22 May 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın məzarları ziyarət edildikdən sonra başlayan tədbirdə, ilk növbədə, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə ətraflı danışıb. Müstəqil dövlətimizin və dövlətçiliyimizin banisi, Azərbaycan xalqının xilaskarı olan ulu öndər Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edib, onun zəngin irsinin bütün nəsillər üçün örnək olduğunu diqqətə çatdırıb. Dünya səviyyəli siyasət və dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının tarixində nadir şəxsiyyətlərdəndir ki, O, zəhmətlə dolu həyatı, zəngin irsi, quruculuq, uğurlu dövlət rəhbəri kimi yaradıcılıq amalı ilə çoxillik siyasi fəaliyyətə malikdir. Müasir Azərbaycan dövlətinin banisi, zəmanəmizin böyük siyasi xadimi, dövrünün nüfuzlu söz sahibi, ulu öndər Heydər Əliyevin Azərbaycanın tarixində və taleyində ölçüyəgəlməz xidmətləri olmuşdur. Onun ən böyük xidmətlərindən biri də özündən sonra Azərbaycanı etibar edə biləcək layiqli, ləyaqətli davamçı, dünyaca tanınmış şəxsiyyət, Prezident cənab İlham Əliyev kimi müdrik və vətənpərvər bir siyasi lider, müzəffər sərkərdə yetişdirməsi olmuşdur.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası da bugünkü həyatını və inkişafını məhz ulu öndər Heydər Əliyevə borcludur. Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə dahi rəhbər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla muxtar respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Naxçıvan Muxtar Respublikasında hələ o zaman sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün mühüm tədbirlər görüldü, eyni zamanda aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.
Bu gün ölkəmizin və onun Naxçıvan Muxtar Respublikasının inkişafı, tərəqqisi, əldə olunan nailiyyətlər, mövcud sabitlik və insanların yüksək rifahı məhz ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Bu yol xalqımızı dünən və bu gün olduğu kimi, gələcəkdə də daha xoşbəxt günlərə, qələbələrə qovuşduracaqdır. Nə qədər ki müstəqil Azərbaycan dövləti və xalqı var, ulu öndər Heydər Əliyev də var olacaq və yaşayacaqdır.
Tədbir digər çıxışlar və ulu ­öndərə həsr edilmiş “Müstəqil Vətənin memarı” filminin nümayişi ilə davam etdirilib.

AZƏRTAC

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR