27 İyul 2024, Şənbə

         Muxtar respublikada əhalinin, xüsusən də qadınların məşğulluğunun artırılması, əmək bazarının tələblərinə uyğun peşə hazırlıqlarının təşkili, diqqətdə saxlanılır, müvafiq sahə ilə bağlı qanunvericilik bazası təkmilləşdirilir. Qədim toxuculuq sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırlmasına kömək edir. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şahbuz  Rayon İcra Hakimiyyəti tərəfindən 2021-ci il may ayının 24-də rayonda yaşayan müvafiq kateqoriyadan olan qadınlar arasında toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı təlimin keçirilməsi də bu məqsədə xidmət edir. Təlimdə 4 aztəminatlı ailənin üzvü, 16 sağlamlıq imkanları məhdud qadın və 5 Şahbuz Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək rəhbərləri olmaqla cəmi 25 nəfər iştirak edib. Şahbuz  Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin müdir müavini Cəlal Paşayev tədbiri giriş sözü ilə açaraq mahiyyətindən bəhs etmiş, bundan sonra da bu işlərin davamlı olacağını diqqətə çatdırmışdır.

      Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Tarverdi Məmmədov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmiş, icrası ilə əlaqədar hal-hazırda müvafiq işlər həyata keçirilir. Həmçinin qadınlar arasında xüsusən də evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də işlər və sosial layihələr həyata keçirilir. Bu ilin ötən dövrü ərzində toxuculuq ilə bağlı Sədərək, Culfa və Şərur rayonlarında təlimlər keçirilmişdir. Bu gün həyata keçirilən toxuculuq təliminin də görülən işlərin davamı olduğunu  qeyd etmişdir.

            Sonda təlimçi istedadlı toxucu qadın Gülsüm Kəngərli milli-mənəvi dəyərlərin yaşadılmasında və inkişafında dövlətimiz tərəfindən hər zaman dəstək göstərildiyini bildirmişdir. Gülsüm Kəngərli toxuculuğun sirrini qadınların dərindən öyrənməsi yolunda əlindən gələni əsirgəməyəcəyini qeyd etmişdir. Təlimə əyani vəsaitlərdən istifadə etməklə başlanılmış və təlim iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Naxçıvan Muxtar Respublikası

Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin mətbuat xidməti

 

 

 

ARXİV

İyul 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR