27 İyul 2024, Şənbə

        Muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirən Fövqəladə Hallar Nazirliyi insan həyatının təhlükəsizliyində mühüm rol oynayan partlayış və yanğın təhlükəsinə malik yanacaqdoldurma məntəqələrində eləcə də mehmanxana və otellərdə  yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunması məqsədilə baxışlar, maarifləndirmə və profilaktik tədbirlər həyata keçirir. 

          Məhz bu məqsədlə Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin iş planına uyğun olaraq şöbənin əməkdaşları tərəfindən digər müəssisələrlə yanaşı Naxçıvan şəhər ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində, mehmanxana və otellərdə də yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması və qabaqlayıcı maarifləndirici tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır. Belə ki, yanacaqdoldurma məntəqələrində normalara uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması, ildırımötürücü qurğunun quraşdırılması və təhlükəsizliyin təmin olunması, ərazilərin saxlanılması, yanacaq axıntısı hallarına yol verilməməsi üçün baxışlar keçirilmiş, mövcud ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq göstərilmiş, baş verə biləcək istənilən hadisəyə qarşı dərhal təxirəsalınmaz tədbirlərin görülməsi üçün izahedici işlər aparılmışdır. Mehmanxana və otellərdə də odsöndürücü balonların və daxili yanğın su kranlarının, yanğın siqnalizasiya sistemlərlərinin vəziyyətinə baxış keçirilmiş və işçilərlə maarifləndirici söhbətlər aparılmışdır.     

         Bu cür tədbirlər Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin iş planına uyğun olaraq davam etdiriləcək.

Fövqəladə Hallar Nazirliyinin

mətbuat xidməti

ARXİV

İyul 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR