22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası istiqamətində növbəti tədbir təşkil olunub.
İyunun 18-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud 12 uşağın iştirakı ilə “Oxu, qavra” adlı mütaliə yarışı keçirilib.
Yarış iştirakçıları bir saat ərzində elektron kitabxananın kataloqunda olan bədii ədəbiyyatdan seçilmiş hekayəni oxumaqla onun məzmununa aid tərtib olunan test suallarını cavablandırıblar. Ən çox sualı düzgün cavablandıran iştirakçı yarışın qalibi olub.
Yarışda ilk üç yeri tutan sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr, digər yarış iştirakçılarına isə həvəsləndirici mükafatlar təqdim edilib.
Bu tədbir eyni zamanda sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına – mütaliə vərdişi yaratmaqla onların intellektual səviyyələrinin yüksəlməsinə xidmət edir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR