21 May 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin yaz-yay mövsümi istismarı şəraitinə keçidi ilə əlaqədar Mülki Müdafiə Alayında nümunəvi məşğələ təşkil olunub.
Əvvəlcə xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin yaz-yay mövsümi istismarı şəraitinə keçidi ilə əlaqədar əmr və göstərici məşğələnin planı şəxsi heyətə çatdırılıb.

Daha sonra xüsusi təyinatlı xilasetmə, yanğınsöndürmə və yük avtomobillərinin, digər mühəndis texnikalarının yaz-yay mövsümi istismarı şəraitinə keçidi zamanı görülən işlər, park xidmətinin, yanğından mühafizənin və tərbiyəvi işin təşkili, mühəndis avadanlıqlarına, su nasoslarına, xilasedici qayıqlara, dalğıc avadanlıqlarına, akkumulyator batareyalarına, səhra mətbəxlərinə, qaynaq aparatlarına, dizel generatorlarına, xilasetmə avadanlıqlarına, yanğın-texniki silahlara, eləcə də radiasiya-kimya kəşfiyyatı cihazlarına və rabitə vasitələrinə texniki xidmətin göstərilməsi praktik olaraq nümayiş etdirilib.
Texnikaların yaz-yay mövsümi istismarı şəraitinə keçidi zamanı istifadə olunan texniki mayelərin, turşuların və qələvilərin təhlükəsiz istifadə qaydaları və zəhərlənmələrə qarşı ilk tibbi yardımın göstərilməsi də şəxsi heyətin diqqətinə çatdırılıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təminatı mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR