Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrasının, 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan tədbirlərin davamı olaraq, mayın 29-da Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində intellektual və kinekt oyunları üzrə yarış keçirilib.
Tədbirdə sağlamlıq imkanları məhdud 18 yaşadək 21 uşaq iştirak edib. Yarış üç turdan ibarət olub. İştirakçılar hər biri 7 nəfərdən ibarət olan üç qrupda yarışıblar.
Həsrət Abdullayev, Nihal İmanov və Mirəli Yusifli müvafiq olaraq turların qalibləri olublar. Hər turun qalibinə mükafatlar, yarışın digər iştirakçılarına isə həvəsləndirici hədiyyələr verilib.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti