22 Dekabr 2024, Bazar

Tanrı təbiəti yaradanda, fəsilləri insanlara bəxş edəndə səxavətini əsirgəməyib, hər dönəmə bir gözəllik, təravət qatıb. İlin müxtəlif zamanlarına özünəməxsus rənglər, çalarlar verib. Bu bölgüdə yazın qismətinə yaşıl, yayın qismətinə apaçıq, əngin, buludsuz səmaların rəngi olan göy, payızın payına sarı-qırmızı, qışın qismətinə isə paklığın, təmizliyin rəmzi olan ağ düşüb. İnsan ömrünün müxtəlif mərhələlərini də elə bu fəsillərə bənzədənlər, məncə, yanılmırlar. Yaşıl dirilişin, mavi gəncliyin, sarı-qırmızı insanın kamillik dövrünün, ağ bu dünyaya yolçuluğun, bu dünyaya ağ gəlib ağ dönmənin rəngidir. Hər bir qış da bərabərində yeni bir dirilişə, yeni bir həyata zəmin yaradır. Təbiət bu dirilişi, yenilənməni qarla təcəssüm etdirir. Deyirlər, heç bir qar dənəciyi bir-birinə bənzəmir. Məncə, bu həqiqətin özündə insan taleyilə minbir bənzərlik, oxşarlıq var. İnsan da dünyaya pak gəlir, özünü hansısa məqsədlər üçün əridir və başqa bir diriliş üçün ağ örtüklə yola çıxır...
...Qış axşamını isti, işıqlı, rahat evlərində qarşılayan insanları yuxuya verən ana təbiət səssizcə öz hədiyyəsini, həm də doğma yurdumun həsrətlə gözlədiyi qiymətli hədiyyəsini bəxş edir. Qarın gözəlliyi, möhtəşəmliyi də ondadır. Sakitcə gəlir, sakitcə gedir. Doğma elimiz-obamız, dağımız, çölümüz-düzümüz, şəhərlər, qəsəbələr və kəndlər ağ örpəyə bürünür. Səhər açılanda isə dərsə tələsən uşaqları, işə gedən böyükləri qapının astanasında bəyaz qar qarşılayır. Öz yumşaq, məlahətli səsiylə, qəlboxşayan xışıltısıyla yenə “mən gəlmişəm, əzizlərim, sizə sevinc, bolluq-bərəkət gətirmişəm”, – deyir.

Ardını oxu...

Müxtəlif mövsümlərdə havanın dəyişməsi, təbii olaraq, muxtar respublika ərazisində yaşayan heyvanat aləminə də öz təsirini göstərir. Məlum olduğu kimi, bir çox heyvanın qidaya olan tələbatı qış fəslində artır. Bu isə heyvanların alternativ qida mənbələrini axtarmasına, bəzən də miqrasiyasına səbəb ola bilir. Belə ki, müxtəlif növ gəmirici heyvanlar (dovşan, porsuq, çöl donuzu və sair) istər qış, istərsə də yaz aylarında yem tapa bilmədiklərindən yeni əkilmiş ağac və tinglərin gövdə hissələrindən qidalanmağa başlayırlar. Nəticədə, xüsusi mühafizə olunan təbiət ərazisindəki tinglərin gövdələri ciddi şəkildə zədələnir və onlarda gedən vegetasiya prosesi zəifləyir. Bu isə yeni əkilən ağacların inkişafını aşağı salır, hətta onların məhv olmasına səbəb olur. Buna görə də qoruq ərazisində olan heyvanların yemlənməsinə və qorunmasına çox ciddi diqqət yetirilir. Mövzu ilə bağlı Şahbuz Dövlət Təbiət Qoruğunun direktoru, biologiya üzrə fəlsəfə doktoru Mürsəl Seyidova bir neçə sual ünvanladıq:

Ardını oxu...

Dövlət proqramı ötən il bu amala stimul oldu

Söhbət cəmiyyətdə fiziki yox, mənəvi baxımdan yaşamaqdan gedir. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən məqsədyönlü və praqmatik tədbirlər hər bir sakinin mənəvi-psixoloji durumunu yaxşılaşdırır, insanlara mənən yaşamaq haqqı verir. Bunun nəticəsi­dir ki, muxtar respublikada hər kəsi dövlətdən razı salacaq gerçəklik formalaşıbdır.
Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı vətəndaşların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan insanların gələcək taleyini müəyyənləşdirir. Bu parametrlər içərisində, konkret olaraq, sağlamlıq imkanları məhdud uşaqların təhsil məsələsi diqqəti cəlb edir.
Son illər muxtar respublikada dövlət tərəfindən müəyyən olunmuş prioritetlər sırasında təhsilin inkişafı xüsusi yer tutur. Bu sahədə islahatlar aparılır, ən mütərəqqi üsullar, yeniliklər tətbiq edilir. Bu, fasiləsiz prosesdir və muxtar respublikanın sosial-iqtisadi inkişafı bunun həmişə davam edəcəyinin qarantıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə müəyyənləşdirilən zəruri tədbirlər, bütövlükdə, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi və onların hərtərəfli təhsil almaları sahəsində modernləşmə və yeniləşmənin tərkib hissəsi kimi qəbul edilməlidir.

Ardını oxu...

Həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmiş informasiya və kommunikasiya texnologiyalarının inkişafı muxtar respublikamızda böyük önəm verilən sahələrdən biridir. Çünki müasir dünyada sürətli informasiya mübadiləsi olmadan inkişafı təsəvvür etmək mümkün deyil. Bu səbəbdən muxtar respublikamızda informasiya və yeni texnologiyaların inkişafı 2014-cü ildə də diqqətdə saxlanılıb. Bəhs olunan dövrdə Naxçıvan şəhəri, Şərur və Sədərək rayonlarından sonra Şahbuz və Babək rayonlarında 3-cü nəsil telekommunikasiya sistemlərinin quraşdırılması başa çatdırılıb. Hazırda bu sistem mövcud telefon istifadəçilərinin 65 faizinə xidmət göstərir. Bundan başqa, 242 kilometr uzunluğunda Ordubad-Sədərək alternativ fiber-optik magistral kabel xəttinin tikintisi yekunlaşdırılıb.
Görülmüş tədbirlərin nəticəsi­dir ki, bu gün muxtar respublikanın yaşayış ərazilərinin 93 faizində genişzolaqlı, 83 faizində isə simsiz internet xidməti göstərilir. İnformasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sahəsində də ardıcıl tədbirlər görülür. Ötən il bu tədbirlərin tərkib hissəsi kimi Elektron İmzanın Sertifikat Mərkəzi yaradılıb və “Elektron imza”nın tətbiqinə başlanılıb. Hazır­da muxtar respublikanın bütün yaşayış ərazilərində sosial paketdə olan 12 televiziya kanalının rəqəmsal yayımı təmin edilir.

Xəbərlər şöbəsi

XXI əsrin daha bir ili arxada qaldı. Muxtar respublikanın tarixinə “Muxtariyyət ili” kimi yazılmış 2014-cü ildə bütün qurumlar kimi, vergi orqanları da qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün səy göstərmiş, bir sıra uğurlara imza atmışlar.
Bununla bağlı nazirliyin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi, vergi xidməti müşaviri Rəşad Əliyevə müraciət etdik. O bildirdi ki, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 138 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilmiş və müvafiq tədbirlər görülmüşdür.

Ardını oxu...

Naxışnərgiz kəndi Babək rayonunun inzibati xəritəsində kiçik yer tutan yaşayış məntəqələrindən biridir. Uzun illər bu kənddə heç bir sosial obyekt inşa edilməyib. Yaşayış məntəqəsində məktəb olmadığı üçün uşaqlar Qahab kəndindəki məktəbdə təhsil alıblar. Bunun da yaratdığı çətinlikləri təsəvvür etmək çətin deyil. İnfrastrukturun təkmilləşdirilməsi məqsədilə Naxışnərgiz kəndi müstəqil ərazi vahidinə çevrildikdən sonra burada müəyyən quruculuq tədbirləri həyata keçirilib. Ötən il dekabr ayının 8-də isə kənddə böyük bayram sevinci yaşanıb. Belə ki, kompleks quruculuq tədbirləri çərçivəsində yaşayış məntəqəsində kənd məktəbi üçün yeni bina, kənd və xidmət mərkəzləri istifadəyə verilib.

Yolumuz muxtar respublikanın müasir kəndləri sırasına qoşulan Naxışnərgiz kəndinədir. Kəndə gedən yol Qahab kəndindən keçir. Məlumat üçün bildirək ki, bir neçə ay əvvəl bu yaşayış məntəqəsinə də muxtar respublikada həyata keçirilən qurucu­luq tədbirlərindən pay düşüb. Yeni məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası istifadəyə verilib. Kəndarası yola asfalt döşənib. Qahab kəndi ilə Naxışnərgizi birləşdirən körpü yenidən qurulub. Həmin körpünü keçib Naxışnərgizə çatırıq. Budur, 234 şagird yerlik məktəb binasının qarşısındayıq.

Ardını oxu...

Əhalinin məşğulluğunun artırılması, yoxsulluğun tamamilə aradan qaldırılması muxtar respublikada daim diqqətdə saxlanılan məsələlərdəndir.
Əmək ehtiyatlarından daha səmərəli istifadə edərək əhalinin məşğulluğunu təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin uğurlu icrası bu sahədə müsbət nəticələrin əldə edilməsinə geniş imkanlar açır. Dövlət proqramının aktiv məşğulluq tədbirləri üzrə bəndinin icrasına uyğun olaraq, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə muxtar respublikada əmək bazarının tələbləri nəzərə alınmaqla əmək yarmarkaları təşkil edilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən verilən məlumata görə, 2014-cü ildə xidmət tərəfindən Naxçıvan şəhərində və rayon mərkəzlərində 4 dəfə əmək yarmarkaları təşkil edilib. Əmək yarmarkalarına, ümumilikdə, 263 müəssisə və təşkilat tərəfindən 2030 boş iş yeri çıxarılıb. Keçirilən əmək yarmarkalarında 943 nəfər peşə və ixtisasına uyğun işlə təmin edilib, 9 nəfər peşə hazırlığına, 30 nəfər isə ictimai işlərə cəlb olunub. Muxtar respublikada təhsil və səhiyyə işçiləri üçün təşkil olunan əmək yarmarkaları da məşğulluğun artırılmasında mühüm rol oynayır. Belə ki, ötən il təhsil sahəsi üzrə keçirilən əmək yarmarkasında 93 nəfər, səhiyyə işçiləri üçün keçirilmiş əmək yarmarkasında isə 11 nəfər münasib işlə təmin olunub.
Məşğulluq tədbirlərinin davamlı xarakter alması əhalinin məşğulluğunun artırılması ilə yanaşı, sosial rifahın yüksəldilməsinə də hərtərəfli şərait yaradır.

Xəbərlər şöbəsi

Yüksək texnologiyalar dövrü adlandırılan XXI əsrdə dünya sivilizasiyasının sürətli inkişafında informasiya texnologiyaları əhəmiyyətli rola malikdir. Hər bir xalqın inkişafında, zamanla ayaqlaşmasında informasiya-kommunikasiya texnologiyaları (İKT) böyük rol oynayır. Hal-hazırda İKT-nin geniş tətbiq olunduğu internet cəmiyyətin mühüm fenomenlərindən birinə çevrilməklə getdikcə həyatımızda daha böyük yerə sahib olmaqdadır.

İnformasiya əsrində hər bir dövlətin və cəmiyyətin real gücünü onun virtual məkanda təmsilçiliyi və bunun hansı səviyyədə mövcud olması ortaya qoyur. Qlobal informasiya məkanı və kütləvi kommunikasiya vasitələrinin təsiri altında dünyada baş verən proseslər həm də sosial-siyasi sahədə informasiya mübarizəsi və ya təbliğat aparmaq üçün önümüzdə geniş imkanlar açır. Biz bu imkanlardan maksimum istifadə etməklə Naxçıvan Muxtar Respublikasının beynəlxalq imicini və xarici təbliğatını daha da gücləndirə bilərik. Bu baxımdan açılan cığırlarda yeriyərək, bu axına qoşularaq muxtar respublikamızın bizi biz edən dəyərlərini dünya səviyyəsində tanıtmaq imkanı əldə edə bilərik. Qeyd edək ki, bu, çox asandır, yaşından, vəzifəsindən asılı olmayaraq, hər bir vətəndaşımız doğulduğumuz, böyüyüb boya-başa çatdığımız, yaşadığımız doğma torpağımızı virtual məkanda tanıtmaq imkanına sahibdir. Bunu etmək isə bizim hamımızın borcudur. Sözdə inkişaf edən bir çox ölkələrlə müqayisə etdikdə görürük ki, bizim ölkəmizdə, sözün əsl mənasında, güclü inkişaf gedir və bu, özünü bütün sahələrdə göstərir. Ən son texnologiyalarla təchiz olunmuş xəstəxanalar, təhsil ocaqları, regionun inkişafına və əhalinin rifahına xidmət edən müasir infrastruktur xalqımızın daha rahat yaşaması üçündür. Bu inkişafı bütün dünyaya göstərməliyik.

Ardını oxu...

Tədbirdə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin Ümumi şöbəsinin müdiri Yasin Əliyev çıxış edib.
Qeyd olunub ki, muxtar respublikada avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasını həyata keçirən sürücülərin intizam qaydalarına uyğun fəaliyyət göstərmələri mütəmadi olaraq nəzarətdə saxlanılır. Bu qaydalara əsasən, sərnişindaşıma hüququ müvafiq ixtisas tələblərinə və sağlamlıq vəziyyəti müvafiq normalara cavab verən fiziki şəxslərə verilir. İctimai nəqliyyatda sərnişin daşınması ilə məşğul olan hər bir sürücünün idarə etdiyi avtomaşının fəaliyyət göstərməsi üçün xüsusi razılığın (lisenziyanın) verildiyini təsdiq edən sənəd olmalı, sürücülük rekvizitləri qanunvericiliyin tələblərinə cavab verməlidir.
Sonra nazirliyin Nəqliyyat müfəttişliyi və təhlükəsizlik şöbəsinin müdiri Elxan Novruzov çıxış edərək bildirib ki, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını yerinə yetirən sürücülərin intizam qaydalarına necə əməl etmələrini yoxlamaq məqsədilə bir sıra reydlər keçirilib, keçirilmiş reydlər nəticəsində qeyri-qanuni sərnişin və yükdaşıma fəaliyyəti göstərən 331 avtonəqliyyat vasitəsi sahibi aşkar olunub, onlardan 300-ü lisenziyaya cəlb edilib, qalan 31 avtonəqliyyat vasitəsinin isə sənədləşdirilməsi işi aparılır. İntizama tabe olmayan, qanun pozuntusuna yol verən sürücülər isə Dövlət Yol Polisi əməkdaşları ilə birlikdə keçirilən reydlərdə saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Ardını oxu...

Əmlak mənafeləri cəmiyyətdə mövcud olan bütün iqtisadi maraqları müəyyən edən əsas anlayışlardandır. Doğrudan da, əmək sərf edərək əmlak qazanmaq və rifah içində yaşamaq hər bir insanın əsas məqsədlərindəndir. Ancaq pul qazanıb əmlak əldə etməklə bərabər, eyni zamanda onun qorunması da əsas məsələlərdən biri sayılır. Baş verə bilən gözlənilməz bədbəxt hadisələr nəticəsində əmlaka dəyən zərərlərin əvəzinin ödənilməsi baxımından ev əmlakının könüllü sığortası mühüm əhəmiyyət daşıyır.

Ardını oxu...

Mövcud sığorta-pensiya sisteminin əsasını sistemə ödənilən məcburi dövlət sosial sığorta haqları təmin edir. Məcburi dövlət sosial sığorta haqqı qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığortanın bu formasının müntəzəm olaraq həyata keçirilməsinə dövlət təminat verir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hər hansı bir müəssisədə işçiyə verilən əməkhaqqı müqabilində 22 faiz, işçinin öz əməkhaqqından isə 3 faiz Dövlət Sosial Müdafiə Fondu orqanının hesabına pul vəsaiti köçürülməlidir.

Ardını oxu...

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirmişdir.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək uşaqlara göstərilən dövlət qayğısından danışmışlar. Bildirilmişdir ki, muxtar respublikamızda bu kateqoriyadan olan uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara həssaslıqla yanaşılır, onların hüquqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətə inte­qrasiya olunmaları diqqət mərkəzində saxlanılır. Bu qəbildən olan uşaqların ziyarət olunması, onlara hədiyyələrin verilməsi dövlətin uşaqlara diqqət və qayğısının bariz nümunəsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Şahbuz şəhərindəki Ahıllar evində tədbir keçirilib. Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev çıxış edərək sakinləri bayram münasibətilə təbrik ediblər.

Ardını oxu...

İnkişaf etmiş cəmiyyətə xas olan sərbəst, yaradıcı sahibkarlıq fəaliyyəti ilə yanaşı, onun hər cür risklərdən sığortalanması da vacib tələbat olub, biznesin uğuruna zəmanət verən amillərdəndir. İşəgötürənin öz biznesinə nə dərəcədə məsuliyyətlə yanaşması onun hər yerdə rast gələ biləcək gözlənilməz hadisələrdən vaxtında sığortalanması ilə də bağlıdır. Bu isə sahibkar risklərinin, xüsusilə istehsalatda bədbəxt hadisələrin sığortalanmasına göstərilən diqqətlə ifadə olunur. Buna görə də sahibkarın ən yaxşı mənfəətini onun sığortalı fəaliyyəti ilə də əlaqələndirmək olar.

Hər bir insanı həyatda itirdikləri çox düşündürür. Söz yox ki, itirilən heç vaxt geri qayıtmasa da, sığorta olunmaqla itirilən maddi nemətlərin dəyərinin geri qaytarılması mümkündür. Sahibkar üçün isə gözlənilməz riskli hadisələr nəticəsində itirilən təkcə onun maddi sərvətləri deyil, həm də bütün biznesin gələcəyi ola bilər. Buna görə də təkcə mənfəət və imic naminə deyil, həm də etibarlı əməkdaşlıq baxımından sahibkarın sığortaya tələbkar münasibəti çox əhəmiyyətlidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”na əsasən, məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlarla bağlı yaranan çətinliklərin aradan qaldırılması və bu sahədə görülən işlərə nəzarət etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya yaradılıb. 2014-2015-ci tədris ilində sağlamlıq imkanları məhdud uşaqların cəlb olunduqları Naxçıvan şəhərinin, həmçinin Şərur və Sədərək rayonlarının məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrində uşaqların tədrisdə iştirakına, peşə maraqlarının aşkar edilməsinə, psixoloqlar tərəfindən sağlamlıq imkanları məhdud uşaqlarla fərdi proqram əsasında həyata keçirilən tədbirlərin nəticələrinə dair monitorinqlər, həmçinin sağlamlıq imkanları məhdud uşaqların valideynləri və müəllimləri ilə maarifləndirici görüşlər keçirilib.

Ardını oxu...

Yeni il bayramını hər bir muxtar respublika sakini gözəl əhval-ruhiyyə ilə qarşılamağa çalışır. Hər bir evdə minbir nemətli süfrələr açılır, küknarlar bəzədilir, bu küknarlar müxtəlif işıqlandırma vasitələri ilə al-əlvan rəngə bürünür. Mədəniyyət, təhsil müəssisələrində və insanların bayram şənliyinə toplaşdığı  yerlərdə Yeni il şənliklərinin və tədbirlərinin keçirilməsi münasibətilə müvafiq hazırlıq işləri aparılır. Bu vaxt əsas şərtlərdən biri şənliklərin təşkili və keçirilməsi zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasıdır. Adi bir ehtiyatsızlıq xoşagəlməz hadisəyə, yanğının baş verməsinə səbəb ola bilər. 

Ardını oxu...

Sədərək Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə Sədərək rayonunda “Sığorta-pensiya sisteminin mahiyyəti və bu sahədə elektron xidmətlərin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazımov açaraq vətəndaşların pensiya təminatının yaxşılaşdırılmasının dövlətimizin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olduğunu, həyata keçirilən islahatların pensiyaçıların rifah halının yüksəldilməsinə imkan yaratdığını vurğulayıb, sığorta-pensiya sistemində informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin bu islahatların tərkib hissəsi olduğunu bildirib.

Ardını oxu...

 İnsana qayğının daha bir ifadəsi 

Şərur şəhərinin Nəriman Nərimanov küçəsindəki 7 nömrəli yaşayış binasının sakinləri mənzillərinin yenidən qurularaq istifadəyə verilməsinin sevincini hələ də yaşamaqdadırlar. Elə rayona budəfəki səfərimizdə də məqsəd həmin ailələrlə görüşmək, yeni evin bəxş etdiyi sevincin təəssüratlarını öyrənmək idi. 

Şərur şəhərinə çatmağımıza az qalmış şəhərin uzun illər bundan əvvəlki miskin görkəmi yadıma düşdü. Rayonun küskün mənzərəsini yaxşı xatırlayıram. Əslən bu rayondan olduğum üçün yaşımın bu vədəsinə kimi hər həftə, hər ay Şərura getmişəm. Ona görə də Şərurun dünəni və bu gününü müqayisə etmək mənim üçün heç də çətin deyil. Nə gizlədim, ötən əsrin 90-cı illərinin əvvəllərində Şərurun şəhər olmağı yalnız adında idi. Nə yolları yol idi, nə də küçələri. Piyadalar üçün gediş-gəliş yollarını zəbt edən primitiv köşkləri, yöndəmsiz, köhnə tikililəri rayon sakinləri kimi, mən də yaxşı xatırlayıram. Kəskin şaxtalı-çovğunlu qışın gəlişi qayğıları daha da artırırdı. Uzun qış gecələri daha dözülməz olurdu. Həmin saatlarda şəhər zülmətə bürünürdü...

Ardını oxu...

“Oğlumun nağılları, yaxud bizim həqiqətlərimiz” silsiləsindən yeddinci nağıl

Həftənin şənbə günü olduğundan və sabahısı dərsə getməyəcəyindən oğlum dərs kitablarına birgünlük “istirahət vermişdi”. Hər gün sabahkı dərslərinə hazırlaşdığından heç nağıl dinləmək də yadına düşmürdü. Ötən gün isə əsnəyə-əsnəyə yanıma gəlib başını dizimə qoyanda bildim ki, yenə nağıl istəyəcək. Düşüncələrimi tam bitirməmişdim ki, dikəlib üzümə baxdı və dostyana boynumu qucaqlayıb dedi:
– Dədə, sənin danışdığın nağıllardakı o uşaq üçün yaman darıxmışam. O uşaq haqqında başqa nağıl­lar da bilirsənmi?
Düşüncələrimi pəncərəmdən boylanan ay işığının göyü aydınladan parlaqlığında düyünləyib atamla olan bir söhbətimizi xatırladım. Həmin söhbətimizi oğlumun nağıl kimi qəbul edəcəyini düşünüb pıçıltıyla dilləndim:
– Bilirəm, oğlum, bilirəm. Get, gəlirəm, danışam.

* * *

25-26 il bundan əvvəl idi. Balaca bir kənddə sənin kimi balaca bir oğlan uşağı məktəbin 1-ci sinfinə qədəm qoymuşdu. Dərs keçməyin çox çətin olduğu, partaların sıradan çıxdığı, siniflərin qışda buz bağladığı, pəncərələrinin şüşə əvəzinə kartonlarla örtüldüyü qaranlıq sinif otaqları yayılan sevindirici bir xəbərlə birdən-birə işıqlaşmışdı. Kənddə yeni məktəb binası tikiləcəyi xəbəri böyüklər qədər balacaların da gözlərini güldürmüşdü.

Ardını oxu...

Qış mövsümündə idarə, müəssisə və təşkilatların fasiləsiz fəaliyyət göstərməsini və əhalinin normal yaşayışını təmin edən əsas amillərdən biri də inzibati və ictimai yaşayış binalarının istiliklə təmin edilməsidir.
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsindən aldığımız məlumata görə, bu məqsədlə Naxçıvan şəhərində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq bütün qazanxanalara və istilik şəbəkəsi obyektlərinə baxış keçirilib, mərkəzləşdirilmiş qazanxanalarda cari təmir işləri aparılıb, buxar və istilik qazanları təmizlənib, sıradan çıxmış mühərriklər yenisi ilə əvəz edilib, elektrik və qaz xətləri yoxlanılıb, istismar müddəti başa çatan borular və siyirtmələr yenisi ilə əvəz olunub.
Xətt təsərrüfatında əsaslı və cari təmir işləri də diqqət mərkəzində saxlanılıb, qış mövsümündə Naxçıvan şəhərinin daha etibarlı istilik sistemi ilə təmin olunmasına möhkəm zəmin yaradılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi məqsədilə həyata keçirilən iməciliklər mütəşəkkilliklə davam etdirilir. Belə tədbirlərin nəticəsidir ki, son illər diyarımızda yaşıllıq sahələrinin həcmi bir neçə dəfə artıb, xeyli meyvə bağları, yaşıllıq zolaqları salınıb.

Dekabrın 6-da keçirilən növbəti şənbə iməciliklərində ötən iməciliklərdə salınmış yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib, belə sahələrin həcminin ağac və gül kollarının əkini ilə genişləndirilməsi davam etdirilib. Belə ki, Naxçıvan şəhər sakinləri Uzun­oba Su Anbarının ətrafında 2 hektarlıq ərazidə 1800 ədəd meyvə ağacı əkib, müəssisə və təşkilatların ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstəriblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbələri tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir Babək rayonunun Didivar kəndində keçirilib. Tədbiri Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əbdülhüseyn Zamanov açaraq tədbirin əhəmiyyətindən danışıb. 

Tədbirdə DSMF-nin Babək Rayon Şöbəsinin müdiri Natiq Hacıyev və Fərdi uçotun təşkili sektorunun müdiri Azər Məmmədov çıxış edərək son illər əldə olunan davamlı iqtisadi yüksəlişin, həyata keçirilən islahatlar və sosial müdafiə sisteminin müasir əsaslarla təkmilləşdirilməsinin ölkəmizdə sosial problemlərin həllində önəmli əhəmiyyətə malik olduğunu, pensiyaçıların rifah halının yaxşılaşdırılmasına imkan yaratdığını vurğulayıblar.

Ardını oxu...

Şərur Rayon Prokurorluğunun əməkdaşları növbəti maarifləndirici tədbiri Yengicə kəndində keçiriblər. Əvvəlcə rayon prokuroru vəzifəsini icra edən baş ədliyyə müşaviri Kamil Şükürov “Enerji resurslarından səmərəli istifadə enerji təhlükəsizliyinin təminatında mühüm faktordur” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd olunub ki, böyük dövlət qayğısı nəticəsində muxtar respublikamızda əhali fasiləsiz elektrik enerjisi və təbii qazla tam təmin edilib. Hazırda qarşıda duran başlıca vəzifə enerji resurslarından səmərəli istifadə olunmasından ibarətdir. Hər bir idarə, müəssisə və təşkilat, eləcə də hər bir vətəndaş elektrik enerjisindən və təbii qazdan səmərəli istifadə etməli, israfçılığa, qanunsuz istifadə hallarına yol verilməməlidir.

Ardını oxu...

Muxtar respublikada əhalinin məşğulluğunun təmin olunması və peşə hazırlığı, işçilərin əmək hüquqlarının qorunması, sağlamlıq imkanları məhdud şəxslərin tibbi və sosial reabilitasiyası istiqamətində həyata keçirilən tədbirlər bu ilin noyabr ayı ərzində də davam etdirilmişdir.
İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ötən ay ərzində diqqət mərkəzində saxlanılmış, onların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri həyata keçirilmişdir. Belə ki, bu dövrdə 183 işaxtaran vətəndaş məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, 4 nəfər haqqıödənilən ictimai işlərə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 21 şəxs kvota yerlərinə göndərilmiş, 44 nəfər isə müvafiq peşə kurslarına cəlb edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində sosial şəbəkələrdə fəallıq göstərən, Naxçıvanın tarixini, sosial-iqtisadi inkişafını işıqlandıran istifadəçilərin fəaliyyətinin qiymətləndirilməsi və onlarla görüşlərin keçirilməsi artıq ənənə halını alıb. Ötən gün bu tədbirlərin davamı kimi, iki gənc noyabr ayının yekunlarına görə mükafatlandırılıb.
Gənc müəllim Anar Tağıyev tədbirdəki çıxışında dövlətimizin gənc­lərə, onların fəaliyyətinə yüksək qiymət verdiyinə görə minnətdarlığını bildirib və muxtar respublikamız haqda məlumatların sosial şəbəkələrdə real, dəqiq və vicdanlı təbliği istiqamətində fəaliyyətlərini gücləndirəcəklərini qeyd edib.

Ceyhun MƏMMƏDOV

3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində və rayon mərkəzlərində sağlamlıq imkanları məhdud şəxslərin iştirakı ilə tədbirlər keçirilib.

Naxçıvan Əlillərin Bərpa Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək vurğulayıb ki, muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslər dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar. Bütün sahələrdə müşahidə olunan dinamik inkişaf bu kateqoriyadan olan şəxslərin də sosial müdafiəsinin günbəgün gücləndirilməsinə imkanlar açıb.

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1992-ci il 14 oktyabr tarixli qərarı ilə hər il dekabrın 3-ü dünyada “Beynəlxalq Əlillər Günü” kimi qeyd olunur.
Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli lider əlillərin cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsini daim diqqət mərkəzində saxlamışdır. Həmçinin ulu öndər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşmış, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür.
Bu gün də ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər görülür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən aparılan reydlər zamanı məlum olmuşdur ki, havaların soyuması ilə əlaqədar bir çox hallarda vətəndaşlar tərəfindən yaşayış sahələrində müvafiq norma və qaydaların tələblərinə zidd olaraq qaz təsərrüfatından istifadə edilir. Bu da yanğınların baş verməsinə, ən başlıcası isə insanların dəm qazından zəhərlənmələrinə səbəb olur.
Statistika göstərir ki, dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında dördüncü yerdədir. Kimyəvi adı karbon-monooksid olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir.

Ardını oxu...

Muxtar respublikamızda ekoloji tarazlığın qorunması, yeni yaşıllıq sahələrinin həcminin artırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
Noyabrın son həftəsinə təsadüf edən növbəti şənbə iməciliklərində də yeni yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilməsi, eyni zamanda belə sahələrin həcminin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb. Belə ki, Naxçıvan şəhər sakinləri tərəfindən Uzunoba Su Anbarının ətrafında 3 hektarlıq ərazidə 2500 ədəd meyvə ağacı əkilib, müəssisə və təşkilatların ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı cari ilin ötən on ayı ərzində muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlbi, habelə onların cəmiyyətə inteqrasiyası istiqamətində bir sıra işlər görülüb. Ötən dövr ərzində məktəbəqədəryaşlı və məktəb yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqlar haqqında məlumat bazası yaradılıb, həmçinin hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən ümumtəhsil müəssisələrinə gedə bilməyən uşaqlar üçün Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilib.

Ardını oxu...

Culfa Rayon İcra Hakimiyyətinin və Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə Culfa rayonunda “Sığorta-pensiya sisteminin mahiyyəti və bu sahədə elektron xidmətlərin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim İmaməliyev açıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Aparatının Gəlirlər şöbəsinin müdiri Yaşar Məmmədov, Fərdi uçotun təşkili şöbəsinin müdiri İsmayıl Həsənov və Pensiya təyinatı şöbəsinin baş məsləhətçisi Fərzi Seyidov çıxış edərək sığorta-pensiya sistemində informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin tətbiqindən danışıblar.
Bildirilib ki, informasiya və kommunikasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqi inkişaf etdirilib.

Ardını oxu...

Ağ zirinc. Respublikamızın bölgələrində qırmızı, sarı və qonur rəngə çalan zirincin növlərinə rast gəlmək mümkündür. Ancaq Naxçıvan torpağında bu qiymətli dərman bitkisinin süd kimi ağ növünə də rast gəlinmişdir ki, bu növ Şahbuz dağlarında da bitir. Bir dəfə 90 yaşlı Zərif nənə içərisində ağ zirinc olan küftə bişirmişdi. Heyrətləndim. Dedi ki, ətin rəngi onsuz da küftədə boğunuq olur, gərək zəfəran, sarıkök, çağalağul da əlavə edəsən. Qırmızı zirincdən fərqli olaraq, ağ zirinc küftənin rəngini açır, dadı, tamı qırmızı zirincdən də yaxşı olur.
Elmi təbabətdə zirincin yarpağı, meyvəsi, hətta cavan köklərindən hazırlanmış dərman öd yolu, qaraciyər, böyrəkdaşı xəstəliklərində, daxili qanaxmalarda, qanazlığı, qan təzyiqi, sinqa, raxit xəstəliklərində işlədilir. İstər ağ, istərsə də qırmızı zirinci yığarkən təbiətin bu nadir töhfəsinə xəsarət yetirmədən səliqə ilə yığmaq lazımdır. Unutmaq olmaz ki, təbii halda bitən zirincin sındırılan budaqlarının bərpası 5-10 il çəkir.
Qara istiotun vətəni Hindistan olsa da, yayıla-yayıla Naxçıvan torpağına da gəlmişdir. Şahbuzun Külüs kəndində illər əvvəl 12 hektarda fərdi bağ salmış Hacı Müslüm babanın bağında bitən qara istiot kolunu indi də becərənlər vardır. Şahbuzkənddə Tarverdi babadan hədiyyə aldığım kiçik bir fidan indi ildə 1 kiloqramdan çox qara istiot gətirən ağaca çevrilmişdir. Qara istiot ən sərt şaxtalara asanlıqla tab gətirir. Meyvələri xırda, yumru, yetişdikcə qaralan, qiymətli ədviyyatdır. Ətirli iyi vardır. Həvəngdəstədə döyülüb toz halına salınaraq mətbəxdə və yeyinti sənayesində işlədilir. Həzmi yaxşılaşdırmaq xüsusiyyətinə malikdir.

Ardını oxu...

Dünən Naxçıvan Tibb Kollecində “Siqaretlə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə kollecin direktoru İlhamə Mustafayeva açaraq qeyd edib ki, müasir dövrümüzdə bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən biri siqaretlə mübarizədir. Tütünün insan orqanizminə ziyanları haqqında nə qədər təbliğat aparılsa da, təəssüflər olsun ki, ondan istifadə edənlərin sayı getdikcə artmaqdadır. Hazırda dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da tütünə qarşı mübarizə aparılır. Belə ki, radio və televiziyalarda tütün əleyhinə müxtəlif təbliğat kampaniyaları həyata keçirilir. “Siqaret çəkmənin məhdudlaşdırılması haqqında” Qanun layihəsi Milli Məclisin gündəliyində duran məsələlər sırasındadır.
Sonra kollecin 3-cü kurs tələbəsi Taleh Cəfərov çıxış edib. O bildirib ki, bu günə qədər siqaretdən azad olmağın müxtəlif üsulları araşdırılıb və ictimaiyyətə təqdim olunub. Lakin ziyanın nə qədər böyük olduğunu insan dərk etməsə, siqaretdən imtina edə bilməz. Siqaret sağlamlığa ziyandır. Hər il dünyada siqaretin səbəb olduğu xəstəliklərdən beş milyon insan dünyasını dəyişir. Siqaret ürək xəstəliklərinə səbəb olan birinci amildir. Siqaret çəkənlərin ürək döyüntüləri sağlam insandan 15 min döyüntü çoxdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən redaksiyamıza daxil olan məlumata görə, Culfa rayonunun Ərəzin kəndində yaşayan I qrup əlil Rəfael Əsgərovun ailəsinə baş çəkilmişdir. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşları ailənin yaşayış vəziyyəti ilə maraqlanıb, ailə üzvlərini tibbi müayinədən keçiriblər. Ailəyə məişət əşyası və ərzaq payı verilib.
Aztəminatlı ailənin üzvləri diqqət və qayğıya görə min­nətdarlıqlarını bildiriblər.

Xəbərlər şöbəsi

Dövlətin böyük qayğısı və diqqəti nəticəsində muxtar respublikamızda əhali fasiləsiz elektrik enerjisi və təbii qazla tam təmin olunub. Hazırda qarşıda duran başlıca vəzifə enerji resurslarından səmərəli istifadə olunmasından ibarətdir. Ona görə də hər bir idarə, müəssisə və təşkilat, eləcə də hər bir vətəndaş elektrik enerjisindən və təbii qazdan səmərəli istifadə etməli, israfçılığa, qanunsuz istifadə hallarına qətiyyən yol verməməlidir.
Bu fikirlər dünən Naxçıvan Şəhər Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində tikintiyə dair ümumi tələblərlə, həmçinin enerji resurslarından səmərəli istifadə ilə bağlı maarifləndirici tədbirdə səsləndirilib.
Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açıb.
Tədbirdə Naxçıvan şəhər prokurorunun müavini, I dərəcəli hüquqşünas Qalib İsmayılov “Enerji resurslarının talanması məsuliyyətə səbəb olur” mövzusunda məruzə ilə çıxış edərək qanunsuz istifadə halları ilə əlaqədar Cinayət Məcəlləsindəki maddələr barədə sakinlərə ətraflı məlumat verib.

Ardını oxu...

Sədərək rayonunda bu vacib məsələyə xüsusi diqqət göstərilir

Muxtar respublikamızın davamlı sosial-iqtisadi inkişafının təmin olunması abadlıq-quruculuq işlərinin də xeyli sürətlənməsinə imkan yaradıb. İndi diyarımızın elə bir bölgəsi yoxdur ki, orada genişmiqyaslı abadlıq-quruculuq işləri və yaşıllaşdırma tədbirləri həyata keçirilməsin. Məhz bunun nəticəsidir ki, şəhər və rayonlarımızın siması günbəgün dəyişir, gözəlləşir.

Əlbəttə ki, yaşıllıq zolaqları salınmadan, ağac əkilmədən ekoloji mühitin qorunmasından söhbət gedə bilməz. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında ölkə Prezidenti cənab İlham Əliyev bu vacib məsələyə toxunmuş, ölkənin hər yerində ağac əkilməsini, yaşıllıqların salınmasını tövsiyə etmişdir.
Sərhəd bölgəsi Sədərək rayonunda da yeni yaşıllıqların salınmasına xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ekoloji tədbirlərin gücləndirilməsi, yaşıllıqların salınması ilə bağlı tapşırıqlarının icrası məqsədilə Sədərək Rayon İcra Hakimiyyətində tədbirlər planı işlənib hazırlanıb.

Ardını oxu...

Şərur rayon mərkəzindən kilometrlərlə uzaqda bir sərhəd kəndi var. O kəndin  mərkəzində  bir-birinə sığınan evlərdən biri ilk anda diqqəti cəlb edir. Yaşı 70-i haqlamış bir nənə yaşayır bu mənzildə. Yazımın qəhrəmanı elə həmin nənədir – Quba Abbasova. Onunla görüşmək, bu ahıl qadını oxucularımızla daha yaxından tanış etmək istəməyimiz təsadüfi deyil. Çünki muxtar respublika rəhbərinin göstərişi ilə Quba nənə üçün fərdi yaşayış evi tikilərək ötən ay onun istifadəsinə verilib...

Gedəcəyimiz ünvana çatmazdan əvvəl məni rahat buraxmayan fikirlərlə baş-başa idim. Düşünürdüm ki, insan ömrü çox qəribədir. Gənc yaşlarında nə qədər tək olsan belə, onun fərqinə varmırsan. Gözünü yumub açırsan ki, ömürdən illər su kimi axıb gedib. Onu da deyim ki, taleyə, qismətə inanan adam olma­mışam. Fikrimcə, insan taleyini özü yaradır, alın yazısını özü yazır, taleyini və alın yazısını özü yaşayır. Bəs yaşlaşıb tənha qalmağa, ahıl çağında tək yaşamağa məcbur olan insanlar necə? Burada bir az fikirləşməli olursan. İnsan özü istəmədən bəzən həyat onu tənhalığa sürükləyir, bu ömrü yaşamağa vadar edir. Ara-sıra onu görməyə, hal-əhval tutmağa gələnləri çıxsaq, yeknəsəq bir həyat tərzini təsəvvür etmək çətin deyil.

Ardını oxu...

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqlar bu gün davamlı dövlət qayğısı əhatəsindədirlər. Bu il oktyabrın 1-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin istifadəyə verilməsi bizim də ürəyimizcə oldu. On altı yaşında olan məhdud fiziki imkanlı övladım Mayisənin də həmin mərkəzdə təhsilə cəlb edilməsi ailəmizi sevindirdi. Qısa müddət ərzində qızım hərfləri öyrənməyə başladı. Hər həftənin bazar er­­­­təsi, çərşənbə və cü­mə günləri saat 1230-dan 1430-dək qızımın kompüter arxasında oturaraq həvəslə çalışmasına, Nuranə müəllimənin səbirlə, təmkinlə qızıma və qızım kimi digər uşaqlara dərs keçməsinə bir valideyn kimi necə sevinməyim?
Kəngərli rayonunun Qıvraq qəsəbəsində oturub Naxçıvan şəhəri ilə əlaqə saxlayaraq bilik öyrənmək üçün yaradılmış bu tədris sistemi muxtar respublikada inkişaf və tərəqqinin daha bir ifadəsi, insan amilinə qayğının bariz təcəssümüdür.
Onu da deyim ki, qızımın Latviya Respublikasına pulsuz müalicəyə göndərilməsi də bu qəbildən olan uşaqların daim dövlətin nəzarətində olmasının göstəricisidir.
Bu gün ailəmiz o qədər sevinir ki, bunu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bizim də ümidlərimiz, arzularımız çin olur. Sevinirik ki, övladımız təhsil alır. Bir valideyn kimi ailə üzvlərimiz adından yaradılan şəraitə, göstərilən qayğıya görə muxtar respublika rəhbərinə dərin minnətdarlığımı bildirirəm.

Təyyar SEYİDOV
Kəngərli rayonu,
Qıvraq qəsəbə sakini

Naxçıvan Muxtar Respublikasında ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi məqsədilə həyata keçirilən iməciliklər mütəşəkkilliklə davam etdirilir. Belə tədbirlərin nəticəsidir ki, son illərdə diyarımızda yaşıllıq sahələrinin həcmi bir neçə dəfə artıb, xeyli meyvə bağları, yaşıllıq zolaqları salınıb.
Noyabrın 22-də keçirilən iməciliklərdə mövcud yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib, yeni ərazilərdə belə sahələr genişləndirilib.
Naxçıvan şəhərinin sakinləri tərəfindən Uzunoba Su Anbarının aşağı hissəsindəki 1,5 hektarlıq ərazidə 100 ədəd meyvə, 915 ədəd meşə ağacı əkilib və əkilən sahələr suvarılıb. Müəssisə və təşkilatların ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda Naxçıvan-Sədərək magistral yolunun Yuxarı Daşarx, Mahmudkənd və Cəlilkənd hissəsində 500 ədəd meyvə, 1500 ədəd meşə ağacı əkilib.
İməcilik günü Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilib. Naxçıvan-Şahbuz avtomobil yolunun kənarındakı 8 hektarlıq ərazidə 200 ədəd meşə, 610 ədəd meyvə, Əshabi-Kəhf ziyarətgahına gedən yolun kənarlarında isə 500 ədəd meyvə ağacı əkilib.

Ardını oxu...

Hörmətli redaksiya.

Bu məktubu sizə Naxçıvan şəhərindən yazıram. Uzun illərdir ki, ailəmizlə Naxçıvan şəhərində yaşayırıq. Naxçıvan şəhərinin ildən-ilə, aydan-aya deyil, günbəgün gözəlləşməsi hər birimizi sevindirir. Şəhərimizə baxdıqca insanın könlü açılır. Yeni yaradılan bir-birindən gözəl binalar, yaşayış kompleksləri, küçə və parklar hər birimizin ürəyincədir.
Şəhərimizin təmizliyi, yolların rahatlığı isə bu gözəlliyi daha da artırır. Yaşadığımız Atatürk küçəsindəki 5 nömrəli yaşayış binası köhnə tikililərdən idi. Doğrudur, binada yaşamaq üçün zəruri ehtiyaclar – təbii qaz, elektrik enerjisi daimi olsa da, çətinliklərimiz az deyildi. Necə deyərlər, köhnə elə köhnədir. Həmişə şəhərimizdəki əksər yaşayış binalarının müasir formada yenilənməsini gördükcə çox sevinir, fikirləşirdik ki, nə zamansa bu müasirlikdən bizim binaya da pay düşəcək. Bu ilin əvvəllərində yaşadığımız binada əsaslı yenidənqurma işlərinə başlandı. Bina müasir tələblərə uyğun qurularaq bu yaxınlarda sakinlərin istifadəsinə verildi. İndi mənzillərimizin hər birinin sahəsi 30 kvadratmetr artırılıb, yaşayış üçün hərtərəfli şərait yaradılıb.
Binanın həyətində abadlıq işləri aparılıb, hər tərəfdə təmizlik və gözəllik hökm sürür. Bir daha qəzet vasitəsilə bu yaradılanlara görə dövlətimizə minnətdarlığımızı bildiririk.

Ramazan ABBASOV
Naxçıvan şəhər sakini

Bu gün muxtar respublikada insanların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Yeni xəstəxana binaları tikilir, səhiyyə ocaqları müasir avadanlıqlarla təchiz olunur. Mən də xroniki böyrək çatışmazlığından uzun illərdir, əziyyət çəkirdim. Əvvəllər muxtar respublikamızda hemodializ aparatlarının məhdudluğu üzündən paytaxt şəhərimiz Bakıya, qonşu xarici ölkələrə gedirdim. Və bunun üçün xeyli vəsait lazım idi. 79 yaşım var və yaşlılıq imkan vermir ki, çox yol gedəm.
Artıq o əziyyətli günlərim arxada qalıb. Rayonumuzda müasir xəstəxana tikilib. O zaman xəstəxana inşa olunanda, ilk olaraq, bu aparatın olub-olmaması ilə maraqlandım. Eşidəndə ki, belə bir aparat rayonumuzda da olacaq, çox sevindim. İndi, şükür, həm ailəmin yanındayam, həm də rayon xəstəxanasında həkim tərəfindən təyin olunmuş proqrama uyğun həftədə iki və ya üç dəfə 4 saat olmaqla hemodializ xidmətindən yararlanıram. Onu da xüsusilə qeyd etməliyəm ki, pulsuz dərman preparatları ilə tam təmin olunuruq. İndi özümü tam normal hiss edirəm.
Mən qəzet vasitəsilə ailəm ilə birlikdə dövlətimizə dərin minnətdarlığımı bildirirəm. Sevincimi ifadə etməyə sözümün gücü çatmır. Sanki yenidən həyata dönmüşəm. Bütün bunlar muxtar respublika sakinlərinin sağlamlığına böyük diqqət yetirilməsinin ifadəsidir.

Arif NAĞIYEV
Culfa rayon sakini

Naxçıvan Muxtar Respublikasında özəl bölməyə, sahibkarlıq fəaliyyətinə yaradılan şərait, göstərilən dövlət qayğısından kollektivimiz də bəhrələnib. Uyğunlaşdırılmış binada fəaliyyət göstərən müəssisəmizin daha münasib yerə köçürülməsi üçün 2010-cu ilin yanvar ayında Sahibkarlığa Kömək Fondundan 560 min manat güzəştli kredit ayrılıb.

Layihəyə uyğun olaraq, Naxçıvan şəhərində zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət yeni bina inşa edilib. Müəssisəmizdə keyfiyyətli istehsal üçün Almaniya, Yaponiya və Türkiyə istehsalı olan 70 adda ən müasir biçim, ölçü, ütü və tikiş avadanlıqları quraşdırılıb, istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilib. Burada kos­tyum istehsalı sahəsi fəaliyyətə başlayanadək bu məhsullara olan tələbatın çox hissəsi idxal hesabına ödənilirdisə, gündəlik istehsal gücü 100 dəst kostyum olan yeni istehsal sahəsinin fəaliyyətə başlaması ilə həmin məhsullara olan tələbatın daxili imkanlar hesabına ödənilməsi təmin edilib.

Ardını oxu...

Aztəminatlı ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması üçün onlara sosial yardımların verilməsi, müntəzəm olaraq belə ailələrə baş çəkilməsi, sosial problemlərinin aradan qaldırılması üçün tədbirlər görülməsi dövlətimizin həmin ailələrə həssas yanaşmasının göstəricisi və böyük qayğı kimi dəyərləndirilir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Culfa rayonunun Əbrəqunus kəndində yaşayan Məmmədovlar ailəsinə baş çəkilib. Ailənin yaşayış vəziyyəti ilə maraqlanılıb, ailə üzvləri tibbi müayinədən keçirilib, onlara məişət əşyası və ərzaq payı verilib.
Ailə üzvü Xəyalə Məmmədova dövlətimizin göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Xəbərlər şöbəsi

Uşaq hüquqlarının tam təmin edilməsi, onların problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Respublikamızın sürətli iqtisadi inkişafı sosial problemlərin həlli üçün etibarlı zəmin yaradır. Bu baxımdan son illərdə ölkəmizdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil almaları üçün lazımi şəraitin təmin edilməsinə yönəlmiş mühüm addımlar atılmaqdadır. 

Ardını oxu...

“Çətin günün ömrü az olar” deyib ata-babalarımız

Kamilin Zeyvə kəndinin üstündəki “Dematlar”da əkdiyi buğda sahəsi dən tutar-tutmaz susuzluqdan saralırdı. Döymədiyi qapı, şikayət etmədiyi təşkilat qalmamışdı, hər yerdə də eyni cavabı alırdı: “Elektrik enerjisi çatmadığına görə su nasosları normal işləyə bilmir. Özünü çox yorma…”
Qurumuş kanala, ondan ayrılan arxlara, saralan zəmiyə bir də nəzər yetirdi, baxdıqca az qala ürəyinin yağı əriyirdi. Başına hava gəlmiş adamlar kimi öz-özünə danışır, gileylənirdi: “Belə də iş olar, əkirik, becəririk, hasilə gələn vaxt gözümüzün qabağında məhsul zay olur. Yayın bu cırhacırında nasosu iki-üç saatdan bir vururlar. Su zəminin başına çatmamış işıqlar sönür. Görünür, mövsümün sonunda yenə də əliboş qalacağıq”.
Bu düşüncələrlə bir də baxıb gördü ki, həyətə çatıb. Adəti üzrə yüngülcə öskürdü, həyat yoldaşının səsi həyətin aşağı tərəfindən gəldi:
– Gəlirəm.
Kamil soruşdu:
– Oralarda nə itirmisən, tapa bilmirsən?

Ardını oxu...

Xalqımıza məxsus məişət adət-ənənələrindən biri də soyuq qışa ərzaq tədarükünün görülməsidir. Ehtiyat ərzaq məhsullarının hazır­lanması və saxlanılması qaydaları uzun əsrlər boyu formalaşmış, günümüzədək gəlib çıxmışdır. Aparılan arxeoloji qazıntılar zamanı aşkara çıxarılan iri küplər, ehtiyat ərzaq məhsullarını saxlamaq üçün nəzərdə tutulan tikililər xalqımızın hələ çox qədimlərdən ehtiyat məhsullar tədarükünün görülməsi səriştəsindən soraq verir.
Xalqımız “qışdan qorxma ki, üzü yazadır, payızdan qorx ki, üzü qışadır” deyimini əsas tutaraq məişət işlərini buna uyğun qurmuşdur. Əhali yazın ilk aylarından başlayaraq payızın axırlarına, xalq dili ilə desək, payızın qışa dönən dövrünə qədər gündəlik tələbatdan artıq qalan məhsulları qışda istifadə etmək üçün tədarük etmişdir. Dənli bitkilər, maldarlıq məhsulları, müxtəlif yabanı yeməli bitkilər, bostan-tərəvəz məhsullarından və meyvələrdən hazırlanmış qax, doşab, tutma şorabalar, mürəbbələr, riçal, eləcə də ətirli ot dəstələri əhalinin tədarük gördüyü əsas qida məhsullarından olmuşdur. Mal-qara üçün yem tədarükü də qışın qayğıları içərisində olmuşdur. Payızlıq əkində son tamamlama işləri görər, ağac və bağlarda ziyanvericilərin məhv edilməsi, habelə meyvə ağaclarının vaxtından əvvəl çiçək açmasının qarşısının alınması məqsədilə onlara “don suyu” (çillə suyu) verərdilər.

Ardını oxu...

1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan Respublikasında siyasi sabitlik bərqərar edilməklə əldə olunan dayanıqlı iqtisadi inkişaf əhalinin sosial müdafiəsinin gücləndirilməsinin əsas amilinə çevrildi. Məhz bu dövrdə ölkənin pensiya təminatı sisteminin qabaqcıl beynəlxalq təcrübəyə uyğun yenidən qurulması sosial siyasətin strateji istiqamətlərindən biri kimi müəyyənləşdirildi.
Ötən illər ərzində həyata keçirilən islahatlarla Azərbaycanda müasir və sosial baxımdan yüksək səmərəyə malik pensiya təminatı sisteminin yaradılmasına nail olunub. Bununla belə, pensiya təminatı sisteminin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruriliyi bu sahədə bu gün də yeni çağırışlara cavab verən islahatların davam etdirilməsini şərtləndirməkdədir.

Ardını oxu...

Son illər muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin bir hissəsini də göllərin, su anbarlarının əsaslı təmir və yenidən qurulması istiqamətində görülən işlər təşkil edir. Cari ildə də bu istiqamətdə işlər uğurla davam etdirilib, 8 milyon kubmetr su tutumu olan Uzunoba Su Anbarı əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Bu, suvarma suyuna olan tələbatın ödənilməsinə əlverişli şərait yaratmaqla bərabər, balıq ehtiyatlarının zənginləşdirilməsinə də geniş imkanlar açıb.
Dünən Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən muxtar respublikamızda balıq ehtiyatlarının zənginləşdirilməsi məqsədilə İran İslam Respublikasından alınmış 4 növdə – çəki, amur, qalın və ala növləri olmaqla, ümumilikdə, 80 min ədəd vətəgə əhəmiyyətli balıq Uzunoba Su Anbarına buraxılıb.

Xəbərlər şöbəsi

Son illər muxtar respublikamızda həyatın bütün sahələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirilən tədbirlər vergi orqanlarını da əhatə edib.
Məhz belə tədbirlər həmin qurumlara həvalə olunmuş vəzifələrin vaxtlı-vaxtında yerinə yetirilməsində, muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasında, nəzarət-kassa aparatlarından düzgün istifadə edilməsində, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar olunmasında, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsində, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlərdə əsaslı dönüş yaradılmasına stimul olub. Vergi ödəyicilərinin müntəzəm olaraq maarifləndirilməsi də bəhs edilən sahədə əhəmiyyətli rol oynayıb.

Ardını oxu...

10-17 noyabr – beynəlxalq tələbə-gənclər həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən yarışlara yekun vurulub. Noyabrın 17-də Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışların qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Naxçıvan şəhərindəki Gənc­lər Mərkəzində təşkil edilən təltifetmə mərasimində, ilk olaraq, qonaqlara beynəlxalq tələbə-gənclər həftəsi ilə bağlı məlumat verilib. Ardınca ötən həftə ərzində keçirilən yarışların qaliblərinə mükafatlar təqdim olunub. Mükafatları qaliblərə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev təqdim edib.
Qeyd edək ki, beynəlxalq tələbə-gənclər həftəsində badminton, şahmat, voleybol idman növləri üzrə yarışlarla yanaşı, şən və hazırcavablar klubları arasında müsabiqə, intellektual oyun, “Müasir Azərbaycanın gəncliyi” adlı rəsm müsabiqəsi təşkil olunub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR