22 Dekabr 2024, Bazar

Ümumtəhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq!” devizi altında keçirilmiş aksiyada toplanan eksponatlar Mədəniyyət Nazirliyinə təqdim edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev çıxış edərək qeyd edib ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları və muxtar respublika vətəndaşları, xüsusilə ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri yaxından iştirak edirlər. Bu ilin may ayınadək muxtar respublika muzeylərinə 766 eksponat daxil olmuş, 2 eksponat təqdimatı keçirilmişdir. Növbəti təqdimat mərasimi sayca üçüncü olmaqla, əlamətdar bir gündə, Beynəlxalq Muzeylər Günündə keçirilir. İnanırıq ki, bu maddi mədəniyyət nümunələri də muxtar respublikanın muzeylərində sərgilənməklə diyarımızın sakinlərinin mədəni həyatı, etnoqrafik yaradıcılıq fəaliyyəti haqqında muzey ziyarətçilərində dərin təəssürat yaradacaq, həmçinin tədqiqatçı-alimlərin elmi-tədqiqat işlərinin faktlarla zənginləşdirilmə işinə mühüm töhfə olacaqdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri Rəşad Əlizadə bildirib ki, 2019-cu ildən ümumtəhsil məktəblərində “Tariximizi qoruyaq və yaşadaq!” devizi altında keçirilən aksiyanın əsas məqsədi müəllim və şagirdləri tariximizin öyrənilməsi ilə yanaşı, onun qorunması və yaşadılması istiqamətində də fəal iştirakçıya çevirmək, onlara qədim maddi mədəniyyət nümunələrini toplayaraq muzeylərin zənginləşdirilməsi işinin vətəndaşlıq borcu olduğunu aşılamaqdır. Bu il də davam etdirilən aksiya çərçivəsində müəllim və şagirdlərimiz tərəfindən qədim maddi mədəniyyət nümunələri, o cümlədən şəxsi kolleksiyalarda toplanmış 200-dən çox toxuculuq məmulatları, məişət əşyaları, təsərrüfat alətləri, pul nümunələri və digər məmulatlar toplanaraq bir araya gətirilmişdir.
Naxçıvan Qarnizonu tam orta məktəbinin X sinif şagirdi Günel Hətəmli aksiyanın onlarda böyük maraq doğurduğunu və asudə vaxtlarında axtarışda olaraq eksponatların toplanmasında həvəslə iştirak etdiklərini diqqətə çatdırıb.
Tədbirdə aksiyada fəal iştirak edənlərə təşəkkürnamələr verilib, toplanmış eksponatlardan ibarət sərgiyə baxış olub, Qədim maddi mədəniyyət nümunələri, o cümlədən şəxsi kolleksiyalarda toplanmış tarixi və bədii əhəmiyyət daşıyan toxuculuq məmulatları, məişət əşyaları, təsərrüfat alətləri, pul nümunələri və digər tarixi əhəmiyyət daşıyan maddi mədəniyyət nümunələri Təhsil Nazirliyi tərəfindən Mədəniyyət Nazirliy­i­­nə hədiyyə edilmişdir.

Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR