27 Aprel 2024, Şənbə

Naxçıvan Tibb Kollecinin kitabxanasında “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil edilən amerika ədəbiyyatının görkəmli yazıçısı Ernest  Heminqueyin “Qoca və Dəniz” əsərinin müzakirəsi keçirilib. 

Tədbiri giriş sözü ilə açan kollecin kitabxana müdiri Leyla Əliyeva bildirib ki, gənclərin dünyagörüşünün formalaşması, intellekt səviyyəsinin yüksəldilməsi, bilik və bacarığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, həmçinin vətənə, cəmiyyətə layiq əsl vətəndaş kimi yetişməsində “Oxunması zəruri olan kitablar”ın  mühüm rolu var. O, qeyd edib ki, XX əsr Nobel mükafatı laureatı Ernest Heminqueyin “Qoca və Dəniz” povesti yazçının yaradıcılığında mühüm yer tutatn dəyərli əsərlərdəndir. Əsər dünya ədəbiyyatında kiçik həcmli şedevr kimi məşhurdur. Bu povest həyat hadisələrini, insanların qəlb dünyasını, heyrətamiz reallıqla əks etdirən misilsiz bir sənət əsəridir. Əsərdə göstərilir  ki, insan ən ağır məhrumiyyətlərə düçar olanda, çəkdiyi bütün zəhmətlər hədər gedəndən sonra belə öz heyrətamiz həyat eşqini qoruyub saxlaya bilir. “İnsan övladı məğlubiyyət üçün yaranmayıb; insanı məhv etmək olar, lakin onu məğlub etmək mümkünsüzdür” qənaətini təsdiqləyir. İnsan qarşısına qoyduğu məqsədə çatmaq üçün daim mübarizə aparmalıdır, güc, inam, qətiyyət insanın məğlubedilməzliyini göstərir. Əsər bir çox yazıçı və ədəbi tənqidçi tərəfindən Heminqueyin yaradıcılığının zirvəsi kimi qiymətləndirirlir.

Sonra kollecin tələbələri Aygün Musayeva “Yazıçının həyat və yaradıcılığı”, Vəfa Orucova “Qoca və Dəniz əsəri haqqında ümumi məlumat”, Mirvari Rüstəmova və Özləm Əliyeva “Əsərin qısa məzmunu haqqında”, Günay Zeyniyeva “Qoca və Dəniz əsərinin təhlili” mövzularında çıxış ediblər.

                                                                                Hüseyn ƏSGƏROV


 

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR