Gənclərə vətənpərvərlik hisslərinin aşılanması, muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəsissələrində təhsil alan tələbələrin ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərilməsi məqsədilə Naxçıvan Atıcılıq
Mərkəzində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Vətən naminə” hərbi-idman oyunu keçirilib. “Vətən naminə” hərbi - idman oyunu Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Yarışda Naxçıvan Tibb Kollecinin 8 oğlan və 7 qız tələbədən ibarət komandası iştirak edərək ikinci yerə layiq görülüb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti