19 Mart 2024, Çərşənbə axşamı

Ramazan bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət etmişdir. Ölkəmizdə də bu müqəddəs ayın zənginlikləri yaşadılır, insanlar saf dini ideyalar ətrafında həmrəy olurlar. 

Muxtar respublikada da Ramazan ayı, orucluq mərasimləri mənəvi dəyərlərimizə uyğun keçirilir. Pandemiya dövründə kütləvi iftar mərasimlərinin yerinə iftar paylarının verilməsi həm mənəvi dəyərlərimizin yaşadılmasına, həm də əhalinin sağlamlığının qorunmasına xidmət edir. 

Mayın 12-də müqəddəs Ramazan bayramı münasibətilə Naxçıvan şəhərindəki məscidlərdə dindarlara, məscid əhlinə və sosial qayğıya ehtiyacı olanlara, ümumilikdə 1500 ailəyə bayram payı verilmişdir. 

“Şərq qapısı”

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR