04 Noyabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülən Fizika ixtisası tələbələrinin iştirakı ilə “Astronomik müşahidələrin təşkili” mövzusunda elmi-praktiki seminar keçirilib.

Rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev giriş sözü ilə çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında”03 aprel 2019-cu il tarixli Sərəncamınının gələcək mütəxəssislərin formalaşmasında, onların peşə biliklərinə yiyələnməsindəki önəmindən söz açıb. Alim sərəncama uyğun olaraq hamiliyə götürülmüş Fizika ixtisası tələbələri ilə aparılan ardıcıl işlərdən, gənclərdə elmə marağın yaradılması istiqamətində keçirilən tədbirlərdən danışıb.

Rəsədxana əməkdaşlarından dosent Qulu Həziyev “Astronomik müşahidələrin tarixi və müasir aspektləri”, Ruslan Məmmədov “Tədris müəssisələrində sadə astronomik müşahidələrin təşkili və aparılması”, Türkan Məmmədova isə “Müasir optik teleskoplar” mövzusunda məruzə ediblər. Məruzələrdə astronomik müşahidələrin ən qədim dövrlərdən günümüzədək keçdiyi inkişaf yolu, müşahidələr zamanı istifadə olunan cihazlar haqqında məlumatlar xronoloji ardıcıllıqla tələbələrin diqqətinə çatdırılıb. Seminarda astronomiya sahəsində tətbiq olunan ən son elmi yeniliklərdən, müasir optik teleskopların işləmə prinsiplərindən bəhs olunub. Tədris müəssisələrində sadə astronomik müşahidələrin aparılma qaydaları, bu müşahidələrin tədris mühitinə, öyrənmənin keyfiyyətinə təsiri ilə bağlı məlumatlar seminarın əsas mövzularından olub. Seminarın sonunda tələbələrlə diskussiya aparılıb, onları maraqlandıran suallar cavablandırıb.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR