07 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminarda çıxış edən naziri Rəhman Məmmədov muxtar respublikada təhsilin bütün pillələrinə, eləcə də peşə təhsilinin inkişafına göstərilən dövlət qayğısından və yaradılan şəraitdən danışıb. Bildirib ki, muxtar respublikada peşə təhsilinin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, ixtisaslı kadr hazırlığının təmin olunması diqqət mərkəzində saxlanılır.
Təhsil naziri bildirib ki, hazırda muxtar respublikada 5 peşə təhsili müəssisəsi fəaliyyət göstərir ki, onlardan 4-ü – Naxçıvan, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəbləri və Naxçıvan Şəhər Peşə Liseyi Təhsil Nazirliyinin tabeliyindədir. Peşə təhsilinin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, hazırda peşə təhsili müəssisələri əmək bazarının, o cümlədən işəgötürənlərin tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığını tam şəkildə həyata keçirə bilir.

Qeyd olunub ki, muxtar respublikada müəyyən dövrləri əhatə edən əhalinin məşğulluğunun artırılması, eləcə də xalçaçılığın, turizmin, arıçılığın inkişafı üzrə Dövlət proqramları və onların uğurla icrası istiqamətində görülən işlər peşə təhsili müəssisələrində müvafiq peşə ixtisaslarının açılmasına və peşə təhsilinə marağın artmasına öz müsbət təsirini göstərmişdir. Belə ki, təkcə ötən il 106 qrup üzrə 1994 nəfər peşə təhsili almış, kursu müvəffəqiyyətlə başa vuran müdavimlər müvafiq sertifikatla təmin olunmuşlar.
Rəhman Məmmədov bildirib ki, muxtar respublikada peşə təhsili müəssisələrində maddi-texniki baza yaxşılaşdırılmış, bununla yanaşı, tədrisin təşkili, peşə məktəblərinin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi də diqqətdə saxlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 19 mart tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsə çevrilib. Nazir qeyd edib ki, peşə təhsili sahəsində tətbiq edilən yeniliklərdən biri də əmək bazarının dəyişən tələblərinə müvafiq ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi, işaxtaranların tez bir zamanda peşə təhsili qazanıb əmək fəaliyyətinə başlaması məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 4 may tarixli Qərarı ilə peşə təhsili kursları üzrə kadr hazırlığı aparılan 47 ixtisasdan 26-nın tədris müddətində dəyişikliklər edilib, yeni tədris planı təsdiq olunub. Bu sahədə həyata keçirilən tədbirlər gənclərin müvafiq peşələrə yiyələnərək məşğulluğunun təmin olunmasına, eləcə də müəssisə və təşkilatların ixtisaslı kadrlarla təminatına öz müsbət təsirini göstərəcəkdir.
Sonra peşə təhsili müəssisələrinin fəaliyyəti və görülən işlərə dair müzakirələr aparılıb, çıxışlar dinlənilib. Naxçıvan Şəhər Peşə Liseyinin direktoru Sona Əliyeva, Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbinin direktoru Rəfail Abdullayev, Şərur Texniki Peşə və Sürücülük Məktəbinin direktoru Vəfadar Ələkbərov, Ordubad Texniki Peşə və Sürücülük Məktəbinin direktoru Nicat Rzayev çıxış edərək peşə məktəblərində kadr hazırlığı, peşə təhsilinin vəziyyəti ilə bağlı məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR