21 May 2024, Çərşənbə axşamı

1941-1945-ci illər İkinci Dünya müharibəsinin 76-cı ildönümündə ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu davamı nəticəsində erməni faşizmi üzərində tarixi Qələbə qazandığımız II Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərən şəhidlərimizin də xatirəsi dərin ehtiramla yad edilir.
Culfa rayonunda torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının məzarları ziyarət edilib. Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev ictimaiyyət nümayəndələri ilə birlikdə ehtiram əlaməti olaraq məzarların üzərinə gül dəstələri düzüblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. İcra başçısı şəhid valideynləri ilə söhbət zamanı onların problemləri ilə maraqlanıb, şəhid ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
Şəhid məzarları ətrafında aparılan abadlıq işləri, onların xatirəsini əbədiləşdirmək məqsədilə inşa olunan abidə-bulaq kompleksi ilə tanış olan İcra Hakimiyyətinin başçısı qeyd edib ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir.
Görüşdə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, bu Qələbədə Silahlı Qüvvələrimizin sıralarında döyüşən culfalı gənclərin də şücaətindən danışılıb. Vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.
Sonda şəhidlərin doğmaları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Alim AĞAYEV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR