21 May 2024, Çərşənbə axşamı

 Mayın 21-də Naxçıvan şəhərində yerləşən “Gənclik” Mərkəzində şahmat üzrə qadınlar arasında keçirilən Azərbaycan çempionatına start verilmişdir.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun şahmat lövhəsi üzərindəki rəmzi gedişləri ilə çempionat start götürmüşdür.

Çempionatda ölkəmizin 12 ən güclü qadın şahmatçısı birincilik uğrunda mübarizə aparır.

Qeyd edək ki, qadınlar arasında Azərbaycan çempionatına mayın  31-də yekun vurulacaq. Turnir 12 qadın şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçiriləcək, qaliblər şəxsi Avropa Çempionatına vəsiqə qazanacaq.

“Şərq qapısı”

 

 

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR