21 İyun 2024, Cümə

Naxçıvan Dövlət Uşaq Teatrında uşaq və gənclər arasında rəqs müsabiqəsi keçirilmişdir. Müsabiqədə Naxçıvan Musiqi Kollecində, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan tələbə və şagirdlər, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Mahnı və Rəqs Ansamblının üzvləri, klub müəssisələrinin dərnək üzvləri iştirak etmişdir.
Müsabiqənin keçirilməsində məqsəd muxtar respublikada rəqs sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması, onların ifaçılıq səviyyəsinin yüksəldilməsi və dəstəklənməsidir.
Qeyd edək ki, müsabiqədə 2 yaş qrupu – solo, duet və kollektiv nominasiyaları üzrə 50-yə yaxın uşaq və gənc iştirak etmişdir. Münsiflər heyəti tərəfindən 10 ballıq sistem üzrə gizli səsvermə yolu ilə seçilmiş qaliblər yekun tədbirində mükafatlandırılacaqdır.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

İyun 2021
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR