21 May 2024, Çərşənbə axşamı

Sədərək rayonundakı Şəhidlər xiyabanında təşkil edilən tədbiri rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Süleymanov açıb.
Bildirilib ki, tarixin bütün dövrlərində öz döyüşkənliyi, cəsarəti, igidliyi və qəhrəmanlığı ilə tanınan naxçıvanlılar həmişə olduğu kimi, Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində də öz sözünü deyib. Onlardan biri də Naxçıvanın qeyrət qalası Sədərəkdə doğulub boya-başa çatan kiçik çavuş Tağı Abdullazadə idi. Qeyd edilib ki, bu gün şəhidimizin dünyaya göz açdığı gündür. Belə qəhrəmanlarımızın həyat yolu əsl vətənpərvərlik nümunəsidir.

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov, Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mahirə Adnayeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Sədərək Rayon Qadınlar Şurasının sədri Vüsalə Əliyeva çıxış edərək vurğulayıblar ki, Vətən müharibəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin mahir sərkərdəlik bacarığını, çətin şəraitdə düzgün qərar vermək istedadını, dövlət-xalq-ordu birliyini bir daha bütün dünyaya nümayiş etdirdi.
Sədərək döyüşlərinin iştirakçısı, şəhid Tağı Abdullazadənin atası İlham Abdullayev muxtar respublikasımızda şəhid ailələri və yaxınlarının dövlətimiz tərəfindən hər cür qayğı ilə əhatə edilməsindən danışaraq minnətdarlığını bildirib.
Şəhid Tağı Abdullazadənin bölük komandiri, Vətən müharibəsi qazisi, mayor Təbriz Zeynalov müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad edilməsində igid oğullarımızın göstərdiyi böyük rəşadət və hünərdən, eləcə də döyüş yoldaşı Tağının vətənpərvərliyindən, qeyri-adi qəhrəmanlıqlarından bəhs edib, müharibə xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Sonda şəhidlərimizin ruhuna dualar oxunub, məktəblilər vətənpərvərlik mövzusunda şeirləri bədii qiraət etdikləri şeirlər dinlənilib.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR