22 Dekabr 2024, Bazar

XXI əsrin daha bir ili arxada qaldı. Muxtar respublikanın tarixinə “Muxtariyyət ili” kimi yazılmış 2014-cü ildə bütün qurumlar kimi, vergi orqanları da qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün səy göstərmiş, bir sıra uğurlara imza atmışlar.
Bununla bağlı nazirliyin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi, vergi xidməti müşaviri Rəşad Əliyevə müraciət etdik. O bildirdi ki, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 138 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilmiş və müvafiq tədbirlər görülmüşdür.

Həyata keçirilən operativ nəzarət tədbirləri zamanı 32 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 42 vergi ödəyicisi tərəfindən xarici valyuta məbləğlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanmışdır.
Operativ vergi nəzarəti tədbirləri zamanı 2 vergi ödəyicisində 2 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi, 22 nəfər fiziki şəxsin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 23 nəfərin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olması, 7 vergi ödəyicisində isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı faktları aşkar edilmişdir.
Müsahibim onu da vurğuladı ki, nəzarət tədbirləri zamanı 10 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanmış və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilmişdir.
Aparılan operativ nəzarət işləri zamanı tətbiq edilmiş 17680,00 manat inzibati cərimə və maliyyə sanksiyası məbləğlərinin tamamilə büdcəyə ödənilməsi təmin edilmişdir.
Qeyd olunan dövr ərzində 82 obyektdə nəzarət-kassa aparatlarının quraşdırılması başa çatdırılmış, vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 18 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılmış və müşahidəyədək olan dövrlə müqayisədə 31766,6 manat dövriyyə artımına nail olunmuşdur. Bu da hər bir vergi ödəyicisinə məxsus hər bir obyekt üzrə orta hesabla ay ərzində 35,3 manata yaxın vergi məbləğinin əlavə olaraq büdcəyə ödənilməsi deməkdir.
“Əlavə olaraq görülən tədbirlər nəticəsində 2014-cü ilin ilk 10 ayı ərzində bank orqanları tərəfindən ticarət, iaşə, xidmət və dövlət rüsumu alan idarə, müəssisə və təşkilatlarda qoyulmuş 651 ədəd POS-terminalın vergi orqanlarından qeydiyyatdan keçirilməsi təmin edilmişdir. Bu işlər sürətlə davam etdirilir”, – deyən Rəşad Əliyev onu da bildirdi ki, Vergilər Nazirliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə birgə tədbirlər planına əsasən, işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamaqla rəsmiləşdirilməsi, əməkhaqlarının real göstərilməsi ilə bağlı tikinti, ticarət, iaşə və digər xidmət obyektlərində araşdırmaların aparılması mütəmadi olaraq davam etdirilmişdir. Belə ki, 298 nəfər işəgötürəndə aparılmış araşdırmalar zamanı 242 yeni əmək müqaviləsinin bağlanmasına, 514 əmək müqaviləsində isə əməkhaqlarının real əməkhaqları səviyyəsində göstərilməsinə nail olunmuşdur.
Operativ vergi nəzarəti tədbirləri 2015-ci il ərzində də davam etdiriləcəkdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR