27 Aprel 2024, Şənbə

Dünən istehsalat təcrübəsini uğurla başa vuran tələbələrlə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində görüş keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə bağlı tədris müddəti ərzində təhsil alan tələbələrin təcrübə keçmələri üçün zəruri işlər həyata keçirilib. Nazir vurğulayıb ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə praktik bilik və bacarıqlara yiyələnmiş kadrlara artan tələbatı ödəmək məqsədilə kadr hazırlığına diqqət artırılacaq, qarşılıqlı əməkdaşlıq imkanlarından daha səmərəli istifadə ediləcəkdir.

Bildirilib ki, İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən tələbələr bu təcrübədən qazandıqları zəngin məlumatlardan Naxçıvanın gələcək iqtisadi inkişafı naminə gələcək fəaliyyətlərində istifadə edəcəklər.
Görüşdə “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədov istehsalat təcrübəsinin tələbələrin biliklərinin zənginləşdirilməsi, gələcəkdə karyeralarının formalaşması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Qeyd edilib ki, 8 həftəlik istehsalat təcrübəsi ərzində “Naxçıvan” Universitetinin İqtisadiyyat ixtisası üzrə təhsil alan 31 nəfər tələbəsi nazirliyin müxtəlif struktur bölmələrində mövcud iş prosesi ilə tanış olublar. İstehsalat təcrübəsində nazirliyin əməkdaşı tərəfindən tələbələr üçün 24 mövzu üzrə praktik məşğələ keçirilib. Həmçinin tələbələr “Ləzzət Qida Sənaye”, “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli cəmiyyətlərinin istehsal prosesi və Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan məhsullar və yerli sənətkarların əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Nazirlikdə istehsalat təcrübəsi keçən tələbə Ədalət Tağıyev çıxış edərək göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirərək gələcək fəaliyyətlərində təşəbbüskar, çalışqan və məsuliyyətli olacaqlarını, dövlətimizin göstərdiyi qayğıya daha yaxşı təhsil almaqla cavab verəcəklərini qeyd edib.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR