsatla qeyd edilən Novruz bayramı milli dəyərlərimizi özündə ehtiva edən mərasimlər məcmusudur. Onun gəlişi el-obamızda əsl şənliyə çevrilir. Bayrama hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, müxtəlif şirniyyatlar bişirilir. Dükan-bazarlarda bu ərəfədə daha da bolluq yaradılır.

Ardını oxu...

Naxçıvandan Boyəhməd kəndinə bir yol çəkilib ki, tez-tez işlətdiyimiz və çoxumuzun mənasını bilmədiyimiz “Avropa standartları” bu yolun qabaq-qənşərində heç bir çürük qoz da deyil. Adını çəkdiyim bu kənd, yəni Boyəhməd kəndi dəniz səviyyəsindən nə az, nə çox, 2500 metrdən də artıq yüksəklikdədir. Əlbəttə ki, bu, kənd camaatının ev-eşik, od-ocaq qurduğu yerin hündürlüyüdür, yoxsa ki, Boy­əhmədi dövrələyən Göydağın, Yol yurdunun, Yelli yurdun və ondan o yankı, hələlik, ağ örpəyə bürünmüş, zirvələri buludlardan nəm çəkən o biri dağların yüksəkliyini kim hesablayıb? Bunu qoyuram bir qırağa və qayıdıram yol məsələsinə. Qoy möhtərəm oxucu məni təkrarçılıqla qınamasın, o mənada ki, mən bütün yazılarımda bu yol məsələsini önə çəkirəm. Çünki biz yaşlı nəslin insanları Naxçıvanda abad, rahat yol görməmişdik.  Amma Naxçıvan şəhərindən Culfa rayonunun bu istiqamətindəki sonuncu kəndi olan Boyəhmədəqədərki 62 kilometrlik yolun bu gözəlliyini görəndə Tanrıya min şükür elədim. Hər dolayda, hər döngədə bir mənzərə, bir füsunkarlıq və ağlıma gətirdim ki, gec-tez Naxçıvan dünyanın ən sayılıb-seçilən turizm mərkəzlərindən biri olacaq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Poqramı”na əsasən, məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlarla bağlı yaranan çətinliklərin aradan qaldırılması və bu sahədə görülən  işlərə nəzarət etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət yaradılan komissiya fəaliyyətini davam etdirir.
Belə ki, proqramın həyata keçirilməsi üzrə tədbirlər planında nəzərdə tutulan müxtəlif tapşırıqların icrasına uyğun olaraq, martın 5-də Şərur rayon Dəmirçi kənd tam orta məktəbində növbəti maarifləndirici tədbir keçirilib. Komissiya üzvlərinin, məktəbdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin valideynlərinin, bu kateqoriyadan olan uşaqlara fənləri tədris edən müəllimlərin və məktəb psixoloqunun iştirak etdiyi tədbirdə təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqların tədrisə davamiyyəti, onlarla fərdi proqram əsasında həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrlə bağlı söhbətlər aparılıb, komissiya üzvləri tərəfindən iştirakçıların sualları cavablandırılıb.
Maarifləndirici tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikamız bu il muxtariyyətinin 90-cı ildönümünü qeyd edir. Bu 90 illik tarixi yolda 20 ili əhatə edən inkişaf geridə qalmış 70 ili əməlli-başlı kölgədə saxlamağı bacarmış, Naxçıvanın müasir inkişaf və tərəqqisi intibaha çevrilmişdir. Və bu intibah özünün  kulminasiya həddini yaşayır.  Son illərin tərəqqisi insanda belə bir fikir yaradır ki, Naxçıvan diyarında inkişaf hədlərə görə yox, daim yenilənən hədəflərə doğru istiqamətlənir. Bunun əksini düşünmək bu yurdda qəbul olunmur.

Naxçıvanda hər bölgənin bir özünəməxsusluğu var. Bu özünəməxsusluq, əsasən, tarixdən, təbiətdən qaynaqlanan keyfiyyətdir. Məsələn, Naxçıvanın elə bölgələri var ki, burada 30-40 kilometrlik məsafədə iqlim dəyişkənliyinin şahidi olursan. Daha aydın ifadə etsək, bir bölgədə yetişən meyvə digər bölgədə bir-iki ay sonra hasil olur. Və yaxud bir bölgədə yerləşən tarixi abidələrin say çoxluğu digər bölgənin təbii gözəlliyinə uduzur və sair. Bax özünəməxsusluq odur ki, bütün bu zənginliklərin yerdəyişməsi sahəsi 5,5 min kvadratkilometr ərazidə baş verir.

Ardını oxu...

21 fevral 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri ilə bağlı keçirilən müşavirədə tikinti işçilərinin əmək şəraitinin və iş yerlərinin əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına uyğun olmasına, işəgötürənlər tərəfindən işçilərin fərdi mühafizə vasitələri və xüsusi geyimlə təmin edilməsinə, işçilərin hüquqlarının qorunması məqsədilə qanunvericiliyə uyğun olaraq əmək müqaviləsinin bağlanmasına nəzarəti gücləndirmək, həmçinin əməyin mühafizəsi üzrə ixtisasartırma kurslarının təşkil olunması barədə tapşırıqlar verilib. Verilmiş tapşırıqların icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində tikintidə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunması mövzusunda ixtisasartırma kurslarına başlanılıb.
Martın 3-dən keçilməsinə başlanılan ilk ixtisasartırma kursuna Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rayon idarələrinin, “Gəmiqaya Şirkəti”, “Dizayn İnşaat”, “Cahan İnşaat” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, “Əcəmi” Açıq Səhmdar Cəmiyyətinin, “Altay” LTD-nin və Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin əməyin mühafizəsi üzrə 14 mütəxəssisi cəlb edilib.

Ardını oxu...

Əmək ehtiyatları iqtisadi inkişafın mühüm amillərindən biridir. Doğrudan da, hərtərəfli formalaşmış, bütün peşə və sənət növləri üzrə yetkinləşmiş insan resursları olmasa, heç bir təbii ehtiyatdan istifadə etmək və insanların minlərlə tələbatının heç birini ödəmək mümkün olmaz. Başqa sözlə, yaradılan nə varsa, bunlar məqsədyönlü fəaliyyətin – insan əməyinin məhsuludur. Buna görə də hər bir insanın ictimai-faydalı əməyinə qayğı göstərmək, onun üçün normal, təhlükəsiz əmək şəraiti yaratmaq inkişaf edən cəmiyyətlərdə həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsi olub, son nəticədə, insan inkişafına xidmət edən çoxşaxəli, fasiləsiz və kompleks tədbirlər sistemidir.

Ardını oxu...

Müasir dövrün insanları evinin komfortu üçün gözəl dizayn və dekorasiya yaratmağı çox sevirlər. Bununla yanaşı, komfort və rahatlığın təkcə evin divarları arasında deyil, həm də bütün məhəllədə və şəhərdə olması insanın həyat tərzinin formalaşmasına mühüm təsir edir, onun dünyagörüşünü genişləndirən, kollektiv rifahların fərdi rifahdan daha vacib olmasını sübut edən bir mədəniyyətə çevrilir. Bu komfortu yaradan mühüm bir element isə şəhərdə rahat yaşayışı təmin edən müasir infrastrukturdur. Ona görə də yaşadığımız şəhərin də evimizin içi kimi gözəl və səliqəli görünməsini istəyiriksə, onun hər daşına, kərpicinə diqqətlə yanaşmalı, bu gün tikilənləri gələcək naminə qoruyub saxlamalıyıq.

Şəhər təsərrüfatı mürəkkəb işdir və onun idarə olunması dövrün və inkişafın tələbi ilə bir-birini tamamlayan çoxsaylı tədbirlərin məcmusudur. Şəhərin bir insan məskəni kimi inkişaf edib genişlənməsi tarixən baş vermiş müxtəlif hadisələrlə müşayiət olunsa da, burada gələcək perspektivlərə hesablanmış proqnozlar şəhərin ümumi görünüşünə mühüm təsir edir, vaxtında verilmiş qərarlar onun gələcəyini əhəmiyyətli dərəcədə formalaşdırır.

Ardını oxu...

İnsanın sınağa çəkildiyi anlardan biri də ailəsini qoruyub saxlamaq imtahanıdır. Ailənin bütövlüyünə son qoymaq mənəvi baxımdan ən böyük cinayət hesab olunur. Bəs ailəni necə mühafizə etmək olar, hansı amillər ailə modelimizə təhlükədir? Bu kimi suallarımızı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov cavablandırır.
– Bilirik ki, Azərbaycan xalqı üçün ailə müqəddəsdir. Ancaq etiraf etmək lazımdır ki, yaşadığımız zamanda özünü göstərən qloballaşma bəzən bu müqəddəsliyi təhdid edir. Bunlardan biri də, deyərdim ki, əsası ailələrin parçalanmasıdır.

Ardını oxu...

Müasir həyatın dinamikası çoxsaylı işlər və hadisələrlə zəngindir. Getdikcə hər tərəfdə tikinti və quruculuq işləri geniş vüsət alır, yeni-yeni istehsal və xidmət müəssisələri yaranır, onların fəaliyyətləri genişləndirilir. İnsanlar daha çox səyahət etməyə, gəzib-görməyə meyil edir, uzaq səfərlərə çıxır, avtomobil nəqliyyatı vasitələrindən istifadəyə zərurət yaranır. Digər bir tərəfdən isə insanlar həyatın bütün sahələrində öz rahatlığını və təhlükəsizliyini təmin etmək üçün yollar axtarır, risklərdən yayınmaq, gözlənilməz bədbəxt hadisələrdən və onların vurduğu zərərlərdən sığortalanmaq istəyirlər.

Ardını oxu...

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə, eləcə də muxtar respublikamızda mənəvi dəyərlərimizin qorunması və yaşadılmasına xüsusi önəm verilir. Bu dəyərlərimiz sistemində İslam mədəniyyəti ayrıca yer tutur.
Müasir günümüzdə dünya ölkələrinin bir  çoxunda, eləcə də müsəlman  ölkələrində “Halal” markası ilə satışa bir çox  növdə və çeşiddə məhsullar çıxarılır. Azərbaycan istehlakçısına da bu marka ilə satışa çıxarılan məhsullar yaxşı tanışdır. Ancaq etiraf etmək lazımdır ki, ət məhsullarının istehsalı ilə məşğul olan bəzi sahibkarlar bu marka ilə bazara məhsul çıxarmanın məsuliyyətindən xəbərsizdirlər. Bəzi hallarda isə “Halal” əmtəə nişanı ilə bazara məhsullar çıxarılır ki, bu da istehlakçıları çaşbaş salır, marka adı ilə əmtəə nişanının qarışdırılması  nəticəsində arzuolunmaz nəticələr ortaya çıxır.

Ardını oxu...

Arzusunda olduqlarımızı biz yaradırıq. Ata və anaların “müəllifi” olduğu yaxşılar və pislər sabahkı cəmiyyətindir, sabahkı dövlətindir, sabahkı Vətənindir. Övladlarımızın yaxşısı ilə öyünərkən qürurla deyirik: “Gələcək onlarındır”. Gələcəyin övladlarımız üçün işıqlı, xoşbəxt olmasından ötrü bu gün biz onların həyatında var olmalıyıq.
Hər bir valideyn öz övladının sağlam və gümrah, bilikli və dünyagörüşlü böyüməsini istəyir. Bu gün cəmiyyətimizin də məqsədi buna doğru yönəlmişdir. Övladının fiziki cəhətdən sağlam, gümrah olmasını istəyən valideyn onu həm də mənəvi cəhətdən düzgün yetişdirməli, Vətənə, doğma yurda, torpağa məhəbbət və onun uğurları ilə iftixar hissi keçirmək ruhunda tərbiyələndirməlidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində büdcədən maliyyələşən  nazirlik, komitə, baş idarələrin, müəssisə və təşkilatların mühasibləri üçün sığorta fəaliyyətinin əhəmiyyəti, icbari və könullu sığortalar, ayrı-ayrı sığorta növlərinin mahiyyəti haqqında seminar keçirilmişdir. Tədbiri Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Hikmət Cəfərov açaraq sığortanın əhəmiyyətindən danışmış, muxtar respublikamızda sığorta sahəsində qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görülmüş və bundan sonra da görüləcək işlərdən bəhs etmişdir.
Seminarda Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyininin Baş direktoru Hikmət Əsgərov məruzə ilə çıxış edərək bildirmişdir ki, 30 yanvar 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə sığorta orqanları qarşısında sığorta fəaliyyətinin canlandırılması, əhalinin sığortaya etibarının  artırılması üçün təsirli tədbirlər görülməsi vəzifəsi qoyulmuşdur. Dövlət Baş Sığorta Agentliyi 2014-cü ildə də icbari və könüllü formalarda bütün sığorta növlərinin inkişafı naminə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışacaqdır.
Sonra seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası üzrə hazır­lanmış tədbirlər planına uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması istiqamətində növbəti tədbir təşkil olunub.
Belə ki, fevralın 19-da Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud 12 uşağın iştirakı ilə “Oxu, qavra” adlı mütaliə yarışı keçirilib.
Yarış iştirakçıları bir saat ərzində elektron kitabxananın kataloqunda olan bədii ədəbiyyatdan seçilmiş hekayəni oxumaqla onun məzmununa aid tərtib olunan test suallarını cavablandırıblar. Ən çox sualı düzgün cavablandıran iştirakçı yarışın qalibi olub.
Yarışda ilk üç yeri tutan sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr, digər yarış iştirakçılarına isə həvəsləndirici mükafatlar təqdim edilib.
Bu tədbir eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlarda mütaliə vərdişi yaratmaqla onların zehni inkişafının və biliklərinin artmasına xidmət edir.

Xəbərlər şöbəsi

Muxtar respublikada əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər aztəminatlı ailələri də əhatə etmişdir. Bu qrupdan olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ünvanlı sosial yardımların təyin olunması, əmək qabiliyyətli ailə üzvlərinin məşğulluq problemlərinin həlli, əlil və ahılların təqaüdlərinin vaxtlı-vaxtında verilməsi, aztəminatlı ailələrə mütəmadi olaraq baş çəkilməsi bu istiqamətdə görülən işlərdəndir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən aldığımız məlumata görə, növbəti belə görüş Babək rayonunun Naxışnərgiz kəndində yaşayan aztəminatlı Qəmbər Zaman­ovun ailəsi ilə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin əməkdaşları ailənin yaşayış vəziyyəti ilə maraqlanmış, ailə üzvlərini tibbi müayinədən keçirərək ailəyə məişət əşyası və ərzaq payı vermişlər.
Xüsusi qayğıya ehtiyacı olan ailənin üzvləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Xəbərlər şöbəsi

Dünən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “İnternet və informasiya-kommunikasiya texnologiyalarından qeyri-düzgün istifadənin ailə münasibətlərinə mənfi təsiri” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova açaraq “İnternetdən və İKT-dən səmərəsiz istifadə ailə institutumuza xələl gətirir” mövzusunda çıxış etmişdir. Qeyd olunmuşdur ki, sivilizasiyanın inkişaf səviyyəsindən asılı olaraq, müasir kompüter və elektron texnologiyalar, internet, mobil telefonlar istifadə vasitəsi kimi həyatımıza daxil olmuşdur. Lakin təəssüf hissi ilə qeyd edək ki, bu qurğulardan istifadə zamanı bəzən qarışıq informasiya bolluğuna düşən, vaxtdan düzgün istifadə edə bilməyən bir çox gənc­lər və yeniyetmələr xarakterlərindən, düşdükləri və ya yetişdikləri mühitdən asılı olaraq, gündəlik həyatlarında müəyyən  problemlərlə rastlaşır, onların həlli yollarını tapmaqda çətinlik çəkirlər. Bildirilmişdir ki, bəzən internet və sosial şəbəkələrdən qeyri-düzgün istifadə ailədə münaqişələrin yaranmasına, ailə zorakılığının meydana gəlməsinə səbəb olur ki, bu da sonda ailənin parçalanması ilə nəticələnir.

Ardını oxu...

Naxçıvan Dövlət Film Fondunda muxtar respublika Vergilər Nazirliyi tərəfindən nağdsız hesablaşmalarla bağlı maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, ona tabeli müəssisə və təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə muxtar respublika Vergilər  Nazirliyinin əməkdaşı Mirhüseyn Seyidov açaraq bildirib ki, nağdsız ödəniş pul nişanlarından istifadə etmədən pul vəsaitlərinin bir bank hesabından digər bank hesabına köçürülməsi vasitəsilə həyata keçirilən hesablaşmadır.

Ardını oxu...

Muxtar respublikamızın sоsiаl-iqtisаdi inkişаfının nəticəsi оlаrаq аvtоmоbillərin sаyı ildən-ilə аrtmаqdаdır. Təbii ki, аvtоmоbillərin sаyının аrtmаsı yоllаrdаkı hərəkətin intеnsivliyinə də öz təsirini göstərir. Bu isə, öz növbəsində, Dövlət Yоl Pоlisi əməkdаşlаrının qаyğılаrını аrtırır. Bəs hərəkətin tənzimlənməsi üçün hаnsı tədbirlər görülür? Bu və yа digər suаllаrа аydınlıq gətirmək üçün Nахçıvаn Muхtаr Rеspublikаsı Dövlət Yоl Pоlisi İdаrəsinin rəisi, pоlis mayoru Aydın Ağayevlə həmsöhbət оlduq:

– Avtomobil yollarında hərəkətin intensivliyinin və təhlükəsizliyinin təmin olunması üçün hansı profilaktik tədbirlər həyata keçirilir?

Ardını oxu...

İnzibati ərazi vahidliyindən asılı olmayaraq, istənilən yaşayış məntəqəsinin inkişafı onun ümumi mənzərəsindən bəlli olur. Fərqi yoxdur, kənd və ya şəhər olsun. Yaxud əhalisinin sayı çox və ya az olsun. Sürətli inkişaf yoluna qədəm qoymuş yaşayış məntəqələrindən biri də xalqımızın qəhrəman övladının adını daşıyan Babək qəsəbəsidir. Babək qəsəbəsi ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə 35 il bundan əvvəl yaradılmış eyniadlı rayonun mərkəzidir. Ötən dövr ərzində Babək rayonu da hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, nəticədə, rayon mərkəzi Babək qəsəbəsi sürətli inkişaf yolu keçib. Elə bu yazıda da söhbətimizin əsas mövzusu əhalisi 3800 nəfərə yaxın olan Babək qəsəbəsi haqqındadır.

Muxtar respublikamızın bütün rayon mərkəzlərində mövcud olan Heydər Əliyev prospekti Babək qəsəbəsinin də ən gözəl ünvanıdır. Prospekt boyu rayonun müxtəlif idarə, müəssisə və təşkilatları üçün yeni binalar inşa edilib. Həmin binalarda işləyənlər üçün hərtərəfli şərait yaradılıb. Burada yerləşən inzibati binaların ətrafında yaşıllıq zolaqları salınıb, ətrafda abadlıq işləri aparılıb. “Heydər Əliyev ili”ndə prospektdə daha 3 təşkilat – Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbi, rayon Qeydiyyat Şöbəsi və Dövlət Notariat Kontoru yeni binalarda fəaliyyətlərini davam etdirməyə başlayıblar.

Ardını oxu...

Ordubad Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı zamanı qanunvericiliyin tələbləri mövzusunda yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açaraq rayonda  dövlət qurumları üçün yaradılan müasir şərait barədə danışıb, yaradılan şəraitin müqabilində rayonun kənd inzibati ərasi dairəsi üzrə nümayəndələrindən nümunəvi iş tələb olunduğunu deyib.
Yığıncaqda Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edərək qeyd edib ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılmasını, qanunvericiliyin tələblərinə uyğunluğunu öyrənmək məqsədilə mütəmadi olaraq nazirlik tərəfindən rayon icra hakimiyyətləri ilə birlikdə yoxlamalar həyata keçirilib. Bu yoxlamalar zamanı aşkar olunan nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb və rayon icra hakimiyyətləri məlumatlandırılıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsi Naxçıvan şəhərinin Tumbul kəndində tədbir keçirib. Torpaq mülkiyyətçilərini maarifləndirmək məqsədilə təşkil edilən tədbirdə müxtəlif mövzularda söhbətlər aparılıb.  
“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları barədə məlumat verən şöbənin Fərdi uçotun təşkili sektorunun müdiri Cabir Seyidov bildirib ki, bu qanun Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilikdə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi uçotunun təşkilinin hüquqi əsaslarını və prinsiplərini müəyyən edir.
Fərdi uçot Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın məqsədlərindən biri də peşə hazırlığının əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılmasıdır. Bunun üçün dövlət proqramında əmək bazarının tələbinə müvafiq olaraq, işaxtaranların peşə hazırlığının təşkili üzrə silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin peşə seçiminə köməklik məqsədilə onlara tədris müddəti ərzində əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatların verilməsi ilə bağlı proqramda nəzərdə tutulan tapşırığın icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmış qrafikə əsasən, muxtar respublikanın ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün peşəyönümü məşğələlərə başlanılıb.
Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil olunan peşəyönümü məşğələdə Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin əməkdaşları tərəfindən əyani vasitələrlə məşğulluq xidmətinin fəaliyyəti, əmək bazarı və muxtar respublikamızın iqtisadiyyatında müxtəlif peşələrə olan tələbatlar haqqında məlumatlar verilib, şagirdlərin hansı peşələrə maraq görtərmələri barədə sorğu keçirilib.
Ümumiyyətlə, peşəyönümü məşğələlərin təşkili əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşmasına, məşğulluq məsələlərinin həllinə, şagirdlərin meyil və maraqları, fiziki imkanları nəzərə alınmaqla onların düzgün peşə seçimi etməsinə imkanlar yaradır.
Məşğələlər davam etdirilir.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda uzun­ömürlü ailələrin “gümüş”, “qızıl” və “brilyant toy”larının qeyd olunması artıq ənənə halını alıb. Sevindirici haldır ki, muxtar respublikamızda belə ailələr çoxluq təşkil edir.
Uzunömürlü ailələrdən biri də Şahbuz rayonunun Qızıl Qışlaq kəndində yaşayan Hacıyevlər ailəsidir. İdris Hacıyevlə Asya Hacıyevanın evliliklərinin bu ay 50 ili tamam olur. Ailənin 6 övladı, 8 nəvəsi var.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova və ailənin yaxınları iştirak ediblər.
Tədbirdə çıxış edənlər vurğulayıblar ki, muxtar respublikamızda yaşayan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması, ailələrin daha da möhkəmləndirilməsi və uzunömürlülüyün təmin edilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Sonda yubilyarlara hədiyyələr təqdim edilib.
Yubilyarlar və ailə üzvləri yüksək qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Xəbərlər şöbəsi

Aztəminatlı ailələrə mütəmadi baş çəkilməsi və onların mövcud çətinliklərinin aradan qaldırılması üçün Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tapşırılan vəzifələrin öhdəsindən gəlməyə səy göstərirlər. Adıçəkilən təşkilatların əməkdaşları bu günlərdə Culfa rayon Kırna kəndində yaşayan Mehdiyevlər ailəsində olmuşlar. Aztəminatlı ailənin üzvlərinin yaşayış vəziyyəti ilə maraqlanılmış, ailə üzvləri tibbi müayinədən keçirilmiş, onlara hədiyyə və ərzaq payı verilmişdir.
Xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailənin üzvləri göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.

Xəbərlər şöbəsi

Milli dəyərlərimiz içərisində özünəməxsus yer tutan Azərbaycan xalçaları xalqımızın tarix və şöhrət salnaməsinə pozulmaz izlərini yazıb, köklü bir məktəb yaradıb. Məmləkətimizin müxtəlif regionlarında toxunan bir-birindən gözəl xalçalar dünyanın müxtəlif ölkələrini gəzib. Bu sırada Naxçıvan xalçaçılıq məktəbinin öndə getməsi də faktdır və bununla hər bir naxçıvanlının qürur hissi keçirməyə böyük mənəvi haqqı var. Çünki Azərbaycan xalça sənətinin ənənəvi naxışlar və elementlər, özünəməxsus rəng çalarları ilə zənginləşdirilməsində Naxçıvan xalçaçılıq məktəbi mühüm rol oynayıb.

Naxçıvan xalçaçılıq məktəbi özünəməxsus inkişaf mərhələsi keçib. Bu günümüzə qədər qorunub saxlanılan xalça nümunələri belə deməyə əsas verir ki, bu qədim diyarda xalça toxunuşunda daha çox butalardan, rəmzi çeşnilərdən istifadə edilib. Xalçatoxuma növlərindən şaquli istiqamətli zolaqlarla bəzədilmiş xovsuz xalçaların əsas istehsal mərkəzi tarixən Ordubad olub. Əsasən, ipək liflərdən toxunan bu xalçalar ağ, yaşıl, qırmızı, sarı, mavi və sair rəngli zolaqların növbələşməsi ilə bəzədilib, zəriflik baxımından qumaş təsəvvürü yaradıb.

Ardını oxu...

“Oğlumun nağılları və yaxud bizim həqiqətlərimiz” silsiləsindən dördüncü nağıl

Kənddən yenicə qayıtmışdıq. Hər dəfə evə çatanacan yolda yuxulayan oğlum bu dəfə nədənsə oyaq idi. Heç birimizin fərqinə varmadığımız bu məqamı oğlum öz uşaq diqqətcilliyi ilə bizə xatırladanda, doğrusu, hamımız təəccübləndik. Təəccübümüzü görən oğlum bunu izah etmək üçün öz səbəbini də müəyyənləşdirmişdi:  

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR