Aztəminatlı ailələrə mütəmadi baş çəkilməsi və onların mövcud çətinliklərinin aradan qaldırılması üçün Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tapşırılan vəzifələrin öhdəsindən gəlməyə səy göstərirlər. Adıçəkilən təşkilatların əməkdaşları bu günlərdə Culfa rayon Kırna kəndində yaşayan Mehdiyevlər ailəsində olmuşlar. Aztəminatlı ailənin üzvlərinin yaşayış vəziyyəti ilə maraqlanılmış, ailə üzvləri tibbi müayinədən keçirilmiş, onlara hədiyyə və ərzaq payı verilmişdir.
Xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailənin üzvləri göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.
Xəbərlər şöbəsi