22 Dekabr 2024, Bazar

İşaxtaran vətəndaşların işlə təmin edilməsi üçün iyun ayında növbəti əmək yarmarkaları keçiriləcəkdir

Əhalinin məşğulluğunun təmin olunması məqsədilə işaxtaran vətəndaşların münasib işlə təmin edilməsi, onların haqqıödənilən ictimai işlərə cəlb olunması, habelə peşə hazırlığı sahəsində muxtar respublikada həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bir daha onu göstərir ki, blokada şəraitində yaşaya-yaşaya böyük uğurlara nail olmaq mümkündür. İndi regionda əhalinin məşğulluğunun təmin edilməsində ən çevik yol olan əmək yarmarkalarından geniş istifadə edilir. Rayonlarda fəaliyyət göstərən məşğulluq orqanları bu işdə mühüm rol oynayırlar. İşəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, bu məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, muxtar respublikada cari ilin ötən dövrü ərzində şəhər və rayonlarımızın hər birində 1 dəfə əmək yarmarkaları keçirilmişdir. Yarmarkalarda 320 nəfər, ümumilikdə, ötən 5 ay ərzində 1133 nəfər işlə təmin olunmuş, 150 nəfər peşə hazırlığına, 51 nəfər kvota yerinə göndərilmiş, 52 nəfər ictimai işlərə cəlb edilmişdir.
Məlumat üçün bildirək ki, növbəti əmək yarmarkalarına iyunun 11-dən start veriləcək. Həmin gün tədbir Sədərək rayonunun Heydərabad Qəsəbə Mərkəzində təşkil olunacaq. İyun ayının 12-də Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək. İyun ayının 13-də keçiriləcək əmək yarmarkası Şahbuz şəhərindəki “Araz” kinoteatrının binasında olacaq. Culfa rayonunun işaxtaran sakinləri üçün bu tədbir iyun ayının 18-də keçiriləcəkdir. İyun ayının 19-da ordubadlılara, 20-də babəklilərə, 24-də şərurlulara boş iş yerləri təqdim olunacaq.
Naxçıvan şəhərində əmək yarmarkası iyun ayının 25-də “Gənclik” Mərkəzində keçiriləcək.
Qeyd edək ki, muxtar respublikanın rayon (şəhər) məşğulluq mərkəzləri tətil günlərində işləmək arzusunda olan tələbələrin xüsusi peşə hazırlığı tələb etməyən haqqıödənilən ictimai işlərə, mövsümi və digər müvəqqəti xarakterli işlərə göndərilməsini təmin edir. İşləmək arzusunda olan tələbələr yaşadıqları ərazinin məşğulluq mərkəzlərinə müraciət edə bilərlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR