22 May 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası aprel ayında da muxtar respublikanın teleradiolarının fəaliyyətini izləmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, təsdiq olunmuş Dövlət proqramları və Tədbirlər planlarından irəli gələn vəzifələrin teleradiolarda icrasını diqqətdə saxlamışdır.
Naxçıvan televiziyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirak etdiyi tədbirlər, Dövlət proqramlarının icrası ilə bağlı görülən işlərə həsr olunmuş 7 telematerial hazırlanmışdır. Aprel ayında televiziyanın öz teleməhsulları və sənədli filmlər və dublyaj redaksiyasının dublyaj etdiyi materialların həcmi efirin 72 faizini təşkil etmişdir. Bəhs olunan dövrdə verilişlərin növbəti 105 sayı efirə təqdim olunmuşdur. Ötən ay Naxçıvan radiosunun da efiri, proqram siyasəti və şəbəkəsi nəzarətdə saxlanılmışdır. Radio ay ərzində 471 saat efirdə olmuşdur. Ümumi efirin 41 faizini radionun öz istehsalı olan verilişlər təşkil etmişdir. Ay ərzində 140 veriliş və canlı pro­qram, 314 konsert proqramı təqdim olunmuşdur.

Yayım profili tədrisyönümlü olan “Kanal 35” Televiziyasının aprel ayındakı fəaliyyəti şura tərəfindən izlənmiş, mart ayının monitorinqinin nəticələrində qeyd edilən təklif və tövsiyələrin tətbiqi və monitorinqin nəticəliliyinə nail olunması diqqətdə saxlanılmış, aprel ayının 19-da tele­viziya əməkdaşlarının iştirakı ilə keçirilmiş monitorinqin nəticələri müzakirəyə çıxarıldıqdan sonra tele­viziyada film və proqramlar efirə yayımlanarkən yaş həddinin təyin edildiyi nişanlardan istifadə olunmağa başlanılmışdır. Artıq televiziyada mövzu təkrarçılığı ilə müşahidə olunan film və teleçarxların yayım vaxtı proqram cədvəlində uyğun vaxtlarda tərtib edilir.
Şura aprel ayında “Naxçıvanın səsi” radiosunun efirinin mütəmadi monitorinqini aparmış, şura əməkdaşları radioda olmuş, əməkdaşlar ilə görüş keçirmiş, müzakirələr aparmışlar. Aprel ayı monitorinqinin nəticəsinə əsasən radio 240 saat efirdə olmuşdur. Efir müddətinin 57 saatını canlı yayım proqramları və verilişlər təşkil etmişdir.
Naxçıvan Dövlət Universitetinin muxtar respublika ərazisində yayımlanan, tədrisyönümlü verilişlərin üstünlük təşkil etdiyi televiziya kanalında aprel ayının 20-də mərkəzin texniki heyəti yayım vaxtı televiziyanın loqosunu ekranda görüntüləməyi unutmuşdur. Şura bu barədə televiziyanın məsul şəxsinə məlumat vermiş, nöqsan aradan qaldırılmışdır.
Şura tərəfindən bəhs edilən dövrdə sosial platformalarda Naxçıvanla bağlı 700-dən çox foto və video, xəbər paylaşılmış, mərkəzi mətbuat orqanları üçün 130-u mətbuat xidmətlərinin materialları olmaqla, 183 xəbər, 3 müsahibə, 6 videosüjet verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Televiziya və Radio Şurası

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR