22 Dekabr 2024, Bazar

Ümumtəhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında keçirilən məktəblilərarası fənn müsabiqələrinin I mərhələsinin nəticələri elan olunub. Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq keçirilən müsabiqədə 147 muxtar respublika məktəblisi final mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin final mərhələsinin may ayının sonunda keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilən müsabiqənin I mərhələsində muxtar respublikadan, ümumilikdə, 470 şagird öz bilik və bacarıqlarını nümayiş etdirmişdir.
Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlaşdırmaqdan ibarət olub.

Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR