22 Dekabr 2024, Bazar

Əhalinin məşğulluğunun təmin olunmasında ən çevik formalardan biri əmək yarmarkalarıdır. Bir neçə ildir ki, muxtar respublikamızın şəhər və rayonlarında təşkil edilən yarmarkalarda yüzlərlə insanın məşğulluğu təmin edilib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, 2014-cü ilin əmək yarmarkalarına aprel ayının 1-dən start veriləcək. Muxtar respublika üzrə ilk belə tədbir həmin gün Sədərək rayonunun Heydərabad Qəsəbə Mərkəzində təşkil olunacaq. Aprel ayının 2-də Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək. Aprel ayının 3-də keçiriləcək əmək yarmarkası Şahbuz şəhərindəki “Araz” kinoteatrının binasında olacaq. Culfa rayonunun işaxtaran sakinləri bu dövlət qayğısından aprel ayının 4-də yararlana biləcəklər. Aprel ayının 8-də ordubadlılara, 9-da babəklilərə, 10-da şərurlulara boş iş yerləri təqdim olunacaq.
Naxçıvan şəhərində əmək yarmarkası aprel ayının 11-də “Gənclik” Mərkəzində keçiriləcək. Məlumat üçün onu da bildirək ki, bütün əmək yarmarkaları saat 11-ə təyin edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR