22 Dekabr 2024, Bazar

Naxçıvanda təşkil olunan şahmat üzrə qadınlar arasındakı Azərbaycan çempionatında 4-cü tur başa çatıb. Bu turda qrossmeyster Ülviyyə Fətəliyeva (2301) beynəlxalq usta Gövhər Beydullayevanı (2263) sınağa çəkib. Görüş Gövhərin qələbəsi ilə başa çatıb.
Beynəlxalq usta Gülnar Məmmədova (2382) isə Səbinə Rzalı (1925) ilə xalları yarı bölüb. Qrossmeyster Zeynəb Məmmədyarova (2274) FIDE ustası Ləman Hacıyevanı (1982) məğlub edib.

FIDE ustası Ayan Allahverdiyeva (2088) ilə beynəlxalq usta Səbinə İbrahimovanın (2213) görüşündə “sülh” qeydə alınıb.
Naxçıvanlı şahmatçı Nazlı Hümbətova bu turda qrossmeyster Xəyalə Abdulla (2263) ilə görüşdə məğlub olub. Digər təmsilçimiz Nəsrin Babayeva (1704) isə Mələk İsmayılla (1997) “bacarmayıb”.
Turnir cədvəlinə hazırda 3,5 xalla Gülnar Məmmədova və Zeynəb Məmmədyarova başçılıq edirlər.
Bu gün beşinci turun görüşləri keçiriləcək. Bu turda azarkeşlər aşağıdakı görüşlərə şahidlik edəcəklər:
Gülnar Məmmədova - Nazlı Hümbətova
Ləman Hacıyeva - Ayan Allahverdiyeva
Ülviyyə Fətəliyeva - Səbinə Rzalı
Xəyalə Abdulla – Zeynəb Məmmədyarova
Səbinə İbrahimova - Nəsrin Babayeva
Mələk İsmayıl - Gövhər Beydullayeva
Görüşlər saat 14:00-da başlayacaq.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR