Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud məktəbli uşaqların Ağbulaq İstirahət Mərkəzində istirahəti davam edir.
47 uşağın istirahətinin mənalı keçməsini təmin etmək məqsədilə tərtib olunmuş plana uyğun olaraq tədbirlər davam etdirilir. Bu istiqamətdə iyunun 5-də “Çərpələng” yarışı keçirilib. Qaliblərə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin fəxri fərmanları verilib.
Dünən mərkəzdə daha bir tədbir reallaşdırılıb. Belə ki, fiziki imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu uşaqlar qarşısında konsert proqramı ilə çıxış edib.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti