22 Dekabr 2024, Bazar

Ölkəmizdə əhalinin sosial rifah səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər insan amilinə verilən dəyər kimi qiymətləndirilir. Bu tədbirlərin bir hissəsini isə əmək bazarının inkişafı, yeni iş yerlərinin yaradılması təşkil edir. Buna görə də əhalinin səmərəli məşğulluğunun təmin olunmasında əmək yarmarkalarının keçirilməsi mühüm əhəmiyyət daşıyır. Növbəti belə əmək yarmarkası isə dünən Babək rayonunda keçirilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, Babək rayonunda keçirilən əmək yarmarkasına 13 təşkilatdan 85 boş iş yeri təqdim olunub.

Tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Qurban Tarverdiyev çıxış edərək deyib ki, əmək yarmarkalarının təşkil edilməsi rayon əhalisinin məşğulluq problemlərinin təmin edilməsində mühüm rol oynayır. Məhz bu cür yarmarkalar vasitəsilə işaxtaran vətəndaşlar öz ixtisaslarına uyğun işlə təmin olunurlar.
İşaxtaran vətəndaş Nuray Həsənova belə tədbirlərin təşkil olunmasında əməyi olanlara minnətdarlığını bildirib.
Əmək yarmarkasında Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səlvər Hacıyev çıxış edərək rayonda əhalinin məşğulluğu istiqamətində görülən işlərdən danışıb.
Qeyd edək ki, yarmarkada 32 nəfərə işə göndəriş verilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR