21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq yeniyetmələr arasında vərəmin profilaktikasını və vaxtında aşkar edilməsini təmin etmək üçün aprel ayının 10-dan muxtar respublika ərazisində IX-XI sinif şagirdlərinin profilaktik flüoroqrafik müayinələri aparılır.

Bu tədbir Babək rayonunda mütəşəkkil şəkildə təşkil edilib.Rayon Mərkəzi Xəstəxanası tərəfindən xidmət ərazilərində müayinələrə cəlb olunacaq uşaqların siyahıları tərtib olunub. 36 tam orta məktəbdə 1803 nəfər yuxarı sinif şagirdinin müayinələrdən keçməsi nəzərdə tutulub. Aprelin 15-dən indiyədək seçmə yolu ilə 19 məktəbdə 186 şagird flüoroqrafiya müayinəsindən  keçirilib.  Xəstə aşkar edilməyib.

Hazırda hər gün 7 şagird olmaqla profilaktik flüoroqrafik müayinələr davam etdirilir. Müayinələr zamanı maarifləndirici söhbətlər də aparılır.

Qeyd edək ki, muxtar respublikada yoluxucu xəstəliklərlə mübarizə işi səhiyyənin prioritet sahələrindən biridir. Əhalinin müxtəlif qrupları arasında xəstələnmə və ölüm səviyyəsinin azaldılmasına yönəldilmiş immunprofilaktikaya dair çox vacib proqramların həyata keçirilməsi də bunu təsdiq edir. Nəticədə, bir sıra xəstəliklərin yayılma səviyyəsi xeyli azalıb, bir neçə infeksion patologiya isə tam ləğv olunub.

Müayinələr may ayının sonunacan davam edəcək.

Naxçıvan Muxtar Respublikası Səhiyyə

Nazirliyinin mətbuat xidməti


 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR