21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirirlər. 

 Ayda bir dəfə təşkil edilən  növbəti aksiya 18 həkim və 2 tibb bacısınını iştirakı ilə Sədərək Rayon Mərkəzi Xəstəxanasında baş tutub. Aksiya üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq pasiyentlərin siyahısı hazırlanaraq  xəstəxanaya          dəvət olunublar. Naxçıvan Muxtar Respublika Xəstəxanası həkim briqadasının üzvü, qəbul şöbəsinin müdiri Ramidə Bağırova bildirib ki, belə tibbi aksiyalarda daşına bilən USM, EKQ, portativ rentgen aparatları, laboratoriya, digər səyyari avadanlıq və cihazlar diaqnozun dəqiqləşdirilməsinə imkan yaradır. Əgər bu dəqiqləşdirmələr yerlərdə mümkün deyilsə, pasiyent Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət olunaraq stasionar müalicəyə alınır. Eyni zamanda burada reablitasiyaları təşkil olunur.

Ramidə həkim onu da bildirib ki, son 3-4 il ərzində aparılan tibbi müayinələrin  sağlamlıq kartlarında qeydiyyatı aparılır.Növbəti müayinələrdə həmin kartlar xəstənin səhhəti barədə dolğun məlumat almağa şərait yaradır

Axşam saatlarınadək davam edən tibbi aksiyada 152 nəfər 800 tibbi prosedurdan keçirilib. Gün ərzində laborator təhlillər, rentgen, elektrokardioqrafiya, ultrasəs müayinələri aparılıb, müvafiq təyinatlar verilib.  Müayinələrin aparılmasında stomatoloq, rentgenoloq, kardioloq, endokrinoloq, oftalmoloq, nevropatoloq, fizioterapiya, USM aparatı, laborant və dgər ixtisas həkimləri  iştirak ediblər.

Aksiya zamanı səhiyyə maarifi işi də aparılıb. Vətəndaşların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə birgə fəaliyyətin zəruriliyi qeyd edilib.

Sədərək qəsəbə sakini Orxan Tağızadə həm özü, həm də övladı ambulator tibbi müayinələrlə əhatə olunub. O, başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində müayinə olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib. Qeyd edilməlidir ki, səhiyyə xidmətlərinin səviyyəsini müasir tələblərə çatdırmaq, keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə muxtar respublikada ilk dəfə Sədərək rayonunda icbari tibbi siğorta  tətbiq edilib. Tibbi sığortanın təşkili ilə əlaqədar rayon mərkəzi xəstəxanası kompüterlərlə təmin edilərək səhiyyə informasiya sistemi yaradılıb, ehtiyac olan tibbi avadanlıqlarla təchiz edilib. İcbari tibbi sığortanın tətbiqi bu səhiyyə müəssisəsini    yeni   inkişaf mərhələsinə       çıxarıb.
            Naxçıvan Muxtar Respublika Xəstəxanası belə aksiyaları digər rayonlarda da  davam etdirəcəkdir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR