22 Dekabr 2024, Bazar

26-27 may 2021-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində təşkil olunan iki günlük təlimə muxtar respublikada fəaliyyət göstərən müxtəlif təşkilatlardan 12 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.

Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova keçirilən təlimlər haqqında ümumi məlumat verərək təlimin əsas məqsədinin muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında Beynəlxalq  Mühasibat Uçotu Standartlarına əsasən maliyyə-mühasibat işinin aparılması, müasir tələblərə uyğun olaraq maliyyə hesabatlarının hazırlanması və bu sahədə mütəxəssislərin biliklərinin artırılması olduğunu bildirib.

Təlimin ilk günü Maliyyə Tədris Mərkəzinin əməkdaşı Pərviz Babayevin “Maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri əsasları” mövzusu ətrafında təqdimatı olub. Təqdimat zamanı maliyyə hesabatlarının məqsədi, elementləri, istifadəçiləri və  növləri haqqında məlumat verilib, müxtəlif təsərrüfat əməliyyatlarının mühasibat hesablarında  qeyd olunmasının elmi əsasları izah edilərək sınaq balansının tərtib olunması qaydaları və mövzuya uyğun olaraq digər məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Keçirilən təlimin mənimsənilmə dərəcəsini müəyyən etmək üçün tədris olunan materiallara uyğun olaraq test mərhələsi keçirilib.

Növbəti gün “Maliyyə hesabatlarının tərtib edilməsinin praktiki izahı” modulu ətrafındabeynəlxalq standartlara uyğun olaraqmaliyyə hesabatlarının hazırlanma mərhələləri haqqındaməlumat verilib və müvafiq praktiki tapşırıqlar  yerinə yetirilib. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Hər təlimin sonunda  tədris olunan mövzularla bağlı aparılan qiymətləndirmənin yekun nəticələrinə görə iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib. 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR