22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində büdcədən maliyyələşən  nazirlik, komitə, baş idarələrin, müəssisə və təşkilatların mühasibləri üçün sığorta fəaliyyətinin əhəmiyyəti, icbari və könullu sığortalar, ayrı-ayrı sığorta növlərinin mahiyyəti haqqında seminar keçirilmişdir. Tədbiri Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Hikmət Cəfərov açaraq sığortanın əhəmiyyətindən danışmış, muxtar respublikamızda sığorta sahəsində qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görülmüş və bundan sonra da görüləcək işlərdən bəhs etmişdir.
Seminarda Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyininin Baş direktoru Hikmət Əsgərov məruzə ilə çıxış edərək bildirmişdir ki, 30 yanvar 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə sığorta orqanları qarşısında sığorta fəaliyyətinin canlandırılması, əhalinin sığortaya etibarının  artırılması üçün təsirli tədbirlər görülməsi vəzifəsi qoyulmuşdur. Dövlət Baş Sığorta Agentliyi 2014-cü ildə də icbari və könüllü formalarda bütün sığorta növlərinin inkişafı naminə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışacaqdır.
Sonra seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR