22 Dekabr 2024, Bazar

27 may 2021-ci il tarixdə Naxçıvan  Dövlət Film Fondu  “Əyləncə adası” İstirahət Parkında açıq havada “Əbədi ezamiyyət” sənədli-bədii filminin  nümayişini təşkil etmişdir.

Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 2021-ci il iş planına əsasən may-sentyabr ayları ərzində həftədə bir dəfə olmaqla, “Əyləncə adası” İstirahət Parkında açıq havada dünya və azərbaycan kinosundan filmlərin nümayişi təşkil olunacaqdır.

Film 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.

Vurğulanmışdır ki, bu ekran əsəri 1993-cü ilin dekabrında ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Fransaya ilk rəsmi səfəri zamanı Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin qərib məzarlarını ziyarəti ilə yekunlaşır.

Rejissorları Fariz Əhmədov və Vüqar İslamzadə, ssenari müəllifi Müsəllim Həsənov, operatoru Rəşad Nuriyev olan film 2016-cı ildə “H. Əliyev Fondu”nun dəstəyi ilə “Bakı Media Mərkəzi”ndə istehsal olunmuşdur. Filmin baş prodüseri Arzu Əliyevadır.

Yaradıcı heyət filmin hazırlanması üçün ilyarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video və fotoçəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

 Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR