Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Poqramı”na əsasən, məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlarla bağlı yaranan çətinliklərin aradan qaldırılması və bu sahədə görülən işlərə nəzarət etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət yaradılan komissiya fəaliyyətini davam etdirir.
Belə ki, proqramın həyata keçirilməsi üzrə tədbirlər planında nəzərdə tutulan müxtəlif tapşırıqların icrasına uyğun olaraq, martın 5-də Şərur rayon Dəmirçi kənd tam orta məktəbində növbəti maarifləndirici tədbir keçirilib. Komissiya üzvlərinin, məktəbdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin valideynlərinin, bu kateqoriyadan olan uşaqlara fənləri tədris edən müəllimlərin və məktəb psixoloqunun iştirak etdiyi tədbirdə təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqların tədrisə davamiyyəti, onlarla fərdi proqram əsasında həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrlə bağlı söhbətlər aparılıb, komissiya üzvləri tərəfindən iştirakçıların sualları cavablandırılıb.
Maarifləndirici tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti