22 Dekabr 2024, Bazar

Konfransı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında tələbələr üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, 7 mindən çox tələbənin təhsil aldığı universitetdə Tələbə Elmi Cəmiyyətinin üzvləri fəallıq göstərir. Qeyd edilib ki, elmi-tədqiqat işləri bu gün ölkə iqtisadiyyatında mühüm rola malikdir. Belə ki, ixtisaslı kadrların yetişməsində nəzəri biliklərin vacibliyi ilə yanaşı aparılan təcrübələr, həyata keçirilən elmi-tədqiqat işləri əsas diqqət mərkəzində olan məsələlərdəndir. Bunun bariz nümunəsi olaraq ali təhsil ocağında 2 hektar ərazini əhatə edən, müxtəlif elm sahələri üzrə təcrübə-konstruktor, elmi-tədqiqat və startap layihələrinin mühüm elmi nəticələrinin tətbiqini həyata keçirən Texnoparkı göstərmək olar. Rektor qeyd edib ki, Texnoparkın yaradılması eyni zamanda muxtar respublikada təhsil sahəsində həyata keçirilən tənzimləmələrin və bu sahədəki islahatların sosial və məntiqi davamıdır.  Elbrus İsayev həmçinin texnoparkda yaradılan şəraitdən və Tələbə Elmi Cəmiyyətinin üzvü olan tələbələrə yeni layihələrin həyata keçirilməsi və tətbiqində texnoparkın əhəmiyyətindən danışıb.

“Tələbələrin elmi-tədqiqat fəaliyyətinin aktual problemləri” mözusunda universitetin Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov çıxış edib. Bildirilib ki, Tələbə Elmi Cəmiyyətinin əsas məqsəd və vəzifələri ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilən elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, tələbələrin elmi fəaliyyətə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması eyni zamanda elmi tədqiqat işlərinə tələbələrin marağının artırılmasına köməklik göstərmək və digər bir sıra məsələlərdir. Rza Məmmədov Tələbə Elmi Cəmiyyətinin aktual problemlərindən danışan zaman problemlərin aradan qaldırılmasından da bəhs edib.

Tədbirdə eyni zamanda Tələbə Elmi Cəmiyyətinin sədri, Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə I kurs magistr  Təbrizə Bağırova 2020-2021-ci  tədris ilində “Tələbə Elmi Cəmiyyətinin yekunlarına və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib. Bildirilib ki, 2019-2020-ci tədris ilində 349 nəfər elmi-tədqiqat işlərinə cəlb olunmuşdusa, 2020-2021-ci tədris ilində bu rəqəm müsbət artımla 570-ə çatıb. Təbrizə Bağırova eyni zamanda fakültələr üzrə  tələbələrin elmi-tədqiqat işlərinə cəlbi barədə də məlumat verib.

Daha sonra “Qarabağ: keçmişdən günümüzə” mövzusunda Beynəlxalq münasibətlər ixtisası üzrə II kurs tələbəsi Fatimə Sultanovanın çıxışı dinlənilib.

Sonda bir qrup tələbəyə smart kartları təqdim olunub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə

əlaqələr bölməsinin əməkdaşı Fəxriyyə Səyyadova

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR