22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təmin olunması, tibbi-sosial reabilitasiyalarının təşkili, onların respublika daxilində və ölkədən kənarda müalicələrinin təşkili daim diqqət mərkəzindədir. Bu günədək müvafiq kateqoriyadan olan 136 şəxsin xarici ölkələrdə müalicəyə göndərilməsi təmin edilib.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, iyunun 15-də məhdud fiziki imkanlı altı nəfər müalicə üçün Yunanıstan Respublikasının Saloniki şəhərində yerləşən Anagennisi Tibbi və Reabilitasiya Sanatoriyasına göndərilib. Onlar qeyd olunan sanatoriyada 28 günlük fizioterapevtik müalicə kursu keçəcəklər.
Eyni zamanda həmin gün serebral iflic xəstəliyi olan sağlamlıq imkanları məhdud 6 uşaq valideynlərinin müşayiəti ilə Latviya Respublikasının Yurmala şəhərində yerləşən Vayvari Milli Reabilitasiya Sanatoriyasına 20 günlük müalicə kursu keçmək üçün göndərilib.
Müalicəyə yola salınan məhdud fiziki imkanlı şəxslər, həmçinin uşaqların valideynləri göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR