21 Dekabr 2024, Şənbə

İyunun 27-də Kəngərli Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyi ilə birgə rayonda sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirilmişdir.
Tədbiri Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov açaraq rayonda sığorta fəaliyyəti sahəsində görülmüş işlərdən danışmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək sığorta işinin təkmilləşdirilməsi istiqamətində muxtar respublikada görülmüş işlər barədə məlumat vermiş, vaxtında sığorta olunmağın əhəmiyyətini qeyd etmişdir. O, muxtar respublikada, o cümlədən Kəngərli rayonunda müxtəlif bədbəxt hadisələrdən zərər çəkmiş ayrı-ayrı vətəndaşlara dəymiş zərərlərin ödənilməsi üzrə faktlar göstərərək sığorta olunmağın faydalarından danışmışdır. Baş direktor onu da bildirmişdir ki, ötən müddətdə Kəngərli rayonunda da sığorta fəaliyyəti istiqamətində müəyyən işlər görülmüş, bağlanılmış sığorta müqavilələrinin sayı artmışdır. Qeyd olunmuşdur ki, Kəngərli rayonunda sığorta sahəsində görülmüş işlərlə yanaşı, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və daşınmaz əmlakın icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslər vardır. Ona görə də rayonda müxtəlif icbari və könüllü sığorta növlərinin geniş yayılması və hər bir vətəndaşın həyatının, əmlakının, mülki məsuliyyətinin gözlənilməz hadisələrə qarşı sığorta təminatı yaradılması qarşıya vəzifə kimi qoyulmuşdur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Xəbərlər şöbəsi

İşaxtaran vətəndaşların müvafiq iş yerləri ilə təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri davam etdirilir. Bunun üçün yerli məşğulluq mərkəzləri tərəfindən xidməti ərazi üzrə idarə, müəssisə və təşkilatlarla mütəmadi əlaqələr saxlanılaraq işaxtaran vətəndaşların seçimi üçün boş iş yerləri barədə məlumatlar toplanılır və əmək yarmarkalarına təqdim edilir. Növbəti belə əmək yarmarkası dünən Naxçıvan şəhərində keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov açıb. Qeyd olunub ki, Naxçıvan şəhərində aparılan tikinti-quruculuq işlərinin genişləndirilməsi, müxtəlif istehsal və xidmət sahələrinin yaradılması nəticəsində ötən il olduğu kimi, cari ildə də xeyli iş yeri yaradılıb. Bu da işaxtaran vətəndaşların qarşısında geniş imkanlar açır. Keçirilən əmək yarmarkaları isə əhalinin məşğulluğunun təmin olunması və sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm rol oynayır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində autizm sindromlu uşaqların valideynləri ilə maarifləndirici görüş keçirilib.
Tədbirdə Naxçıvan Əlillərin Bərpa Mərkəzinin həkim-nevropotoloq-psixoterapevti Rəfayil Oruc­ov, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müəllim-defektoloqu Çinarə Abbasova autizm sindromlu uşaqların ailə üzvləri ilə psixoloji-mənəvi söhbət aparıb.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin təşkil edilməsində əsas məqsəd valideynlərə autik uşaqlarla evdə davranış, təlim-tərbiyənin təşkili və ünsiyyətqurma bacarıqlarının inkişaf etdirilməsinə dair məsləhət xidmətinin göstərilməsidir.

Xəbərlər şöbəsi

Ölkəmizdə əhalinin məşğulluğunun təmin olunması, yeni iş yerlərinin yaradılması, yoxsulluq səviyyəsinin daha da aşağı düşməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edilir. Şərur rayonunda keçirilən növbəti əmək yarmarkasında bu barədə danışılmışdır.
Tədbiri giriş sözü ilə açan rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov demişdir ki, bu gün məşğulluq sisteminin inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, əmək bazarının tənzimlənməsi və qeyri-məşğul əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin sosial-iqtisadi siyasətinin əsas tərkib hissəsidir. Bu siyasətin yerlərdə icrası bilavasitə məşğulluq xidməti orqanlarının üzərinə düşür. Odur ki, mərkəzin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində olan boş iş yerləri haqqında məlumatlar toplayaraq həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər.

Ardını oxu...

Qədim zamanlardan həyatda Günəşin rolu və əhəmiyyəti insanların diqqətini cəlb edib və onlar möcüzəvi xüsusiyyətlərinə görə Günəşi ilahiləşdiriblər. Əsrlər keçdikcə bu pərəstiş tədricən obyektiv elmi araşdırmalara yol açıb.
Atmosferdə və Yerin səthində baş verən bütün təbii proseslər Günəşdən Yerə gələn şüaların enerjisinin təsiri altında baş verir. Günəş Yer kürəsini enerji ilə təchiz edir və Yerin Günəşə çevrilmiş tərəfini daim işıqlandırır. Yer səthinə çatan Günəş şüalarının əsas komponentləri işıqdan, infraqırmızı və ultrabənövşəyi şüalardan (elektromaqnit dalğalarından) ibarətdir.
Günəş şüaları atmosferin üst səthinə daxil olduqda Günəş şüalarının bir hissəsi atmosferdə olan qazlar və aerozolların molekulları tərəfindən geriyə, kosmosa tərəf qaytarılır.

Ardını oxu...

Xroniki böyrək çatışmazlığı bu gün dünya tibb elminin qarşısını ala bilmədiyi ən ağır xəstəliklərdən biridir. Bu xəstəlik nəticəsində insan böyrəklərində olan nefronlar – sadə dillə desək, süzgəc toxumalar sıradan çıxır və böyrəklər orqanizmin filtri rolunu oynaya bilmir. Böyrək bədəndən zəhərli maddələri təmizləyib, ifraz edə bilmir. Zəhərli maddələrin bədəndə toplanması ölümlə nəticələnir. Bu cür xəstələrə dializ – qanı süni böyrək vasitəsilə təmizləmə tətbiq olunur. Onların qanı həftədə üç dəfə süni yolla bədəndən çıxarılır, süni böyrək aparatında süzülərək yenidən bədənə qaytarılır. Süni böyrək rolunu oynayan bu əməliyyat “hemodializ” adlanır. Bu üsul xəstəliyi tam müalicə edib aradan qaldırmır, yalnız xəstələrin ömrünün uzadılmasına kömək edir. Dünyada belə müalicə üçün ilk cəhdlər hələ 19-cu əsrin ortalarında edilsə də, onun insan üzərində uğurlu tətbiqi İkinci Dünya müharibəsinin qızğın dövründə – 1943-cü ildə Hollandiyada həyata keçirilib. Naxçıvan Muxtar Respublikasında hemodializ müalicəsinə ilk dəfə 2003-cü ildə başlanılıb. Son illərdə istər aparatların alınıb gətirilməsi, istər kadr hazırlığı istiqamətində məqsədyönlü addımlar atılır.

Ardını oxu...

Cəmiyyət inkişaf etdikcə insanların ehtiyacları da dəyişir. Bu ehtiyaclar isə gündən-günə yeni istehlakçı trendlərinin yaranmasına gətirib çıxarır. Bu gün dünyanın bütün inkişaf etmiş ölkə­lərində olduğu kimi, Azərbaycanda da sağlamlıq həyat tərzinə çevrilir. Bunun bir çox səbəbləri var. Əsas səbəb isə dünya alimlərinin də üzərində təkidlə durduğu müasir dünyamızın daha çox mobilləşməyə, texnoloji yeniliklərə doğru getməsidir. Əlbəttə, yenilikləri qəbul etməmək və yaxud bunun tətbiqinin qarşısını almaq kimi fikirlərdən uzağıq. 

Ancaq bəşəriyyətin incisi sayılan insanların sağlam həyat tərzi keçirməsi bu gün qarşımızda əsas məqsəd kimi dayanır. Doğrudur, bu gün ölkəmizdə insanların sağlam yaşaması dövlətimizin əsas vəzifələrindən biridir və bu istiqamətdə çoxsaylı addımlar atılır. Ancaq burada əsas məsələlərdən biri, hətta birincisi, hər bir vətəndaşımızın fərdi olaraq sağlam həyat tərzinə baxış və düşüncələri, bu sahədə əlavə biliklərə yiyələnməsidir.

Ardını oxu...

İyunun 23-də Şahbuz Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirilmişdir. Yığıncağı Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev açaraq rayonda sığorta fəaliyyəti sahəsində görülmüş işlərdən danışmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək muxtar respublikamızda sığorta işinin təkmilləşdirilməsi istiqamətində görülmüş işlərdən danışmış, sığortanın kütləviliyinin əhəmiyyətini qeyd etmişdir. O, muxtar respublikada müxtəlif bədbəxt hadisələrdən zərər çəkmiş ayrı-ayrı vətəndaşlara dəymiş zərərlərin ödənilməsi üzrə faktlar göstərərək sığortanın faydalarını bir daha diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, ötən müddətdə Şahbuz rayonunda da sığorta fəaliyyəti istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, ötən müddət ərzində Şahbuz rayonunda bağlanılmış sığorta müqavilələrinin sayı artmışdır. Bildirilmişdir ki, Şahbuz rayonunda sığorta sahəsində görülmüş işlərlə yanaşı, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və daşınmaz əmla­kın icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslər vardır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Əli CABBAROV

Burada istirahət edən şagirdlər yaradılan şəraitdən xeyli məmnundurlar

Qəzetimizin 10 iyun tarixli nömrəsində “Ağbulaq İstirahət Mərkəzində bir gün” adlı yazıda burada dövlət dəstəyi hesabına valideynləri ilə birgə istirahət edən məhdud fiziki imkanlı uşaqlara yaradılan şəraitdən, onların yay tətili günlərini səmərəli keçirmələri üçün mərkəzdə reallaşdırılan tədbirlərdən bəhs etmişdik.

Ardını oxu...

Ölkəmizdə əhalinin sosial rifah səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər insan amilinə verilən dəyər kimi qiymətləndirilir. Bu tədbirlərin bir hissəsini isə əmək bazarının inkişafı, yeni iş yerlərinin yaradılması təşkil edir. Buna görə də əhalinin səmərəli məşğulluğunun təmin olunmasında əmək yarmarkalarının keçirilməsi mühüm əhəmiyyət daşıyır. Növbəti belə əmək yarmarkası isə dünən Babək rayonunda keçirilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, Babək rayonunda keçirilən əmək yarmarkasına 13 təşkilatdan 85 boş iş yeri təqdim olunub.

Ardını oxu...

Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən Şahbuz şəhərindəki “Araz” kinoteatrında “Nağdsız hesablaşmaların üstünlükləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Ələddin Ağayev açıb.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Mirhüseyn Seyidov tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verib.
Sonra nazirliyin şöbə rəisi Mübariz Əhmədovun “Nağdsız hesablaşmaların üstünlükləri” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, nağdsız ödəniş sisteminin inkişafı, nağdsız dövriyyənin genişləndirilməsi cəmiyyətdə maliyyə sabitliyinin qorunub saxlanılması baxımından bu gün ən zəruri məsələ hesab olunur. Ona görə ki, nağdsız ödənişlər vəsaitlərin dövriyyəsinin sürətləndirilməsində, nağd pulların çapında, daşınmasında, saxlanılmasında və təsərrüfat əməliyyatlarının xərclərinin azalmasında, nəticə etibarı ilə, iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır.

Ardını oxu...

Yazını qələmə alarkən Naxçıvanın uzun illər bundan əvvəlki küskün və miskin görünüşü gözlərim önündə canlandı. İndi o Naxçıvandan əsər-əlamət qalmayıb. Qaranlıqdan bir işıq doğub sanki doğma diyarıma. O işıq ki, onun nuru gələcək əsrlərə də bəs edər. Bu isə naxçıvanlıların arzuladığı günlərdir. İndi doğma diyarım qaranlıqdan azad olmuş məmləkətdir. Salınan yaşıllıqlar qoca Şərqin ulu torpağını daha da ecazkar edir. Hər yeri salxım-salxım sallanan akasiya çiçəklərinin ətri bürüyüb. Demək olar ki, hər küçədə bir yeniliklə qarşılaşırsan. 

Müasirliklə qədimliyi özündə əks etdirən, arxitektura üslubuna görə bir-birini tamamlayan müasirtipli binalar, səliqəli daşlar düzülmüş səkilər, rahat yollar qurub-yaratmaq əzmi ilə döyünən ürək sahibi zəhmətkeş insanların bacarıqlı əllərinin məhsuludur.

Ardını oxu...

İyunun 19-da Babək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirilmişdir. Yığıncağı Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev açaraq rayonda sığorta sahəsində görülmüş işlərdən danışmışdır.
Yığıncaqda Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək muxtar respublikamızda sığorta fəaliyyətinin müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” müşavirənin keçirilməsindən sonra bu sahədə görülən işlər haqqında məlumat vermişdir. Hikmət Əsgərov vaxtında sığorta olunmağın əhəmiyyətindən danışmış, bunun ictimai mədəniyyət kimi cəmiyyətdə geniş yayılmasında zəruri tədbirlərin həyata keçirildiyini bildirmişdir. Baş direktor Babək rayonunda əmlakı yanğından zərərçəkmiş ayrı-ayrı vətəndaşlara dəymiş zərərlərin ödənilməsi ilə bağlı əyani faktlar göstərərək sığortanın faydalarından da bəhs etmişdir.

Ardını oxu...

“Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2006-2015-ci illər)” birinci mərhələsinin uğurlu icrası işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalması ilə nəticələnib. Muxtar respublikamızda da həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır və muxtar respublika sakinləri tərəfindən onlara göstərilən böyük qayğı kimi dəyərləndirilir”. Bu fikirlər dünən Ordubad rayonunda keçirilən əmək yarmarkasında səsləndirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası istiqamətində növbəti tədbir təşkil olunub.
İyunun 18-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud 12 uşağın iştirakı ilə “Oxu, qavra” adlı mütaliə yarışı keçirilib.
Yarış iştirakçıları bir saat ərzində elektron kitabxananın kataloqunda olan bədii ədəbiyyatdan seçilmiş hekayəni oxumaqla onun məzmununa aid tərtib olunan test suallarını cavablandırıblar. Ən çox sualı düzgün cavablandıran iştirakçı yarışın qalibi olub.
Yarışda ilk üç yeri tutan sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr, digər yarış iştirakçılarına isə həvəsləndirici mükafatlar təqdim edilib.
Bu tədbir eyni zamanda sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına – mütaliə vərdişi yaratmaqla onların intellektual səviyyələrinin yüksəlməsinə xidmət edir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Şərqin böyük təfəkkür sahibi filosofların qibtə etdiyi Bəhlul Danəndənin fikirlərindən çoxları xeyir tapmışdır. Yaddaşlarda yaşayan budur ki, onun Danəndə və Divanə ləqəbləri olmuşdur. Hər kəs Bəhlul Divanə deyə bir məsləhətlə müraciət etdikdə ona divanəlik, Danəndə dedikdə xeyirxahlıq yolu göstərmişdir. Bağdad xəlifəsinin qardaşı olsa da, özünəməxsus yolu olmuşdur. 

Rəvayətdir ki, Bağdad xəlifəsi xalis qızıldan bir yerşumlayan cüt düzəltdiribmiş. Elan vermişdir ki, hər kim bu cütün qiymətini dürüst tapa bilsə, cütü həmin şəxsə bağışlayacaq. Hər cür yozum edilsə də, qızıl cütün qiymətini dürüst tapan olmamışdır. Bir füqarə gəlib kasıblığın daşını atmaqda Bəhluldan danəndəlik yolunu təvəqqe edir. Bəhlul deyir:

– Mənim adımı verməyəcəksənsə, deyə bilərəm.
Belə də razılaşırlar. Bəhlul Danəndə deyir:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında sığorta fəaliyyəti istiqamətində aparılan işlər bədbəxt hadisələr nəticəsində vətəndaşlara dəymiş zərərlərin əvəzinin ödənilməsində mühüm əhəmiyyət daşıyır. Muxtar respublikada daşınmaz əmlakını, mülki məsuliyyətini icbari sığorta etdirən vətəndaşlar baş verən gözlənilməz bədbəxt hadisələr zamanı dəymiş zərərə görə sığorta haqqı alaraq  maddi  çətinlik çəkmirlər. Belə bir sığorta hadisəsi bu yaxınlarda Şərur rayonundakı Cəlilkənddə baş vermişdir. İyunun 2-də kənd sakini, 74 yaşlı Tacirə Orucovanın yaşayış evində yanğın hadisəsi baş vermişdir. Qaz plitəsindən yaranmış yanğın qısa müddət ərzində Tacirə nənənin evini bürümüşdür. Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi əməkdaşlarının səylərinə baxmayaraq, yaşayış evinin 190 kvadratmetrinə zərər dəymişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin mütəxəssisləri yaşayış evinə baxış keçirmiş və dəymiş zərərin dəyəri  5050 manat məbləğində müəyyənləşdirilmişdir. İyunun 18-də ona çatan sığorta ödənişini alan Tacirə Orucova dövlətimizə öz dərin minnnətdarlığını bildirmişdir.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, Culfa rayonunda keçirilən əmək yarmarkasına 154 boş iş yeri təqdim olunub.
Tədbirdə rayon Məşğulluq Mərkəzinin direktor əvəzi İsmayıl İsmayılov çıxış edərək deyib ki, işaxtaran vətəndaşların, xüsusilə gənclərin sosial müdafiəsinin, onların münasib işlə təminatının gücləndirilməsi istiqamətində ardıcıl olaraq həyata keçirilən mühüm tədbirlərdən biri də əmək yarmarkalarının təşkil olunmasıdır. Bu yarmarkalar vasitəsilə işaxtaranlar öz ixtisaslarına uyğun işlə təmin olunurlar.
İşaxtaran vətəndaş Aylar Əliyeva belə tədbirlərin təşkilində əməyi olanlara minnətdarlıq edib.
Culfa Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yalçın Hüseynov çıxış edərək rayonda əhalinin məşğulluğu istiqamətində görülən işlərdən danışıb.
Yarmarkada 31 nəfərə işə göndəriş verilib.
Qeyd edək ki, növbəti əmək yarmarkası bu gün Ordubad rayonunda keçiriləcək.

Sona MİRZƏYEVA

Muxtar respublikanın ümumtəhsil məktəblərində oxuyan şagirdlərin yay tətili günlərini mənalı və səmərəli keçirmələri üçün müxtəlif aidiyyəti qurumlar tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Belə tədbirlərdən biri də məktəblilərin yay tətilində Ağbulaq İstirahət Mərkəzində dincəlmələrinin təşkil edilməsidir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən aldığımız məlumata görə, Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 43 şagirdi Ağbulaq İstirahət Mərkəzinə göndərilib. Onlara 5 nəfər nəzarətçi müəllim təyin edilib. Bir həftə davam edəcək istirahət günlərinin maraqlı və məzmunlu olması üçün tədbirlər planı hazırlanıb. Plana əsasən, məktəblilər burada müxtəlif idman və bilik yarışlarında güclərini sınayır, diskussiyalara qoşulur, gəzintilərə aparılırlar.

Xəbərlər şöbəsi

Yer planetində oxşar muxtariyyətlərin qlobal səviyyədə sosial-iqtisadi inkişaf istiqamətləri axtardığı, hələ də böhran problemini aradan qaldırmağa çalışdığı bir vaxtda Naxçıvan Muxtar Respublikası dinamik inkişafa yönəlmiş, burada insan inkişafı indeksini (uzun və sağlam ömür, təhsil səviyyəsi, layiqli yaşayış standartları) yüksəldən yeni strateji vəzifələr uğurla reallaşdırılır. 

20 ildən artıqdır ki, işğalçı Ermənistan dövləti tərəfindən blokada vəziyyətinə salınmasına baxmayaraq, muxtar respublikanın iqtisadi, sosial aurası anbaan nəzərəçarpacaq dərəcədə müsbət göstəricilərlə yüksəlir, ildən-ilə dövlət və özəl sektorda müsbət dəyişikliklər regionun tarixində yeni rekordlar müəyyənləşdirir. Çağdaş dövrdə hər bir ölkə vətəndaşının qarşısındakı öhdəliklərini nə dərəcədə yerinə yetirməsinin əsas şərtlərindən biri də xüsusi qayğıya ehtiyacı olan insanlara yaradılan imkanların praktik məcmusu ilə xarakterizə edilir. İnkişafı hədəf seçmiş Naxçıvan Muxtar Respublikası üçün də bu şərtlər prinsipial önəm daşıyır.

Ardını oxu...

Muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təmin olunması, tibbi-sosial reabilitasiyalarının təşkili, onların respublika daxilində və ölkədən kənarda müalicələrinin təşkili daim diqqət mərkəzindədir. Bu günədək müvafiq kateqoriyadan olan 136 şəxsin xarici ölkələrdə müalicəyə göndərilməsi təmin edilib.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, iyunun 15-də məhdud fiziki imkanlı altı nəfər müalicə üçün Yunanıstan Respublikasının Saloniki şəhərində yerləşən Anagennisi Tibbi və Reabilitasiya Sanatoriyasına göndərilib. Onlar qeyd olunan sanatoriyada 28 günlük fizioterapevtik müalicə kursu keçəcəklər.
Eyni zamanda həmin gün serebral iflic xəstəliyi olan sağlamlıq imkanları məhdud 6 uşaq valideynlərinin müşayiəti ilə Latviya Respublikasının Yurmala şəhərində yerləşən Vayvari Milli Reabilitasiya Sanatoriyasına 20 günlük müalicə kursu keçmək üçün göndərilib.
Müalicəyə yola salınan məhdud fiziki imkanlı şəxslər, həmçinin uşaqların valideynləri göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında mülki müdafiə, fövqəladə hallardan qorunmaq və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Azərbaycan Respublikasının xalq artisti Rza Xudiyev açaraq keçirilən tədbirin əhəmiyyətindən danışmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov “Naxçıvan Muxtar Respublikası ərazisində ehtimal olunan təbii, texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması işlərinin təşkili” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, bu halların aradan qaldırılması üçün vəzifəli şəxslərin üzərinə mühüm vəzifələr düşür.

Ardını oxu...

Muxtar respublikamızda uzun­ömürlü ailələrə yüksək dövlət qayğısı göstərilir. Ailələrdə yubiley tədbirlərinin, o cümlədən ailələrin “gümüş”, “qızıl” və “brilyant” toylarının qeyd olunması artıq ənənəyə çevrilib.
Muxtar respublikamızda uzun­ömürlü ailələrdən biri də Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində yaşayan Kərimovlar ailəsidir. Bu ay ailənin evliliklərinin 60 ili tamam olur. Ailənin 2 oğlu, 3 qızı və 12 nəvəsi var.

Ardını oxu...

Dünən Kəngərli rayonunda növbəti əmək yarmarkası keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon Məşğulluq Mərkəzinin direktoru Məzahir Rüstəmov demişdir ki, əhalinin məşğulluğunun təmin edilməsində ən çevik yol olan əmək yarmarkalarından geniş istifadə edilir. Rayonlarda fəaliyyət göstərən məşğulluq orqanları bu işdə mühüm rol oynayırlar. İşəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, bu məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səxavət Həsənov bildirmişdir ki, muxtar respublikamızda insan amilinə qayğı prioritet vəzifəyə çevrilmişdir. Bu, əhalinin bütün təbəqələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə özünü bir daha göstərir. Qeyd olunmuşdur ki, Kəngərli rayonunda əmək yarmarkalarının keçirilməsinə başlanan vaxtdan ötən müddət ərzində yüzlərlə sakinin məşğulluq problemi öz həllini tapmışdır.
Tədbirdə işaxtaran vətəndaş Leyli Həsənova çıxış edərək yeni iş yerlərinin yaradılması üçün dövlətimiz tərəfindən keçirilən tədbirləri ölkə vətəndaşlarına göstərilən qayğı kimi dəyərləndirmişdir.
Əmək yarmarkasına 12 təşkilatdan 47 boş iş yeri çıxarılmışdı. Tədbirdə 12 nəfərə işə göndəriş verilmiş, 1 nəfər peşə hazırlığı kursuna cəlb olunmuşdur.

Xəbərlər şöbəsi 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında VI-VII təsnifata uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 7 mart 2014-cü il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə başlanılmışdır. Komissiyadan aldığımız məlumata görə, müvafiq keçid balını toplamış namizədlərdən 115 nəfər müsahibə mərhələsində iştirak etmək üçün sənəd təqdim etmişdir.
Məlumatda o da bildirilir ki, müsahibələr 27 dövlət orqanındakı vəzifələr üzrə keçirilir. Müsahibə mərhələsinə hazırlıq üçün namizədlərə seçdikləri vəzifə üzrə proqramlar verilmiş, müsahibə qrupunun üzvləri ilə seminar-treninq keçirilmişdir. Müsahibədə namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, xarici dil biliklərinə, informasiya texnologiyalarından istifadə bacarığına uyğun suallar verilir.

Ardını oxu...

“Naxçıvan Muxtar Respublikası sakinlərinin əmək hüququnun qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətini təşkil edir. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada səmərəli işgüzarlıq mühiti formalaşdırılıb, investisiya fəallığı daha da artırılıb, insan kapitalının yüksək inkişaf səviyyəsi təmin edilib”. Bu fikirlər sərhəd bölgəsi Sədərək rayonunda keçirilən növbəti əmək yarmarkasında səsləndirilib.

Ardını oxu...

Bu mövzuda hüquqi maarifləndirmə tədbiri keçirilib

Naxçıvan Şəhər Prokurorluğu Əliabad Qəsəbə Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirib. Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açıb.
Naxçıvan şəhər prokurorunun müavini Qalib İsmayılov “Enerji resurslarının talanması məsuliyyətə səbəb olur” mövzusundakı məruzəsində bildirib ki, Azərbaycan Respublikası bu gün Cənubi Qafqazda ən böyük enerji sisteminə malik olan dövlətdir. Özünün müstəqil enerji sistemini formalaşdırmış Azərbaycan sürətli inkişaf yolunda olmaqla bu sahədə dünyada söz sahiblərindən birinə çevrilib.

Təəssüflə qeyd olunub ki, bəzən enerji resurslarından, xüsusilə də elektrik enerjisindən və təbii qazdan düzgün istifadə edilmir. İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” adlanan onuncu fəslinin 118-ci maddəsinə əsasən, təbii qazın, elektrik və istilik enerjisinin talanmasının qarşısının alınması üçün cərimə müəyyən edilib.

Ardını oxu...

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası həm qədim tarixi, həm mədəni zənginliyi, həm də yetirdiyi şəxsiyyətləri ilə tanınıb. Muxtar respublikanın elə bir yaşayış məntəqəsi yoxdur ki, qədim tariximizin müəyyən parçasını özündə yaşatmasın. Ancaq elə yaşayış məntəqələrimiz də var ki, bu ərazilər nə qədər öyrənilsə də, öz sirrini saxlayaraq yeni tədqiqatların aparılmasını zəruri edir. Məhz bu gün haqqında bəhs edəcəyimiz Kəngərli rayonunun Şahtaxtı kəndi də belə qədim yurd yerlərindən biridir. 

Ardını oxu...

Burada məhdud fiziki imkanlı uşaqların mənalı istirahəti üçün hər cür şərait yaradılıb

Ağbulaq İstirahət Mərkəzinə gedəcəyimi, burada dövlət hesabına dincələn məhdud fiziki imkanlı uşaqlar və onların valideynləri ilə görüşəcəyimi biləndə yadıma sovet dönəmində muxtar respublikanın füsunkar yaşayış məntəqələrinin bir neçəsində təşkil edilmiş pioner düşərgələri düşdü. Düzünü etiraf edək ki, o zaman belə ünvanlarda, əsasən, imkanlı valideynlərin övladları dincəlirdilər. Bu müqayisəni aparmaqda məqsədim dünənlə bu gün arasındakı fərqi ortaya qoymaqdır. Yəni dünən imkanlı valideynin övladı belə imtiyazdan istifadə edirdisə, bu gün məhdud fiziki imkanlı uşaqlar bu imtiyazdan, qayğıdan yararlanırlar. Bu da onu göstərir ki, muxtar diyarımızda bu qəbildən olan uşaqlar dövlətimizin daim himayəsindədirlər. Onların problemlərinə həssaslıqla yanaşılır, müalicələri qeydinə qalınır, cəmiyyətə inteqrasiya olunmaları üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün bunlar isə məhdud fiziki imkanlı uşaqların sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynayır.

Ardını oxu...

Sədərək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin hazırkı vəziyyəti və qarşıda duran vəzifələr barədə yığıncaq keçirilmişdir. Yığıncağı Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açaraq rayonda sığorta sahəsində görülmüş işlərdən danışmışdır.

Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək muxtar respublikamızda sığorta fəaliyyətinin müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusilə əhəmiyyətli olduğunu vurğulamışdır. Baş direktor sığortanın cəmiyyətdəki əhəmiyyətindən bəhs edərək vaxtında sığortalanmağın baş verən bədbəxt hadisələr zamanı faydalarını diqqətə çatdırmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud məktəbli uşaqların Ağbulaq İstirahət Mərkəzində istirahəti davam edir.
47 uşağın istirahətinin mənalı keçməsini təmin etmək məqsədilə tərtib olunmuş plana uyğun olaraq tədbirlər davam etdirilir. Bu istiqamətdə iyunun 5-də “Çərpələng” yarışı keçirilib. Qaliblərə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin fəxri fərmanları verilib.
Dünən mərkəzdə daha bir tədbir reallaşdırılıb. Belə ki, fiziki imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu uşaqlar qarşısında konsert proqramı ilə çıxış edib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Suyun insan üçün nə qədər vacib nemət olduğunu hər kəs yaxşı bilir. Canlı həyatın yaranması və yaşaması üçün torpaq və hava kimi, suyun da hansı dərəcədə əvəzedilməz olduğu bu qiymətli sərvətin çatışmadığı zamanlarda daha aydın görünür. İlk baxışda “lazımsız” bir ünsür kimi boş-boşuna axıb gedən suya bəzən elə vacib ehtiyac yaranır ki, onu ödəyə bilmək üçün xeyli vaxt və vəsait tələb olunur. Ona görə də insana lazım olan şirin su ehtiyatlarından düzgün istifadə olunması ən doğru seçimdir. 

Çox zaman suyu həyat mənbəyi, həyatın özü adlandırırlar. Lakin suyun təbiətdəki dövranı ilə yanaşı, şirin su ehtiyatlarından istifadə məsələləri də insanın mədəni tələbatlarının artması ilə mühüm əhəmiyyət kəsb edir. Suyun texniki, kənd təsərrüfatı və məişət məqsədləri üçün istifadəsi, ondan enerji alınması istiqamətində görülən işlər su ehtiyatlarından daha səmərəli istifadəni həmişə ön plana çəkir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbələri tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir Naxçıvan Muxtar Respublikası DSMF-nin Şərur Rayon Şöbəsi tərəfindən Xanlıqlar kəndində keçirilmişdir. Tədbiri Şərur Rayon İcra Hakimiyyətinin İqtisadiyyat şöbəsinin aparıcı məsləhətçisi Asif Hüseynov açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Tədbirdə fondun Şərur Rayon Şöbəsinin müdiri Firuz Novruzov məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlükləri, məcburi dövlət sosial sığorta haqlarının onlayn ödəmə sistemi vasitəsilə ödənilməsi, sığortaolunanların pensiya təminatı hüququ və onların fərdi uçot sistemi vasitəsilə əhatə olunması ilə bağlı məsələlər barədə torpaq mülkiyyətçilərinə geniş məlumat vermişdir.

Ardını oxu...

Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan – söyləmişdir dahi Nizami Gəncəvi...
Elə indi lap yerinə düşdü bu mövzu. Universitetə qəbul imtahanları başlayıb. İmtahanlardan sonra isə ixtisas seçimi mərhələsi olacaq. Peşə seçimi ilə bağlı olaraq qeyd etmək istərdik ki, peşə seçimi heç də asan bir iş deyil. Gələcəkdəki həyat tərzimizin müəyyən dönüş nöqtəsi olan peşə seçimi insanın bütün həyatına və xoşbəxtliyinə təsir edən faktorlardandır. Peşə seçimi insana gələcəkdə cəmiyyət içində müəyyən mövqe qazandıracaq məsuliyyət anıdır. Peşə seçimi ilə qazanılan peşə, sahib olunan ixtisas insanın özünüifadəetmə vasitəsidir. Belə ki, hər bir fərd gələcəkdə məhz sahib olduğu peşəsi ilə ucalır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Pro­qramı”na uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqların yay mövsümündə mənalı istirahətinin təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iyun ayının 4-dən Ağbulaq İstirahət Mərkəzində sağlamlıq imkanları məhdud 47 məktəbli uşağın valideynlərinin müşayiəti ilə istirahətini təşkil edib.
Yeddigünlük istirahət müddətində sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması, habelə əyləncəli tədbirlərin keçirilməsi məqsədilə proqram hazırlanıb.
Proqrama uyğun olaraq, istirahət günlərində uşaqların iştirakı ilə “Çərpələng” yarışı keçiriləcək, fiziki imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu uşaqlar qarşısında konsert proqramı ilə çıxış edəcək. Tədbirlər planında tennis, dama yarışlarının və karaoke müsabiqəsinin keçirilməsi və təbiət gəzintisinin təşkili də nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Bu il 214 hektar sahədə yeni yaşıllıqlar salınıb

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi muxtar respublikamızda davamlı inkişafa zəmin yaratmışdır. Bu strategiyaya uyğun həyata keçirilən tədbirlər nəticəsində digər sahələrdə olduğu kimi, ekologiya sahəsində də davamlı inkişafa nail olunmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, “Muxtariyyət ili” olan 2014-cü ilin ilk 4 ayında Naxçıvan Muxtar Respublikası ərazisində mövcud ekoloji vəziyyətin (ekoloji tarazlığın) qorunması, ətraf mühitin mühafizəsi, əlverişli ekoloji mühitin yaradılması məqsədilə lazımi tədbirlər həyata keçirilmişdir. Belə ki, təbii sərvətlərdən istifadəyə, çirkləndirici maddələrin ətraf mühitə atılması və axıdılmasına görə, ekoloji ödənişlərin təyin edilməsi və icrasına nəzarətin həyata keçirilməsi diqqətdə saxlanılmış, muxtar respublikanın daxili sularında (çaylar, göllər, bulaqlar və sair) 14 monitorinq-yoxlama aparılmış, 24 su nümunəsi götürülərək fiziki-kimyəvi xassələrini öyrənmək məqsədilə 108 laboratoriya analiz-təhlillər aparılmışdır.

Ardını oxu...

İşaxtaran vətəndaşların işlə təmin edilməsi üçün iyun ayında növbəti əmək yarmarkaları keçiriləcəkdir

Əhalinin məşğulluğunun təmin olunması məqsədilə işaxtaran vətəndaşların münasib işlə təmin edilməsi, onların haqqıödənilən ictimai işlərə cəlb olunması, habelə peşə hazırlığı sahəsində muxtar respublikada həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bir daha onu göstərir ki, blokada şəraitində yaşaya-yaşaya böyük uğurlara nail olmaq mümkündür. İndi regionda əhalinin məşğulluğunun təmin edilməsində ən çevik yol olan əmək yarmarkalarından geniş istifadə edilir. Rayonlarda fəaliyyət göstərən məşğulluq orqanları bu işdə mühüm rol oynayırlar. İşəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, bu məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biri də regionda ekoloji problemlərin həllinin, ətraf mühitin qorunmasının, təbiətin zənginləşdirilməsinin diqqət mərkəzində saxlanılmasıdır. Son 18 ildə diyarımızda yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi məhz belə tədbirlərin nəticəsidir. Bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində görülən tədbirlər davamlı xarakter almış, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilmiş, xeyli meyvə bağları, yaşıllıq zolaqları salınmışdır. 

Ardını oxu...

Muxtar respublikada bütün sahələrdə əldə olunan yüksək nailiyyətlər uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərilməsinə geniş imkanlar yaradıb. Onların asudə vaxtlarının səmərəli təşkil edilməsi, təhsil almaları, sosial qayğı ilə əhatə olunmaları daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə lazımi tədbirlər görülür. Bu qəbildən olan uşaqlara dövlət tərəfindən hər zaman həm maddi, həm də mənəvi dəstək göstərilir, istər dövlət uşaq müəssisələrində, istərsə də ailələrdə himayə və qəyyumluqda yaşayan uşaqların ehtiyacı ödənilir, onlara geyim dəstləri və dərs ləvazimatları verilir.
1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində keçirilən tədbir də bu istiqamətdə görülən işlərin davamıdır.

Ardını oxu...

1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən keçirilən Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər irəli sürülərək qəbul edilmişdir. Həmin tarixdən etibarən dünyanın əksər ölkələrində 1 iyun “Uşaqları Beynəlxalq Müdafiə Günü” kimi qeyd olunur.
Tarix boyu Azərbaycanda uşaqlara xüsusi qayğı olmuşdur. Xalqımızın ən nəcib, ən gözəl xüsusiyyətlərindən biri də odur ki, insanlar həyatlarının mənasını gənc nəslin istər fiziki, istərsə də mənəvi cəhətdən sağlam böyüməsində, şəxsiyyət kimi formalaşmasında görürlər.
Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə rəhbərliyinin bütün dövrlərində uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına xüsusi diqqət göstərmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Pro­qramı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə mayın 30-da Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində daun sindromlu uşaqların valideynləri ilə maarifləndirici görüş keçirilib.
Tədbirdə Naxçıvan Əlillərin Bərpa Mərkəzinin həkim-nevropatoloq psixoterapevti Rəfayil Orucov daun sindromlu uşaqların ailə üzvləri ilə psixoloji-mənəvi söhbət aparıb. Qeyd olunub ki, daun sindromlu uşaqlar mülayim davranışı çox sevirlər.

Ardını oxu...

Mədəniyyət hər bir insanın cəmiyyətdəki davranış və tələbatlarını müəyyən edən mühüm anlayış olub, minilliklər ərzində sivilizasiyanın hərtərəfli inkişafla əldə etdiyi nailiyyətlərin göstəricisidir. Rahat yaşamaq, təkcə özünün deyil, bütün cəmiyyət üzvlərinin rifahı üçün riskləri zəmanət altına almaq isə sığorta mədəniyyəti kimi hələ yüz illər öncəsindən formalaşmağa başlamışdır. 

Cəmiyyətin inkişafı insanın müxtəlif mədəni tələbatlarının yaranması və onların bir kollektiv ehtiyac kimi ödənilməsi ilə mümkündür. Yəni mədəniyyət deyəndə, sadəcə, bir sahədəki inkişaf başa düşülməməlidir. Mədəniyyət həm də həyatımızın bütün sahələrində müşahidə olunan və ictimai rifahın formalaşmasına imkan verən bütün sahələrdə əldə olunan nailiyyətlərdir. İnsanların öz asudə vaxtlarını qiymətləndirib turizm səfərlərinə yollanmaları, yaxud boş vaxtlarının bir hissəsini ekoloji tərbiyəyə və ya yaşıllaşdırmaya ayırmaları, səhhətlərində hər hansı kiçik nasazlıq yarandıqda dərhal həkimə müraciət etmələri, alınmış kredit vəsaitlərinin vaxtında geri qaytarılması və habelə özlərinin həyatlarının, əmlaklarının, mülki məsuliyyətlərinin vaxtında sığortasının təmin olunmasının, son nəticədə, bütün cəmiyyətə və elə insanın özünə də necə faydalı olduğunu görməkdəyik.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrasının, 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan tədbirlərin davamı olaraq, mayın 29-da Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində intellektual və kinekt oyunları üzrə yarış keçirilib.
Tədbirdə sağlamlıq imkanları məhdud 18 yaşadək 21 uşaq iştirak edib. Yarış üç turdan ibarət olub. İştirakçılar hər biri 7 nəfərdən ibarət olan üç qrupda yarışıblar.
Həsrət Abdullayev, Nihal İmanov və Mirəli Yusifli müvafiq olaraq turların qalibləri olublar. Hər turun qalibinə mükafatlar, yarışın digər iştirakçılarına isə həvəsləndirici hədiyyələr verilib.

Naxçıvan Muxtar Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Ordubad Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin hazırkı vəziyyəti və qarşıda duran vəzifələr barədə yığıncaq keçirilmişdir. Yığıncağı Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açaraq rayonda sığorta sahəsində görülmüş işlərdən danışmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək muxtar respublikamızda sığorta fəaliyyətinin müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusilə əhəmiyyətli olduğunu vurğulamışdır. Baş direktor sığortanın cəmiyyətdəki əhəmiyyətindən bəhs edərək vaxtında sığortalanmağın baş verən bədbəxt hadisələr zamanı faydalarını diqqətə çatdırmışdır.

Ardını oxu...

1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, həmçinin aztəminatlı ailələrin uşaqlarının tarixi abidələrə və muzeylərə ekskursiyaları təşkil olunmuşdur.

Ekskursiya iştirakçıları əvvəlcə Naxçıvan Dövlət Tarix Muzeyində olmuş, 50 minə yaxın eksponatın mühafizə olunduğu muzeydə Naxçıvan Muxtar Respublikası ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış maddi-mədəniyyət, tətbiqi sənət nümunələri, qədim numizmatika materialları, milli geyimlər, bədii tikmə nümunələri və xalça məmulatları, həmçinin qiymətli metallardan hazır­lanmış zinət, məişət əşyaları ilə tanış olmuşlar.

Ardını oxu...

Bu anlayışlarla, demək olar ki, hər gün hamımız qarşılaşırıq. Müxtəlif küçələrin, məhəllələrin, xiyabanların və prospektlərin adı dillər əzbəridir.
Rəsmi və quru tərifdə küçə yol infrastrukturunun bir hissəsi olub, bir qayda olaraq, kənarında xüsusi sıra sayına malik binalar olan yoldur. Daha çox postsovet ölkələri üçün xarakterik olan prospekt anlayışı böyük şəhərlərdə ən böyük, uzun, geniş və daha çox mərkəzi xarakter daşıyan küçələri ifadə edir. Xiyaban isə daha çox hər iki tərəfdən parklar və bağlarla əhatələnmiş yolu ifadə edir. Bir sıra Şərq ölkələrində böyük küçələri elə xiyaban adlandırırlar. Daha çox milli xarakter daşıyan məhəllə isə özündə bir və ya bir neçə küçəni birləşdirə bilər.
Dünyada bu anlayışların hər biri ilə bağlı maraqlı faktlar var. Məsələn, Yaponiyada yolların adları olmur, San-Fransiskoda isə bir küçə hərlənərək, nəhayətində, özü-özü ilə qovuşur. Dünyada ən uzun küçə Rusiyanın Volqoqrad şəhərindədir. Bu küçənin uzunluğu 50 kilometrdir. Dünyadakı ən dar küçə də məhz şimal qonşumuzun ərazisindədir. Xasavyurtdakı bu küçənin eni cəmi 1 metrdir. Dünyanın ən qısa küçəsi Şotlandiyadadır. “Ebenizer” adlanan küçənin uzunluğu cəmi 2 metrdir. Braziliyada yerləşən dünyanın ən enli küçəsinin eni isə 250 metrdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Pro­qramı”nın sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə tədbirlərin keçirilməsi bəndinin icrasına müvafiq olaraq, 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə mayın 26-da Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin qarşısında asfalt döşəmə üzərində rəsm müsabiqəsi keçirilib.
Müsabiqədə 18 yaşadək sağlamlıq imkanları məhdud 15 uşaq iştirak edib. Müsabiqə iştirakçıları tabaşirlə təbiət və vətənpərvərlik mövzusunda rəsmlər çəkməklə öz bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər.
Münsiflər heyətinin rəyi əsasında Fatma Babayeva, Lamiyə Abbasova və Xanım Qaçaşvilinin çəkdikləri rəsm nümunələri müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər.
Sonda müsabiqənin qaliblərinə mükafatlar, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatı tərəfindən keçirilən “Unipsixoloji forum” və “Gənclərin aktivliyinə dəstək” layihələri Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunub. Layihələr çərçivəsində keçilən təlimlərdə 100-ə qədər ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin iştirakı nəzərdə tutulsa da, ilk gündən təlimlərə daha artıq maraq müşahidə olunmaqdadır”. Bu fikirlər təlimlərin açılış mərasimində səsləndirilib.
Təlimlərin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev, təlimləri keçmək üçün Bakıdan dəvət olunmuş həkim-psixoloq Qail Qasımov, Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının sədri Arzu Abdullayev təlimlərdə iştirak edən tələbələrə uğurlar arzulayıblar. Vurğulanıb ki, muxtar respublikada gənclərin cəmiyyətdə aktivliyinin təmin edilməsi, onların layiqli vətəndaş və bacarıqlı mütəxəssis kimi yetişmələri istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Bu isə gənclərə stimul verməklə yanaşı, həm də onların sosial məsuliyyətini artırır. Keçilən təlimlər də məhz bu məqsədlərə xidmət edir.

Ardını oxu...

Aparılan təhlillər zamanı müəyyən olunmuşdur ki, istehsalat və yaşayış sahələrində yanğın hadisələrinin böyük əksəriyyəti elektrik xətlərinin və qurğularının istismarı, məişət elektrik cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir.

Artıqyüklənmə, qısaqapanma, izolyasiyanın pozulması, naqillərin müvafiq texniki qaydalara uyğun çəkilməməsi, montaj işlərindəki səhvlər və sair yanğın təhlükəsizliyinə zidd hallar kimi yanğınların baş verməsinə şərait yaradır. Elektrik qurğularının istismarı, elektrik avadanlıqları və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsindən uzaq olmaq üçün bir sıra qaydalara əməl olunması vacibdir.

Ardını oxu...

Bu gün muxtar respublikamızda elə bir yaşayış məntəqəsi tapmaq mümkün deyil ki, orada quruculuq ərməğanları olmasın. Yeni məktəb binası, kənd mərkəzi tikilməsin, körpü və ya yol salınmasın, meliorasiya tədbirləri həyata keçirilməsin. Bir sözlə, muxtar respublikanın bugünkü qaynar həyatı ilə tanış olmaq üçün hansısa uzaq və ya yaxın ünvana üz tutmaq fərq etməz. Bütün bunlar isə bir ali məqsədə söykənir: insanların gün-güzəranı yaxşılaşsın, maddi rifah halı, qurub-yaratmaq əzmi yüksəlsin, doğma yurda bağlılıq hissləri güclənsin.  

Muxtar respublikamızda aparılan quruculuq işləri yurdumuzun füsunkar guşələrindən biri olan Şahbuz rayonunu da öz ağuşuna alıb. Öz gözəlliyi ilə ilin bütün fəsillərində gözoxşayan bu rayonda son illər onlarla binalar, sosial obyektlər tikilib, küçə və meydanlar yenidən qurulub, park və xiyabanlar salınıb, yol kənarlarında neçə-neçə abidə-bulaq kompleksləri istifadəyə verilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR