21 May 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində İkinci Qarabağ müharibəsi qaziləri ilə gənclərin görüşü keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Mirzə Cəlilov, Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək Vətən torpaqlarının azadlığa qovuşmasında rolu olan şəhidlərimizin və qazilərimizin xidmətlərindən bəhs edib, onların keçdiyi şərəfli döyüş yolunun bugünkü gənclərimiz üçün nümunə olduğunu bildiriblər.
Görüşdə iştirak edən qazilər Təbriz Zeynalov, Anar Cəfərov, Mirkənan Kərimov, Nürəddin Nəbiyev, Ceyhun Davudov, Hüseyn Hacıyev, Seymur Yusifov və Ümman Məmmədov çıxışlarında Vətən müharibəsi dövründə xalqımızın ordumuza dəstəyinin, inamının onların mübarizə gücünü daha da artırdığını, qələbəyə ruhlandırdığını bildiriblər.
Sonra gənclərin sualları cavablandırılıb, Vətən müharibəsi iştirakçılarına plaketlər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR