22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan şahmat üzrə kişilər arasında keçirilən Azərbaycan çempionatında 10-cu turun oyunları keçirilib.

Bu turda qrossmeyster Vüqar Əsədli (2572) qrossmeyster Vasif Durarbəyli (2606) ilə üz-üzə gəlib. Görüş heç-heçə başa çatıb. Qrossmeyster Nicat Abasov (2665) isə qrossmeyster Eltac Səfərlini (2598) məğlub edib. Beynəlxalq usta Məhəmməd Muradlı (2449) eyni uğura qrossmeyster Urfan Sevdimalıyev (2369) ilə görüşdə nail olub. Tamaşaçılar digər 3 görüşdə “sülh”ə şahidlik ediblər. Belə ki, beynəlxalq usta Aydın Süleymanlı (2520) qrossmeyster Nicat Məmmədovla (2609), beynəlxalq usta Kənan Qarayev (2331)beynəlxalq usta Abdulla Qədimbəyli (2470) ilə, qrossmeyster Fərid Abbasov (2528) isə qrossmeyster Misrətdin İsgəndərovla (2535) heç-heçə edib.

10 turdan sonra turnir cədvəlinə 3 zəka sahibi eyni xalla başçılıq edir. Belə ki, Nicat Abasov, Vasif Durarbəyli və Vüqar Əsədli 6,5 xal toplayıblar.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən çempionatda 12 zəka sahibi mübarizə aparır və çempionata mayın 18-də yekun vurulacaq.

11-ci turda aşağıdakı görüşlər keçiriləcək.

Misrətdin İsgəndərov - Aydın Süleymanlı

Abdulla Qədimbəyli - Fərid Abbasov

Məhəmməd Muradlı - Kənan Qarayev

Vasif Durarbəyli - Urfan Sevdimalıyev

Eltac Səfərli - Vüqar Əsədli

Nicat Məmmədov- Nicat Abasov

Görüşlər saat 14:00-da başlayacaq.

Qeyd edək ki, bu turdan sonra yarımfinala yüksələcək şahmatçıların adları məlum olacaq. Yarımfinal görüşləri mayın 15-də start götürəcək. 

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR