21 May 2024, Çərşənbə axşamı

“Naxçıvan” Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra universitetin rektoru, dosent Nurlana Əliyeva çıxış edərək ulu öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti haqqında danışıb. Bildirib ki, zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında onun böyük əməyi, misilsiz xidmətləri var.

Rektor qeyd edib ki, ulu öndər Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə təhsilin, cəmiyyətin inkişafında rolunu yüksək qiymətləndirmiş və bu sahənin inkişafını daim diqqətdə saxlamışdır. Onun təhsilin təşkili və inkişafı istiqamətində bu gün də ölkəmizdə təhsil siyasətinin uğurla davam etdirilməsinə öz töhfəsini verməkdədir. Vurğulanıb ki, əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli bildirib ki, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ulu öndərin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.
Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev vurğulayıb ki, ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi ulu öndərin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu diqqətə çatdırıb ki, ümummilli lider, nəinki ictimai, siyasi, həm də iqtisadi sahədə çox mühüm və həlledici addımlar atıb.

*  *  *

Naxçıvan Müəllimlər İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Ümummilli liderimizin uzaqgörən siyasəti və Vətən müharibəsindəki Zəfərimiz: möhtəşəm irs və zaman” mövzusunda elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan institutun rektoru Azad Novruzov qeyd edib ki, XX əsrin 70-ci illərindən başlayaraq ölkəmizin bütün sahələrdəki inkişafı bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin uzaqgörən siyasətinin əsəri milli, ümumbəşəri dəyərlərə əsaslanan, qüdrətli orduya sahib, inkişaf etmiş təhsil sisteminə malik, güclü iqtisadi inkişafı şərtləndirən, dünyanın inkişaf etmiş dövlətləri sırasında öz yerini tutan müstəqil Azərbaycandır. Ümummilli liderin siyasətinin uğurla davam etdirilməsi xalqımızı Ali Baş Komandan, güclü Azərbaycan ordusu və dövlət-xalq birliyinin əsasında şanlı qələbəyə apardı.
Sonra institutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyev “Qarabağ Azərbaycandır!” çağırışından Böyük Qayıdışa doğru: dövlət və xalqın vəhdəti dünən və bu gün”, institutun Humanitar və ictimai fənlər kafedrasının müəllimi Qorxmaz Hacızadə “Heydər Əliyevin gənclər siyasəti və müharibədə zəfər çalan gəncliyimiz” mövzularında çıxış ediblər.

*  *  *

Mayın 8-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar olaraq ümumtəhsil məktəbləri ilə Heydər Əliyev Muzeyi arasında interaktiv dərs keçilib.
İnteraktiv dərsdə muzeyin bələdçisi Hicran Bədəlova əvvəlcə mədəniyyət müəssisəsi barədə şagirdlərə ətraflı məlumat verərək bildirib ki, hələ ümummilli liderin sağlığında yaradılan muzeydə ulu öndərin həyatının müxtəlif dövrlərinə həsr olunmuş eksponatlar, eləcə də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə qəbul etdiyi müxtəlif tarixi sənədlər toplanıb.
İnteraktiv dərsdə vurğulanıb ki, dahi rəhbərin Vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilası, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətləri Onu hələ sağlığında xalqımızın ümummilli liderinə çevirib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və böyük əzmkarlığa malik ulu öndərimiz Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizi tənəzzüldən çıxararaq qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev xalqımız qarşısında misilsiz xidmətləri ilə bu gün hər birimizin qəlbində yaşayır. Bu böyük insanın həyat yolu hər bir məktəbliyə, hər bir gəncə nümunədir.
İnteraktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən izlənilib.

Xəbərlər şöbəsi

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR