22 Dekabr 2024, Bazar

İyunun 27-də Kəngərli Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyi ilə birgə rayonda sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirilmişdir.
Tədbiri Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov açaraq rayonda sığorta fəaliyyəti sahəsində görülmüş işlərdən danışmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək sığorta işinin təkmilləşdirilməsi istiqamətində muxtar respublikada görülmüş işlər barədə məlumat vermiş, vaxtında sığorta olunmağın əhəmiyyətini qeyd etmişdir. O, muxtar respublikada, o cümlədən Kəngərli rayonunda müxtəlif bədbəxt hadisələrdən zərər çəkmiş ayrı-ayrı vətəndaşlara dəymiş zərərlərin ödənilməsi üzrə faktlar göstərərək sığorta olunmağın faydalarından danışmışdır. Baş direktor onu da bildirmişdir ki, ötən müddətdə Kəngərli rayonunda da sığorta fəaliyyəti istiqamətində müəyyən işlər görülmüş, bağlanılmış sığorta müqavilələrinin sayı artmışdır. Qeyd olunmuşdur ki, Kəngərli rayonunda sığorta sahəsində görülmüş işlərlə yanaşı, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və daşınmaz əmlakın icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslər vardır. Ona görə də rayonda müxtəlif icbari və könüllü sığorta növlərinin geniş yayılması və hər bir vətəndaşın həyatının, əmlakının, mülki məsuliyyətinin gözlənilməz hadisələrə qarşı sığorta təminatı yaradılması qarşıya vəzifə kimi qoyulmuşdur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR