22 Dekabr 2024, Bazar

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatı tərəfindən keçirilən “Unipsixoloji forum” və “Gənclərin aktivliyinə dəstək” layihələri Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunub. Layihələr çərçivəsində keçilən təlimlərdə 100-ə qədər ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin iştirakı nəzərdə tutulsa da, ilk gündən təlimlərə daha artıq maraq müşahidə olunmaqdadır”. Bu fikirlər təlimlərin açılış mərasimində səsləndirilib.
Təlimlərin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev, təlimləri keçmək üçün Bakıdan dəvət olunmuş həkim-psixoloq Qail Qasımov, Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının sədri Arzu Abdullayev təlimlərdə iştirak edən tələbələrə uğurlar arzulayıblar. Vurğulanıb ki, muxtar respublikada gənclərin cəmiyyətdə aktivliyinin təmin edilməsi, onların layiqli vətəndaş və bacarıqlı mütəxəssis kimi yetişmələri istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Bu isə gənclərə stimul verməklə yanaşı, həm də onların sosial məsuliyyətini artırır. Keçilən təlimlər də məhz bu məqsədlərə xidmət edir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Unipsixoloji forum” layihəsi çərçivəsində nəzərdə tutulmuş təlimlər tələbə-gənclərin psixoloji sahələrdə maariflənməsi, tələbələrin karyera seçiminin və hazırlığının düzgün aparılması, cəmiyyətdə özlərinə yer tapmaları məsələsinin və bu prosesdə qarşılaşa biləcəkləri psixoloji problemlərin həlli yollarının öyrədilməsi məqsədini daşıyır. Bu forum tələbələrin sosial aktivliyinin, ünsiyyət qabiliyyətlərinin, komanda işi təcrübələrinin artırılması baxımından əhəmiyyət kəsb edir. Təlimlər “Sosial həyatda dövlətçilik psixologiyasının əsasları”, “Milli strategiya – gənc nəslin inkişafında psixoloji sərmayə” və “Gənc­lər və ictimai həyat davranışlarında motivasiya” mövzularını əhatə edir.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Gənc­lərin aktivliyinə dəstək” layihəsi çərçivəsində nəzərdə tutulmuş təlimlər isə Naxçıvan Muxtar Respublikasında təhsil alan tələbə-gənclərin cəmiyyət üçün yararlı kadr kimi formalaşması yolunda şəbəkələşmə və sosial aktivliyin artırılması, internet resurslarından və sosial şəbəkələrdən düzgün istifadə edilməsi, gənclərin gələcək karyeralarında sağlam addım atmaları, sosial şəbəkələr vasitəsilə Azərbaycan və Naxçıvan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aktivliyin artırılması məqsədi daşıyır. Təlimlər “Şəxsiyyətin formalaşmasında sosial şəbəkənin rolu”, “İnsan – özünütəşkil və özünütənzimləmə mexanizmləri”, “Gənclərin aktivliklərinin artırılması mexanizmi” və “Yaxşı təlim görən əsgərə döyüş asan olar” mövzularını əhatə edir.
Təlimləri müvəffəqiyyətlə başa vurmuş tələbələrə sertifikatlar təqdim olunacaq.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR