22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsi Naxçıvan şəhərinin Tumbul kəndində tədbir keçirib. Torpaq mülkiyyətçilərini maarifləndirmək məqsədilə təşkil edilən tədbirdə müxtəlif mövzularda söhbətlər aparılıb.  
“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları barədə məlumat verən şöbənin Fərdi uçotun təşkili sektorunun müdiri Cabir Seyidov bildirib ki, bu qanun Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilikdə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi uçotunun təşkilinin hüquqi əsaslarını və prinsiplərini müəyyən edir.
Fərdi uçot Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.

Qeyd olunub ki, dövlət sosial sığortasının həyata keçirilməsi, təkmilləşdirilməsi, əmək pensiyalarının məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün informasiya bazasının yaradılması, əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər, məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun başlıca məqsədləridir.
Tədbirdə şöbənin Gəlirlər sektorunun müdiri Rasim Seyidov çıxış edərək bildirib ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında sosial sığorta sahəsində münasibətləri tənzimləyir, sosial sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi üzrə işləyənlər barəsində həyata keçirilir. Bu qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar.
Pensiya təyinatı sektorunun məsləhətçisi Anar Eynalov “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu barədə məlumat verərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti 2014-cü il 3 fevral tarixdə “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” növbəti Sərəncam imzalayıb. Bu sərəncama əsasən, 2013-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, əmək pensiyalarının sığorta hissəsi və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanan pensiya kapitalı məbləğlərinin 2014-cü il 1 yanvar tarixdən indeksləşdirilməsi nəzərdə tutulub.
Muxtar respublikamızda da əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar ölkə Prezidentinin imzaladığı sərəncamdan irəli gələn vəzifələrin operativ icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən lazımi tədbirlər görülüb.  
Tədbirdə torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR