22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında ətraf mühitin qorunması, ekoloji problemlərin həll edilməsi və əlverişli ekoloji mühitin yaradılması daim diqqət mərkəzində saxlanılır. Yeni sənaye sahələrinin yaradılması, müxtəlif təbii amillər yaşıllıqların əhəmiyyətini daha da artırır. Regionda kənd təsərrüfatının inkişaf etdirilməsi yaşıllıqların, xüsusilə yeni meyvə bağlarının salınmasını zəruri edir. Əvvəlki illərdə olduğu kimi, cari ildə də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, yeni meyvə bağlarının salınması davam etdirilir. Nazirlikdən verilən məlumata görə, hazırda tingyetişdirmə sahələrində əkin standartlarına uyğun 300 min ədəddən artıq ting mövcuddur. Cari ilin yaz mövsümündə bu günə qədər Şahbuz, Babək, Ordubad və Sədərək rayonları ərazilərindəki 11,7 hektar sahədə 9 min 200 ədəd meyvə tingi əkilmişdir.
Əvvəlki illərdə olduğu kimi, bu il də yerli şəraitə uyğun tinglərə olan tələbatı ödəmək məqsədilə yeni toxmacarlıq, qələmkökləndirmə sahələri yaradılmış və bu sahələrdə 40 min ədəd iydə, üzüm, çinar qələmləri əkilmişdir. Hazırda regionun iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq mövsümlə əlaqədar tingyetişdirmə sahələrində və yeni meyvə ağacları əkiləcək ərazilərdə işlər davam etdirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR