22 Dekabr 2024, Bazar

“2020-2021-ci tədris ilində hərbi vətənpərvərlik tərbiyəsinin təşkili və hərbi idman oyunlarının keçirilməsi üçün hərbi hissələrlə qarşılıqlı əlaqələr” planına uyğun olaraq keçirilən məşğələlər davam edir.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, Naxçıvan şəhər və Sədərək rayonlarında fəaliyyət göstərən tam orta məktəblərinin şagirdləri Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzlərindəki praktiki məşğələlərdə iştirak ediblər. Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən məşğələlərdə məktəblilərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin və onların hərbi biliklərinin artırılmasının əhəmiyyətindən danışılıb, təhlükəsizlik qaydaları çatdırılıb.

Məşğələlərdə müxtəlif atıcı silahların, snayper tüfənglərinin, minaatan qurğularının, tank əleyhinə vasitələrin, əl qumbaralarının taktiki-texniki xüsusiyyətləri haqqında, eləcə də tibbi hazırlıqdan şagirdlərə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Məktəblilər atıcı silahların hissə və mexanizmləri, natamam sökülüb-yığılması haqqında geniş məlumat aldıqdan sonra avtomatdan praktiki atışlar yerinə yetiriblər.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR