22 Dekabr 2024, Bazar

Muxtar respublika ərazisində yerləşən səhiyyə müəssisələri şəhid ailələrinə və qazilərə yüksək səviyyədə səhiyyə xidmətinin göstərilməsini davam etdirirlər.
Bu humanitar tədbirdə “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsi fəal rol oynayır. Belə ki, mart ayının 15-dən may ayının 1-dək şəhid ailələrindən 35 nəfər müalicə üçün xəstəxanaya müraciət edib. Onlardan 32 nəfər ambulator, 3 nəfər isə stasionar müalicə alıb.

Həmin müddətdə 21 nəfər Vətən müharibəsi qazisi də tibbi müayinələrlə əhatə olunub. Onlardan 19 nəfər ambulator, 3 nəfər isə stasionar müalicə alıb. Müayinə və müalicələrdə müxtəlifixtisaslı həkimlər və orta ixtisaslı tibb işçilərinin iştirakı təmin olunub.
Qeyd edək ki, şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstərilən səhiyyə xidmətinin, həmçinin ehtiyac olan dərmanların ödənişsiz təmin edilməsi və digər xidmətlərin yüksək səviyyədə təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR